Kültür Sanat

Söz içində söz deməyin yolları, Ezop maneraları və yaxud Məhəmməd Əmin Rəsulzadə nümunələri

 

Dövrün, zamanın elə vaxtı,elə zamanı olur ki,sözü birbaşa demək olmur.Qalırsan iki daş arasında.Amma hər halda, istəyəndə yaranmış vəziyyətdən çlxış yolu tapmaq olur.Bəzən qadağalar süni xarakter daşıyır.Kim isə özünü cığortalamaq üçün  kəndisini zabitəli göstərmək istəyir.

Mən 1994-cü ildə TQDK-nın-Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının- Azərbatcan dili və əgəbiyyatı seminarının ilk rəhbəri təyin olunmuşdum.Açığı  buna birbsa narazılıq edənlər yox r idi.Professor və dosentlər,toy generalı olan bəzi müəllimlər hiss edirdim ki,seminarın işinə mane olurdular. Amma mən də mən idi.20 illik müəllimlik stajım var idi, qəti sözümü deyə bilirdim.Seminarın bəzi iştirakçıları yazdıqları və yoxladıqları testlərdən yaxşı qonorar alırdılar.Ona görə də rəhbərliyin gözündən düçmək istəmirdilər.

Azərbaycan Dövlət Universitetindən  və AMEA-dan TQDK-da işləməyə güclü axın var idi.Hər seminarln işi haqqında rəhbərliyə məlumatlar sızılırdı.Rəhbərlik də öz yerində idi,kimimn kim olduğunu  yaxşı bilirdi. O vaxtlar test bankı hələ tam formalaşmamış dı.Bunkerdə lazımi testləri anloqları ilə dəyişmək,ciddi redaktə  etmək olurdu.

1997-ci ildə Azərbaycan Polis Akademiyasına qəbul imtahanı ayrıca keçirilirdi.Mərdəkanda  Hacinskinin bağında qapalı iş mühitində-bunkerdə idik.Azərbaycan dili və ədəbiyyat suallarını qaydaya salmaq üçün bunkerə 3 müəllim ezm olunmuşdu.Onlardan biri prrofessor, biri dosent,biri  də Ekologiya Liseyinin müəllimi və direktor müavini olan bəndəniz idi.Üçlüyün rəhbəri mən idim.Nə qədər çalışsam da bu rəhbərlikdən imtina edə bilmədim.Nə isə.. Bunkeri nəzarətdə saxlayn məsul şəxs  hər axşam bizimlə ünsiyyət saxlayır,hətta hazırlanan testlərin   səviyyəsini yoxlamaq iddiasına düşürdü.Bizim birinci testimiz M.Ə.Rəsulzadənin bədii yaradıcılığına aid idi.Bu sual əsas mövzudan deyildi,amma abituriyentin mütaliə dairəsinə uyğun idi.Məsul şəxs  iki gün bir söz demədi.Nəhayət ,üçüncü gün dözmədi, M.Ə.Rəsulzadənin adını test tapşırıqlarından çıxarmaq istədi.dı.Mən o M.Ə.Rəsulzadənin xidmətlərindən xeyli danışdım və məsul şəxsi inandırdım ki,biz yanılmamışıq.Bir misal da çəkdim və dedim ki,testlərimizin cərgəsində belə bir cümlə də vardır:”  Modern Avropa qəzet formasını ilk dəfə 

Şərqə gətirən M.Ə.Rəsulzadə olmuşdur”.Söhbət bitdi, amma, deyəsən, bu mübahisə lazımı yerlərə çatdırıldı. 

TQDK-nın seminarları doğru söz deməyin əas yerlərindən biri idi.Mən Ünsizadə qardaşlarının təbliğatına ilk dəfə burada başlamışam. Halbuki o  vaxtlar Ünsizadə qardaşlarını Azərbaycanda tanıyan iyalılar çox az idi.S.Ə.Şirvani, M.Ə.Sabir,  C.Məmmədquluzadə, Rəsul Rza hqqqındq da ilk maraqlı sözü testlər vaitəsilı mən demişəm. 

Söz içində söz demək çətin məsələdir.Nüktədanlığı hamı başa düşmür.Amma  lazım gələndə Ezop dünyanın o başından,əsrlərin  keçmişindən günümüzə gəlib, öz sözünü cəsarətlə deyə bilir. 

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq

Bakı,

06.03.2021

Pin It on Pinterest