Sultanova Gülgəz Yaqub qızı (Gülgəz Yaqub), Yazıçı- Jurnalist
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Sultanova Gülgəz Yaqub qızı (Gülgəz Yaqub), Yazıçı- Jurnalist
Sultanova Gülgəz Yaqubqızı 1983-cü ildə Füzuli rayonun Horadiz kəndində doğulub.1990-1995-ci illərdə Füzuli rayonu Horadiz kənd orta məktəbini oxuyub.1995- 2001-ci illərdə Bakı şəhəri .2001-2003-cü illərdə 2-illik tibb kursunu bitirib.2003-2005-ci illərdə Bakıda 5-nömrəli peşə liseynin kinomontaşçı peşə ixtisasını bitirib.2005-2010-cu illərdə Lider tv-də xalq yaradıcılığı departamentində çalışıb.2011-ci ildən Jurnalistlər birliyinin üzvüdür.Yazıçı-jurnalistdir.Hekayələri Ədalət ,525, Mingəçevir işıqları, Ədəbiyyat ,Ekspres,Azad söz,Paralel və başqa bu kimi qəzetlərdə çap olur.Ulduz ,Mingəçevir leysanı, Qobustan və Cənubi Azərbaycanda çap olan Ədəbi körpü jurnallarında çap olur. Hal-hazırda Füzuli rayonun Horadiz şəhərin , S.Vurğun küçəsi ev 34-də yaşayır ailəlidir iki övladı var.
Gülgəz Yaqub
Səbrimizin çiçəyi-Qələbə
Hələ aylar öncədən bilirdik ki, müharibə olacaq! Axı biz cəbhə bölgəsində yaşayırıq. Bütün silah sursatlar, zirehli texnikalar gözümüzün önündən hər gün karvan karvan keçirdi. Lakin gördüklərimiz bir anda olsun bizi qorxudmurdu əksinə çox sevinirdik nədənsə. Sevinməyə də haqqımız var idi axı torpaqlarımızın azad olunmasına sayılı günlər qalmışdı. O günləri yaşadıqca uşaqlığımı əlimdən almış 1993-cü ildəki günlər yadıma düşürdü. O zamanlar ölkəmiz bu qədər inkişaf etməmişdi səngərlərdə gecələyirdik hər an ölüm qorxusu yaşayırdıq. Hələ sonuncu dəfə səngərdə qaldığım heç yadımdan çıxmaz. Adətən axşam saatlarında atışma güclənirdi oda evlərdən gələn isiqlarin gendən goruəsiylə əlaqədər idi. Həmin gecə çox dəhşətli atışma oldu, bayram günlərində göydə partlayan atəş-fəşanlığı xatırladan mərmilər, barıtlar çox qorxulu idi. Həmin gecə səngərdə keçirəcəyim son gecə idi.Hamı səngərə! – dedilər. Hər məhlənin kişiləri öz məhləsində yığışıb əvvəlcədən səngər qazmışdılar (dağın içini qazaraq hər dörd bir yanı 2,5 m hündürlüyündə torpaq olmalı idi.) Bəli səngərə gedirik saray kimi evimizdən götürdüyümüz tək şey canımız oldu! Bəli canımız o gecə hər şey ola bilərdi; evimiz yana bilərdi dağıla bilərdi.Düşünün insanın hansısa bir əşyası itəndə bütün günü onu axdarır, amma biz bir gecədə evinizi və içi dolu əşyalarınızı itirə bilərdik. Təbii ki, o anda düşünəcəyimiz son şey hansısa əşya olardı.Budur səngərə çatmışıq! İlk baxışda nağıllardan bizə tanış olan ayı mağarasını xatırladır.Səngərə hər zamankı kimi ilk girən kişiler oldu içərisi təmiz olduğunu bildirib çıxdılar.Qadınlar,uşaqlar,qocalar daxil oldu.Rütubətli, nəm və zülmət bir mağara. Çox qorxmuşdum. Büzüşüb anamın qucağında oturmuşdum. Çıraq ışığına ətrafa nəzər salırdım, başımın üstündən sakit bir zümzümə səsi gəldi;”küçələrə su səpmişəm yar gələndə toz olmasın” Bu mahnını sözlərini zümzümə edən qonşu gəlin idi. Onun yarı müharibədə ön cəbhədə vuruşurdu. Gəlin gözlərini qırpmadan yarının yolun gözləyirdi. Ertəsi gün yarı gəldi heç toza batmadan ağ kəfəndə,tabutun içində gəldi. Həmin gecə çox igidlər həlak oldu, qəhramanlar qazi oldu çox evlər dağılıb xarabaya döndü.
Həmin gecə səngərdə gecələmək məcburiyətində qaldıq. Hamı susqun halda oturub gözləyir: xəsdə sağalmağını gözləyən kimi,,yazda ilk çiçəklərin açmağını, qışda ilk qarın yağacağını gözləyən kimi hamı gözləyir. Nəzərlərimi hər kəsin üzərindən keçirirəm, yaşlı bir nənə əllərini Allaha uzatmış nəzərin mənə yönəldmiş halda: -Allahım özün bu körpələrə yazığın gəlsin deyirdi. Büzüşüb anamın qucağında oturmuş, hər an ölüm qorxusu yaşayırdım. Saatlar keçdikcə içəridə təmiz hava azalırdı, nəfəs almaq çətinləşirdi, rütubət artırdı. Sanki səhər açılmayacaqmış kimi gecə heyy uzanırdı. Anamın qucağında ordaca yuxuya getmişəm.Tezdən anamın səsinə gözlərimi açdım,məni səsləyirdi: -Gülgəz,qalx oyan səhər açılıb! Dan yeri sökülmşdü kənddə sakitlik çökmüşdü. Kənd kişiləri dağlardan-dərələrdən enirdilər.Gecələr adəti üzrə kişiləri dağlara səpələnirdiler. Bəli bu vəziyyət hər gün belə davam edirdi.
O gecə çoxlarının arzuları ürəklərində donub qaldı. O gecə hamı nəsə itirdi; kimisi əzizini, kimisi sevgisini, kimi həyat yoldaşını, kimi gəncliyini kimi son zəngini, kimi məktəbini. O gecə məndə itirdim. Ömrümün ən şirin, ən saf, ən gözəl çağını itirdim. Uşağlığımı. Uşağlıq hansısa bir əşya deyil ki, itirib sonralar yaddan çıxarasan və ya ev, maşın, var-dövlət deyilki, illərcə çalışıb əldə edesən. Uşağlıq ömrün ən saf ən təmiz heç zaman yaddan çıxmayan, illər ötdükcə daha çox axdardığın və bir daha geri dönməyən illəridir. 1993-cü il 5 sentyabr kəndimiz erməni işğalçıları tərəfindən zəbd olundu.Bu hadisə kənd sakinlərinə gözlənilməz olsada,öz doğma evlərimizdən, torpağımızdan, yurd-yuvamızdan qaçqın düşdük. Bəli Qaçqın! o vaxtlar bizi belə adlandırırdılar.
Aylar ötdü illər keçdi yaşadığını illər içərisində, her çətinliklər,acılar gördüm, təbi xoş günlərimdə oldu. Artıq 38 yaşım var ailəliyəm 2 övladım var. Mən o illərdə gördüyüm müharibənin həyəcanını 2020-ci ildə övladlarim yasayirlar. Hələ 2016-ci ildə aprel döyüşlərində onlar balaca idilər müharibənin nə olduğunu bir o qədərdə anlamırdılar ,amma indi tam başqa idi. İndi ölkəmiz hər tərəfli inkişaf edir günü gündə müasirləşən , çiçəklənən və ölkələr arasında öz sozunu deyə bilən bir ali baş komandanın olduğu bir vaxtda yaşayırıq. Heç bir ölkə heç bir dövlət işçisi bizim qarşımızı kəsə bilməz!
Bəliindi qonşularla səngərdə deyil evimizin bir addımlığında olan parka yığışırıq. hər gündə yeni yeni xəbərlər, yeni yeni müzakirələr aparırıq öz aramızda. O gün yaxınlaşdıqca içimizdə sanki bir arxayınçılıq vardı.Hərdən eşidilən atəş səsləri bizi qətiyyən qorxudmurdu. Bəzən gecə yarısına qədər qonşularla yığışıb həyətimizdə otururduq hər gün bir addım yaxınlaşırdıq o, günə. Nəhayət sentyabr ayının 26-sı idi hər tərəfə sükut çökmüşdü ,sanki ,cəbhə bölgəsi deyil hansısa səhralıq sükutu idi. “Fırtınadan öncəki sükut” buna deyiblərmiş.Əslində biz həmin gecə gözləyirdik amma səhər sentyabrın 27-si əsl müharibə başladı. Qulaq batıran həyacan siqnalı əhalini zirzəmilərə səsləyirdi. Hərbicilərimizin Allahu Əkbər sədaları hələdə qulaqlarımdadır. Ali baş komandanımızın ağıllı, uzaq görən siyasəti nəticəsində Azərbaycan ordusu hər gün yeni yeni uğurlu əməliyyatlardan xəbər verirdi. Televiziya ekranlarında kilidlənmişdik sanki o 44 gün. Təbii ki, müharibə şəhidsiz olmaz amma şəhid anaları əyilmir, qırılmır, ruhdan düşmürdülər. Xalq bir yumruq kimi birləşmişdi. Hər gün müzəffər ordumuz yeni şəhərləri, rayonları, kəndləri, strateji hündürlüklər almaqla hər kəsin ürəyinə su səpirdilər.MÜHARİBƏ BİTDİ…Hələ Qarabağımızın göz bəbəyi olan Şuşa şəhərinin alınması bizim üçün surpiriz oldu. Ali baş komandanın çıxışını hələ şəhər saatlarından səbirsizliklə gozleyirdik. O gün atamın göz yaşlarının şahidi oldum. Vətənə, torpağa sevgisi onun aldığı nəfəs qədər ayrılmazdır.Nəhayət, 10 noyabr gecə saat 04:00 evdə hamı yatıb qəfil gələn zəng səsinə hamı yerindən diksindı. Sanki hansısa əzizimizin şəhid xəbəri gələcəkmiş kimi hamı səksəkədə idi. Bu gələn zəng bizə dünyanın ən gözəl xəbərini verdi!
MÜHARİBƏ BİTDİ…
Azərbaycan xalqı, ordusu və ali baş komandanı qalib gəldi!