Suriyada Ermənilər Türkiyəyə qarşı müharibə elan etdilər
Sənan Turanli QılıncArslan/Azerbaycan
Suriya ərazisində fəaliyyət göstərən və ermənilərdən təşkil olunan “Nubar Ozanyan” adlı terror qruplaşması Türkiyəyə qarşı müharibə elan edib. Terrorçular Türkiyəyə qarşı bir-sıra ittihamlar səsləndiriblər. Terrorçular bildiriblər ki, 1915-ci ildə Osmanlı dövləti erməniləri necə qırıbsa, indi də Türkiyə Suriyada erməniləri, kürdləri və ərəbləri o cür qırmaq istəyir. “Nubar Ozanyan” adlı terror qruplaşması hər kəsi Türkiyəyə qarşı müharibəyə çağırıb. Məlumat üçün bildirək ki, bu ilin 24 aprel tarixində qurulan “Nubar Ozanyan” adlı terror qruplaşmasına Suriyada öldürülən terrorçu Nubar Ozanyanın (Orhan Bakırcıyan) adı verilib. Qruplaşmanın başçılarından biri olan Masis Otanyaf deyib ki, Suriyada Kamışlı, Haseke, Serekaniye, Dırbesiye və Amude kimi şəhərlərə dağılan ermənilər bir araya gətirilib.