SƏYYAD SƏRRAF – Şeirlər
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
SƏYYAD SƏRRAF
Şeirlər
VƏTƏN
Bİr gözündə sevinc, birində qəmdi,
Dərd-sərdən bənizi saralı, Vətən!
Baxıram, gözlərin yenə də nəmdi,
Ürəyi qubarlı, yaralı Vətən!
***
Arxadan xəncərin saplayan nə çox,
Malını, mülkünü qoruyanmı yox?
Xəyanət sarıbdı dörd tərəfi, bax!
Yüz yerdən parçalı, paralı Vətən!
***
Nə qonşun qonşudur, nə də düşmənin,
Azalmır möhnətin, yox olmur qəmin.
Elə bil ümmanda batıbdır gəmin,
Get-gedə meydanın daralı, Vətən!
***
Hanı o, türk oğlu, Turanım hanı?
Min ildi uğrunda axıbdı qanı.
Yarın fars əlində əsirdir canı,
Zülümdən həyatı qaralı, Vətən!
***
Sərraf tək oğlunu qına sən barı,
Bölünüb Vətəni, talanıb varı.
Başında cəm olub Savalan qarı,
Keçdi illər, ömür duralı, Vətən!
HEÇ OLMADI RAHATLIĞIM..
Şair dostum Sabir Nemətova.
Çox haqq deyib, mən ədalət aradım,
Heç olmadı rahatlığım, nə dincim.
Ömür boyu hey əllşib, vuruşdum,
Yox qismətdən nə daş-qaşım, nə incim.
***
Tükənmədi qağa, əyri-üyrülər,
Haqq, ədalət künc-bucaqda mürgülər.
Düz olanı bəzən suçlu gördülər,
Sözü keçdi bəsirətsiz, gülüncün.
***
Çox dolablar qarışdıqca, qarışdı,
Şər xeyirlə, axmaq düzlə yarışdı,
Millət artıq taleyiylə barışdı,
Dedi:- Bir gün biz də olarıq zəngin!
***
Ağa gəldi, ivan getdi, dedilər,
Zaman-zaman haqqımızı yedilər.
Yedikcə də yenə verin!-dedilər,
Yalan ilə doldu elə hər küncüm.
***
Çörəyimiz ömür boyu cirəli,
Çox əlləşdik, biz də gedək irəli.
Xeyli iş var öndə hələ görməli,
Qurtarmadı cəhalətlə heç cəngim!
ƏZMƏ ÖMRÜ ÖTMÜŞÜ
Zalım fələk, hələ bir dur, səbr elə,
İzin ver, qoy tamamlayım altmışı.
Cavan ikən yükləmisən dərdələm.
Dinlə qəmlə sarmasarıq yatmışı.
***
Doğma yürddan saldın məni didərgin,
İllər keçdi, yaşamadım bir xoş gün.
Qınadılar:-Sən də sevin, bir xoş din!
Qürbət eldə səsi- ünü itmişi.
***
Hara döndüm sədd çəkildi önümə,
Mələklər də ağladılar günümə.
Ayaq üstə bir ölüyəm, günüm nə?..
Kim əzizlər bu taqəti bitmişi.
***
Həsrət qaldım sevgilimə, yarıma,
Bəxtim yatdı hər şey gəldi arıma.
Zaman-zaman duz basmışam yarama,
Göynətmişəm mən bu ürək batmışı.
***
Çox əlləşdim, Sərraf, qəmdən gen gəzim,
Bacarmadım, etdim ona mən təzim.
Eh, yenildi həm qürurum, həm əzm,
Zalım fələk, əzmə ömrü ötmüşü!
İÇİNDƏ
Bir ömür yaşaıq, buna min şükür,
Hələ yer almadıq bədlər içində.
Bu dünya belədir, kimlər dərd-qəmin,
Kimlər də kef çəkir dəblər içində.
***
Kimləri satdılar qara qul kimi,
Üzüldü, süzüldü kağız pul kimi.
Çalışdıq ömrümüz olsun tül kimi,
Yaşadıq hədələr, hədlər içində.
***
Kasıblıq bəzinə gəlsə də qəfil,
Nə giley eyləməz, küfr etməyib dil.
Milyoner görmüşəm əqildən zəlil,
Kef çəkir alyanaq ləblər içində.
***
Kim Vətən itirib. Kimlərsə arın,
Soyub talayıblar bu xalqın varın.
Kiminin qəlbində qarı dağların,
Bir ömür zarıyıb həblər içində.
***
Qəlbində Vətənin qəmi, möhnəti,
Silinməz ürəkdən yurd, el həsrəti,
Olmadı Sərrafın azca sərvəti.
Üzüldü içi boş vədlər içində.
YAXŞIDIR
İnsan bir ləkədir Yer kürrəsində,
İblis baş qaldırır hər cürəsində.
Qüdsiyyə Qüdsü.
Dünyanın qüdrətli əşrəfi insan,
Mözüzə yaradan bir odur, inan.
Pis demə insana, gülüm, bir dayan!
İnsan, insan qədri bilsə yaxşıdır.
***
Olsa da bir neçə alçaq, iblisi,
Qınayır onu da eli, ulusu.
Kəsilib dünyadan onların səsi,
Arzuya çatmadan ölsə yaxşıdır.
***
Qurub yaratmaqdır fikri bəşərin,
İstəsə kökünü kəsər o, şərin.
Bütün sərvətini hər kəs bu Yerin,
Qardaş tək ayırıb bölsə yaxıdır.
***
Bir ata, anadan yarandıq, fəqət,
Bəzən şiddət gördük, bəzən də şəfqət.
Ancaq xoş niyyətə dikilib diqqət,
Tüm bəşər şənlənib gülsə yaxdır.
BU DÜNYA
Əzəldən vəfası olmayıbdı heç,
Qnunçün pis günə qaldı, bu dünya.
Hər kəs qəzəbini tökür üstünə,
Bizdən qisasını aldı, bu dünya.
,***
Çoxdur, soldan, sağdan zərbə vuranlar,
Qanını soranlar, dövran quranlar.
Əlləşib, vuruşub özün yoranlar,
Kimə ipək, qumaş, aldı, bu dünya.
***
Bəxtin tanrı yazır doğulan kəsin,
Qismətdən nəyin var, bəsindir, bəsin.
Ədalət hayqırıb ucalsın səsin,
Qədir bilməyənə ,.nol,,du, bu dünya.
***
Sirri, müəmması dərindən-dərin,
Şirindir, gözəldir, doymur gözlərin.
Kimə sitəm edir, bükür dizlərin,
Əzəl başdan qeylü-qaldı, bu dünya.
***
Düşüb qismətimə hər nə var bəsdi,
Kimsə dara düşdü ürəyim əsdi.
Neçə arzulrın yolunu kəsdi,
Namərdə nökərdi, quldu bu dün
QADASIN ALDIĞIM
Bir şair dostuma.
Köhlənini nə sürmüsən meydana,
Yıxar səni düş, qadasın aldığım.
Səyirdirsən dağda,-daşda dörd yana,
Ovla barı quş, qadasın aldığım.
***
Sən xaş üçün kəsmə qoçu-qoyunu,
Uduzarsan hər bir işdə oyunu.
Evdəkilər bilsə tutar ,,toyunu,,
Al bir ilıq duş, qadasın aldığım.
***
Dostum, çox da meyl eyləmə sən xaşa,
Yesən sarımsaqla tutarlar daşa.
Qış günüdür, xaşla iş açma başa,
Sonra sınar diş, qadasın aldığım.
***
Sərraf deyir:-Çoxdan xaşa mən yadam,
,.Zülüm,, çəkir onu yeyən hər adam.
Diş var ikən ye sən çoxlu qoz, badam,
Olsun cana nuş, qadasın aldığım.
KÖNLÜ QAR İÇİNDƏ YAZ OLAN ŞAİR
Könlü çiçəkləyib qışda gül açan,
Hər sözü, kəlməsi naz olan şair.
İlhamı kükrəyən dağ çayı kimi,
Fikri, düşüncəsi saz olan şair.
***
Zimistan qəhrini çəkənlər bilər,
Sonunda yaz gələr, ürəyi gülər.
Boylanar şeirindən min çeşid güllər,
Könlü qar içində yaz olan şair.
***
Dən gəzib şeirində uçub ötüşən,
Oxuyur sətrində bülbüllər şən-şən.
Vəsv olur gözəllər, gülzariı- gülşən,
Varlığı büsbütün söz olan şair.
***
Yanar xısın-xısın sızlayar içi,
Gah da şaxta kəsər, buzlayar içi.
Ay Sərraf, şorlaşar, duzlaşar içi,
Dərdi bol, sevinci az olan şair.
ŞEİRİMİ
Baxdıqca zövq aldım uca dağıara,
Yazdım hər çəmənə, düzə şeirimi.
Qoşma, gəraylının mən ən gözəlin,
Demişəm alyanaq, üzə şeirimi.
***
Arı tək şirəsin çəkdim hər sözün,
Sözlər də nazlanıb çox dartdı özün.
Öpüb əzizlədim yanağın, gözün,
Düşürməm ayağa, dizə şeirimi.
***
Gah Vətəndən yazdım, gah da ki, yardan,
Ağardı saçlarım seçilmir qardan.
Sözdür mənə qalan dövlətdən, vardan,
Namərd gətirməsin gözə şeirimi.
***
Qatar-qatar durna Kərkük elindən,
Köç edəndə zalımların əlindən,
Qəhr olmuşam, ağı qopub dilimdən,
Yazıb qalaqladım mizə şeirimi.
***
Sərrafam, yandıqca hicran odunda,
Unutdum vüsalın sevgi tamın da.
Təbrizim, İəvan, Dərbənd adında,
Həsr etdim hər cığır, izə şeirimi.
SALAM DEYƏCƏM
Şair dostum Sabir Nemətova.
Sabir qağa, yurda dönsəm, inəallah,
O dağlara səndən salam deyəcəm.
Yarpız dərib çeşməlrin gözündən,
Bulaqlara səndən salam deyəcəm.
***
Vətən dərdi ürəyimi qarsıyıb,
Alyanaqlar qəriblikdə qarıyıb.
Həsrət çəkib, könlü qubar bağlayıb,
Xoş çağlara səndən salam deyəcəm.
***
Çox əzizdir mənə yurdun qar-qışı,
Qasırğası, ildırımı, yağışı,
Bir cənnətdir ana yurdun ağuşu,
Yaylaqlara səndən salam deyəcəm.
***
Bahar çağı behişt ətri qoxuyan,
Kölgəsində qızlar xalı toxuyan,
Cəhcəh vurub bülbül nəğmə oxuyan,
O bağlara səndən salam deyəcəm.
***
Qorxutmayır məni dağın boranı,
Könlüm istər bir də görsün oranı.
Çətir tutan kölgəsinə varanı,
Budaqlara səndən salam deyəcəm.
****
Dərin olur dağ yerində bil, hörmət,
Əziz olluq yurda dönsək biz əlbət.
Ölənlərə yüz yol deyib rəhmət,
Mən sağlara səndən salam deyəcəm.
***
Hər bir sözün məlhəm oldu yarama,
Dərd içimdə yığın-yığın qurama
Dost, Sərrafda daha sevgi arama,
Çaylaqlara səndən salam deyəcəm.
QARDA GƏZƏN GÖRDÜM SƏNİ
Şair dostum Pənah Elqəmə.
Qarda gəzən gördüm səni,
Bildim, atəş var içində.
Bu ,,kənd-kəsək,, şairini,
Gördüm dümağ qar içində.
***
Hardadır Telman qardaşın,
Təktənha çatılıb qaşın?!
Papaqsız ağrıyar başın,
Donarsan bir su içimdə.
***
Yağan qardı dağa, düzə,
İlham alıb güc ver sözə,
Saqın, glməyəsən gözə,
Bir dənəsən dost, seçimdə.
***
De, bəs hanı Sabir qağa,
Məmməd Qədir, Böyükağa.
Soyuqdan döndüm yumağa,
Sanki, buz donub içimdə.
***
Nəzər qarda çıxmaz çölə,
Mehrəli dərs deyir hələ.
Mövlan Şahid durub gələ,
Qəzəl deyə hər biçimdə.
***
Səyyad Sərraf dostun hanı?
Qocalıb, ağrıyır canı,
Yığılıb bir yerə hamı,
Gəlib çıxmır dost neçin, -de!