Sübhan Talıblı: “Cümhuriyyətin 100 illiyi hər bir Azərbaycan vətəndaşı üçün bayramdır”

Cümhuriyyətin 100 illiyi ilə bağlı Olaylar.az AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı ilə geniş söhbət etdi. 100 illik Azərbaycan Cümhuriyyətinin tarixinə, qurucularının həyat və fəaliyyətinə birgə nəzər saldıq.

Cümhuriyyətin 100 illiyinin qeyd olunması yüksək qiymətləndirən Sübhan Talıblı qeyd etdi ki, biz millət olaraq həmişə dövlət qurmuşuq. Dövlətçilik bizim üçün müqəddəs amaldır.  Azərbaycan Xalq Cümhuriyyətinin dövlət səviyyəsində qeyd olunması çox mühüm hüquqi, siyasi, ideoloji və dövlətçilik baxımdan son dərəcədə vacib və əhəmiyyətlidir. Eyni zamanda AXC-nin 100 iliyininin Dövlət səviyyəsində qeyd olunması Cümhuriyyətimizin qurucularına, xüsusilə də bugünkü müstəqil Azərbaycan Respublikasının siyasi, strateji, ideoloji, maddi-mənəvi, dövlət atributlarına hörmət və dəyərdir.

“Nəzərə almalıyıq ki, buğun Azərbaycan Respublikası AXC-nin siyasi və hüquqi varisidir. Müstəqil Azərbaycan Respublikası AXC dövrünün bütün dövlət atributlarını özündə tam ehtiva edir.

Bu baxımdan Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 30 yanvar 1998-ci il tarixli, 731 saylı Sərəncamı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi ilə bağlı Dövlət Komissiyası yaradılmış, 22 fevral 1998-ci il tarixli, 750 saylı Sərəncamı ilə həmin komissiyanın tədbirlər planı, 16 may 2017-ci ildə  Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı, eləcə də 16 may 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı haqda imzalanmış sərəncamlar son dərəcə siyasi, hüquqi və tarixi əhəmiyyət kəsb edir.

Cənab Prezidentin imzaladığı sərəncamda qeyd edilir ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü”.

“Xüsusilə də bəzi hallarda bayraqla, himnlə, dövrlə, ayrı-ayrı AXC qurucularla, ictimai-siyasi və məsələlərlə bağlı öz fikrini bildirənlərə cənab Prezident Sərəncamda hüquqi, tarixi və əsaslı şəkildə cavab vermişdir: 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Belə ki, Sərəncamın sonunda qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin”.

Cümhuriyyətin 100 illiyini hər bir Azərbaycan vətəndaşı üçün bayram olduğunu vurğulayan Sübhan Talıblı bildirdi ki,  biz tariximizə, dövlətçiliyimiz, ictimai-siyasi və mədəni xadimlərinə də sahib çıxmalıyıq. Azərbaycanımız dövlət kimi mövcudluğu bizim üçün mili sərvət və varlığımız olmalıdır. Bizlər bu müqəddəs varlığımıza göz bəbəyi kimi qorumalı, ona istər ölkəmizdə və istərsə də xaricdə sahib çıxmalıyıq. Siyasi mövqeyindən asılı olmayaraq ki, hamımız Dövlət, Azərbaycan, bayraq, Ordu, Vətən, Birlik məsələsində bir olmalıyıq. Çünki hər birimizin bir amalı olmalıdır, Azərbaycanın ərazi bütövlüyü, birliyi və inkişafı. Hər birimiz Azərbaycanın və onun dövlətçiliyinin yanında olmalıyıq.

Məmməd Əmin Rəsulzadənin dediyi kimi, “Bir kərə yüksələn Bayraq, bir daha enməz”.

Cənab Prezidentin dediyi kimi, necə ki bu gün biz AXC ilə fəxr edirsə, Cümhuriyyət qurucuları da bugünkü Azərbaycanı görsəydilər fəxr edərdilər.

Cümhuriyyət qurucularının həyat və fəaliyyətləri yetərincə araşdırıldığını qeyd edən Sübhan Talıblı bildirdi ki, xalqımız 1991-ci ildə yenidən öz dövlət müstəqilliyini əldə etdikdən sonra bu  sahədə bir çox araşdırmalar aparılmışdır. Təbii ki, yenə də xaricdə sənədlər və materiallar var. Onlar da araşdırılmalıdır. Yeni dissertasiyalar yazılmalı, əsər və kitablar çap edilməlidir. Çünki həmin dövrlə bağlı istər Türkiyə, Gürcüstan, İran, və s. ölkələrində mətbuatında da yazılar çap edilib.

“Fikrimcə, yaxşı olardı ki, araşdırma apararkən həmin dövrdəki ictimai-siyasi və tarixi vəziyyət nəzərə alınsın. AXC qurucularına, eləcə də tariximizə milli və dövlətçiliyimiz baxımından yanaşılsın.  Cümhuriyyət qurucularının həyat və fəaliyyəti ana dilimizlə yanaşı, xarici dillərdə nəşr olunsun. Xüsusilə də həmin əsərlər xarici ölkə müəllifləri ilə birgə, xarici ölkələrdə çap olunsun. Çünki Azərbaycan təbliğatı üçün son dərəcə vacibdir. Tariximizə, dövlətçiliyimizə, ordumuza, bir sözlə Azərbaycanımıza hər sahədə xidmət edən hər bir kəsin həyatını və fəaliyyətini öyrənmək bizlər üçün son dərəcə vacib olmalıdır və vacibdir də. AXC haqda ayrıca Muzeyin yaradılması, Milli Kitabxanada ayrıca bölümün yaradılması, abidələrin qoyulması, adların küçə, prospekt və mədəniyyət mərkəzlərinə verilməsi, yaşadıqları evlərin qabağına xatirə lövhəsinin vurulması, parkların salınması və s. işlərin görülməsi məqsədəuyğun olardı”.

Cümhuriyyət tarixi ilə bağlı arxiv sənədlərinin araşdırılması məsələsinə toxunan Sübhan Talıblı vurğuladı ki, Cümhuriyyət dövrü ilə xarici ölkələrdə arxiv sənədləri araşdırılıb, bu gün də davam edir. Əsasən Türkiyə, Fransa, Rusiya, İran, İngiltərə və s. Fikrimizə arxiv sənədləri tamamilə araşdırılıb, tapılmalı, onların hamısı ölkəmizə gətirilməlidir. Həmin sənədlər Azərbaycan hər hansı Muzeydə qorunub saxlanılmalıdır. Bunun üçün yaxşı olardı ki, ayrıca bir muzey ayrılsın. Sırf Azərbaycan Xalq Cümhuriyyəti muzeyi. Mən İran və Türkiyədə olan əsər, kitab və sənədlərə baxmışam. Doğurdan AXC qurucularının əsər, fikir və fəaliyyətlərinə nəzər yetirdik də, görürsən ki, onlar nəinki Azərbaycan, eləcə də Türki-İslam aləmin üçün də çox böyük işlər görmüşlər. Həqiqət də onların fikir və elm adamları olduğunun şahidi olursan. Bu baxımdan da Cümhuriyyət dövrümüzlə bağlı xarici ölkələrdəki bütün arxiv sənədləri araşdırmalı, üzə çıxarılmalı və təbli edilməlidir.

“Xüsusilə də AXC-nin xarici siyasəti, xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, erməni terrorizminə qarşı mübarizə, xüsusi xidmət qurumlarının,  milli ordumuzun fəaliyyəti və s. məsələlər haqda məlumatların tam araşdırılıb üzə çıxarılması Azərbaycan tarixşünaslığı üçün çox faydalı olardı. Bundan başqa qeyd olunan məsələlərlə bağlı xaric tarixşünaslıqda, elmi ədəbiyyatda, mətbuatda yazılan məsələlərin Azərbaycan ictimaiyyətinə çatdırılması mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir”. 

Gənclərə Cümhuriyyət tariximizin təbliğinin vacibliyini qeyd edən Sübhan Talıblı bildirdi ki,  tariximizi, milli-mənəvi dəyərlərimizi öyrənmək hər bir gəncin canında, ruhunda, evində olmalıdır. Hər bir gənc bilməlidir, Azərbaycan dövləti milyonlarla Azərbaycan oğlu və qızlarının canı, canı və mübarizəsini hesabına qurulub. Müstəqilliyimizə və dövlətçiliyimizə müqəddəs amal və vəzifə kimi baxmalıyıq. Bütün şəhidlərimiz yad edilməli, öyrənilməli və təbliğ edilməlidir. Azərbaycanın nəinki dövləti, hətta adı belə bir sıra dövlətləri tarixən narahat edib və bu gün də narahat edir. Ona görə AXC dövrü bizim gəncliyimizə daha dərində elmi və tarixi faktlara söykənməklə təbliğ edilməlidir. AXC qurucularının – M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, F.Xoyski,Ə.Hüseynzadə, M.Hacinski, S.Mehmandarov, Ə.Şıxlinski, N.Şeyxamanlı, S.Ağabəyzadə Cavanşir Behbud xan, Cəfərov Məmməd Yusif, Hacınski Camo bəy, Ü.Hacıbəyli, X. Xasməmmədov, X.Rəfibəyli,  X.Sultanov, N.Yusfbəyli, A.Ziyadxanl, İ.Ziyadxanlı və s. şəxsiyyətlərin hər birinin fəaliyyəti gənclər təbliğ edilməlidir. Həqiqətən araşdıranda, oxuyan da görürsən ki, bunlar nə qədər dövlətini və xalqına bağlı şəxisyyətlər olublar. Amalları Azərbaycan müstəqil dövlət kimi görmək olub. Necə İsmayıl xan Ziyadxanlı demişkən “Onlar öz qiymətli qanları ilə gənc respublikanın müqəddəs tarixinin ilk səhifələrini yazaraq gələcək nəsillər üçün yadigar qoydular”. 

“Müasir Azərbaycan gəncliyi təbii dövlətçilik ruhunda, bir sözlə dövlət tərbiyəsində böyüməlidir. Bunun üçün KİV-in, orta və ali təhsil olacaqlarının, elm mərkəzlərinin, səfirliklərimizin, diasporamızın üzərinə böyük məsuliyyət düşür. Bu məsələdə Xalq Dövlət birliyi son dərəcə vacibdir. Bununla bağlı hər bir Azərbaycan vətəndaşı öz milli maraqları və dövlətçiliyi üçün əlindən gələni etməlidir. Bu baxımdan Allah bizə verdiyi dövlətimizin bizə verdiyi müstəqilliyi qorumalı və ona sahib çıxmalıyıq. Buna görə də AXC hər bir quruculuğunda, onun təşkilində əməyi keçən hər bir şəxsi hörmətlə anmalıyıq”.

Ay An

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest