Səid Ünsizadənin türkdilli; mətbuat uğrundaki mübarizəsində inahdığı və güvəndiyi əqidə dostlarından biri şair Nakam İsmayıl bəy Hacı Məhəmməd bəy oğlu
Nakam–“ZİYA” qəzetinin ( 1879,yanvar-1884,iyun ) ŞƏKİli müxbirlərindən biridir.
Nakamın Ziya qəzetinin naşiri və imtiyaz sahibi Səid Əfəndi Ünsizadə (1842, Şamaxı-1903, İstanbul ) ilə qohum olması güman edilir.
“Ziya” qəzetinin coğrafiyası, əhatə etdiyi yerlər çox genişdir.
“Ziya” -oxucularının çoxunu şair eləmişdi.Şairlərin də çoxu “Ziya”nı oxuyub, sevgi-məhəbbər mövzusundan bir az uşaqlaşaraq, dövrün əsas məsələsindən – elmdən,təhsildən,təlim-tərbiyədən yazırdılar. “Ziya”nın səhifəlrində çoxlarının tanımadığı molla İsmi Sərəddinbəyov da çıxış edirdi. Yaxşı yazı üslubu,zəmanənin tələb etdiy mövzuları işıqlandırma olan İsmi Sədrəddinbəyova sovet dövründə ouculara molla molla kimi tanıtmaq kimlərəsə xoş gəlirdi.
Əslində İsmi Sərəddinbəyov NAKAM təxəllüsü ilə şeirlər yazan şair kimi daha məşhurdur.
NAKAM – İsmayıl bəy Haçı Məhəmməd bəy oğlu Sədrəndinbəyovdur
İsmayıl bəy Sədrəddinbəyov ( Nakam) 1841-ci ildə Şəkidə anadan olmuşdur. Bəzi tədqiqatçılar onun 1839-cu ildə anadan olduğunu yazırlar.
F.Köcərli Nakamın tərcümeyi-halından danışarkən ,onun təvəllüd və ölüm tarixin tarixi-hicriyyə ilə göstərir-1257-1324.Bu da ki, miladi tarixin 1841-1906-cı illərinə uyğun gəlir.
İsmayıl bəy Şəki və Şirvan xalqı arasında məşhur olan Hacı Sədrəddinbəyov nəslindəndir. Atası Hacı Məhəmmədbəydir.Babası Hacı Sədrəddinbəyov Şirvan və Xaldan mahallarında çoxlu torpaq sahələrinə malik bir mülkədar olmuşdur. Nakam bu torpaqlardan hasil olan gəlir sayəsində də 40 yaşınadək firavan həyat sürmüş, bir sıra Şərq ölkələrini gəzib,dolaşmışdır.Uşaqlıq dövründə ərəb, fars dillərində mükəmməl təhsil almış, sonra bir vaxtlar oxuduğu məktəbdə rus dilini öyrənmişdir.
Şərq dillərini mükəmməl bilməsi sayəsində Nizami, Sədi və Hafizin əsərlərini şəxsi mütaliə vasitəsilə öyrənib onlardan təsirlənmişdir.M.Füzuliyə pərəstiş etmiş, S.Ə.Şirvaniyə xüsusi rəğbət bəsləmiş və onunla dostluq münasibəti yaratmışdır. Tədqiqatçılar istinad mənbəyini göstərmədən, S.Ə.Şirvaninin Nakam tərəfindən Şəkiyə qonaq dəvət etməsini göstərirlər.Gələcək tədqiqatlarda bu fikir öz təsdiqini taparsa,bir çox məqamlara aydınlıq gətirilə bilər.
Nakam mütərəqqi türk şairlərinin əsərlərini mütaliə etmiş, öz yardıcılığında türk şairi İ.Həqqinin şeirlərindən bəhrələnmişdir. Onun bədii yaradıcılığının məhsulu olan çoxlu qəzəlləri, “Leyli və Məcnun”, “Fərhad və Şirin” poemaları, məktəbə dəvət və gənclərin tərbiyəsinə, yalançı ruhanilərin tənqid və ifşasına həsr olunmuş əsərləri Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları İnstitutunun xüsusi fondunda mühafizə olunub saxlanılır.
1928-ci ildə Əliabbas Müznib Bakıda Nakamın seçilmiş əsərlərini tərtib edərək”Nakam”adlı bir kitab nəşr etdirmiş və kitaba yazdığı qısa müqəddimədə Nakamın həyatı və əsərləri haqqında məlumat vermişdir.
1875-1877-ci illərdə Bakıda Azərbaycan diində nəşr olunan türkdilli ilk milli qəzetimizdə- “Əkinçi”də Nakamın açıq imza ilə yazılmış heç bir yazısına təsadüf olunmur.
Onun “Ziya”dakı müxbirlik fəaliyyəti isə geniş və hərtərəflidir.Təəssüf ki, Nakamın müxbirlik fəaliyyəti hələ kifayət qədər tədqiq olunmayıb.
Nakam “Ziya”da həm publisistik,həm də ədəbi əsərlərlə çıxış etmişdir.Publisistik əsərlərini İsmi Sədrəddinbəyov imzası ilə çap etdirmişdir.Hakamım “Ziya”da çap olunan ilk bədii əsəri qəzəl janrındadır.Əslində bu, Ezop maneralı əsərdir. “Ziya” qəzetinin bir çox yazılarında özünü göstərən sətiraltı məna burada da diqqətli oxucununun nəzərindən yayına bilmir.
“Ziya” qəzetinin davamı olan “Ziyayi -Qafqasiyyə” qəzetinin 5 may 1882-ci il tarixli 15-ci nömrəsində Osmanlı şairlərindən Münif paşanın “Ey bülbül” rədifli qəzəli çap edilir.
Yeri gəlmişkən qeyd edək ki,Münif paşa müxtəlif vaxtlarda üç dəfə Türkiyənin maarif naziri olub.Onun bir sıra Azərbaycan ziyalıları ilə dostluq və əməkdaşlıq əlaqələri diqqəti cəlb edir
Münif paşa türk dünyasının yaxşı tanıdığı elm və elmi düşüncə adamlarına həmişə öz qayğıkeşliyini və himayədarlığını göstərən şəxslərdəndir. O vaxtkı dövlət qurumlarınıda çalışan bəzi əcnəbi məmurların və onların himayəsinə sığınan yerli bədxahların əlindən 1890-cı ildə Bakıdan Türkiyətə köçmək məcbyriyyətində qalan Səid Ünsizadəyə hərtərəfli qayğı göstərən məhz Münif paşa olmuşdur.
Bu kiçik tanıtmadan sonra yenidən 1882-ci ilin ədəbi və publisistik mühitinə qayıdırıq. “Əkinçı” ənənələri ilə türkdilli milli mətbuatımızın formalaşmasında uğurlu işlər görən Ünsizadə qardaşları abunə çətinlikləri ilə qarşılaşmışdılar. Qəzetin abunəçiləri 300-400 civarında idi.
Sonralar “Ziyayi-Qafqasiyyə” qəzetinin 26 iyun 1884-cü il tarixli 11-ci nömrəsində rus dilində yazılmış məqalənin tərcüməsində açıq şəkildə deyildiyi kimi,
“Səid Ünsizadənin məqsədi mətbuat vasitəsilə rus müsəmanlarını yuxudan oyatmaq idi”.
Maraqlıdır ki, “Ziyayi-Qafqasiyyə” qəzeti məhz bu yazıdan sonra bir daha işıq üzü görmədi.
“Ziyayi-Qafqasiyyə”də dərc olunan “Ey bülbül” qəzəli “Ziyayi-Qafqsiyyə”ni yaşatmaq üçün atılan addımlardan biri idi. Bu ,Münif paşa ilə Səid Ünsizadənın birgə layihəsi idi. Münif paşadan sonra Şamaxıdan S.Ə.Şirvani, Nuxadan Nakam və Mustafa ağa Şuxi də bu ” qəzəl müsabiqəsində ” həvəslə iştirak etmişlər.Dörd qəzəlin dördünün də bülbül və gül obrazları metaforik obrazlardır.”Bülbül “-mətbuatda cəh-cəh vuran Səid Ünsizadə,”Gül “isə onun “Ziya”sıdır-“Ziya”qəzetidir.” Qəzetin dörd nömrəsinin dördündə də zəngin poetik düşüncə atributları vardır.Fikrimizin izahı və təsdiqi üçün S.Ə.Şirvaninin “Ziyayi -Qafqasiyyə” qəzetində dərc olunmuş
13 beytlik »Ey bülbül” qəzəlindən bir neçə beyti nümunə göstəririk:
Açıbdı çöhrə güli-gülüstanın,ey bülbül!
Nə vəchdən tutulur bəs lisanın,ey bülbül!
Gəhi dilin tutulur,gəh fəğan edirsən sən,
Nədir,bəyan eylə dərdi-nihanın,ey bülbül!
Xəzan qəmilə məgər xatirin pərişandır,
Bahari fəsldə artar fəğanın, ey bülbül!
…Sənin zəbanələrin yandırır zəmanələri
Əcəb ki,ol oda yanmaz zəbanın, ey bülbül!
…Sənin təranələrin şeirinin nəzirəsidir,
Münifü xoşsüxənü nüktədanın, ey büllbül !
Kitabi-güldən oxursan Rəsul mədhini sən,
Rəvadı Seyyid ola mədhxanın,ey bülbül!
Onu da bildiririk ki, S.Ə.Şirvaninin “Ziyayi-Qafqasiyyə” qəzetindəki bu nümunə şairin çap olunmuş bütün kitablarına bir sıra arzuolunmaz səhvlərlə yol açmışdır. Gələcək nəşrlərdə bu səhvlər mütləq aradan qaldırılmalıdır.
Nakamın, eləcə də Mustafa ağa Şuxinin (?, Şəki-1895, Şəki )”Ziya” qəzetindəki əsərləri ədəbiyyatşüaslığımızda hələ ciddi tədqiq olunmamışdır.
“Ziya” qəzetinin qaranlıqda qalan bütün yazılarını, o cümlədən bədii yazılarını qaranlıqdan işığa çıxarmaq lazımdır. Bu tədqiqatlar ictimai fikir tariximizin, klassik ədəbi irsimizin öyrənilməsində əhəmiyyətli rol oynaya bilər.
Axırda bir maraqlı məlumatı da ilk dəfə elmi ictimaiyyətimizin diqqətinə çatdırmaq istəyirəm.
Əslən Şamaxılı olan Nakamın ata-babaları Nuxaya (indiki Şəkiyə) Şamaxıdan köçüb gələnlərdir.Onların dədə-baba ocağını tərk etmələrinin səbəbi hələ təfərrüatı ilə, dəqiq bilinmir.Bilinən budur ki, Sədrəddinbəyovlar Şəkidə özlərinə çoxlu dost tapmış,yaxşı binə, ev-eşik qura bilmişlər.
Şəkidə mərkəzi küçələrdən biri şair İsmayıl bəy Nakamın adını daşıyır.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Junalistlər Birliyinin üzvü.
21.02.2021
Ədəbiyyat siyahısı
1.”Ziyayi-Qafqasiyyə” qəzeti.
1 N 15, 5 may 1882
- 18, 28 may 1882;
- 19, 15 iyun 1882;
- 23,17 avqust 1882; 5.”Ziyayi-Qafqasiyyə” N 22,23.05.1883
- F.Köçərli .Azərbaycan ədəbiyyatı. II cild, Bakı ,2005. səh. 299-309
7.Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Muzeyin Əsərləri,III cild,səh .45-72.