GenelGüncelKültür SanatTürk Dünyası

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLİB

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
AKADEMİK ZİYA BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTU

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLİB

Bakı şəhəri 19 yanvar 2024-cü il

Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı tədbir keçirilib.
Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı tədbir keçirilib.

Yanvarın 19-da AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstəriblər. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazıblar.

Akademik G.Baxşəliyeva qeyd edib ki, həmin gün yaddaşlara sovet kommunist rejiminin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olunub. Əslində bu, öz azadlığı uğrunda mübarizəyə qalxmış xalqa qarşı siyasi və hərbi təcavüz idi. Bu hadisələrdə xalqımız bir daha sübut etdi ki, istiqlaliyyəti yolunda istənilən sınaqdan üzüağ çıxa bilər, Azərbaycan övladları öz həyatlarını müstəqillik uğrunda qurban verə bilərlər.
Həmin hadisələrin müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi olduğunu deyən akademik G.Baxşəliyeva, bildirib ki, o dəhşətli günlərdə xalqımız bir yumruq kimi vahid bir ideya ətrafında birləşməyi bacardığını göstərib.
Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəl.ü.f.d. Elnur Mustafayev, İnstitutun Həmkarlar təşkilatının sədri, t.ü.f.d. Sübhan Talıblı və başqaları çıxış edərək bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını və bu faciəni törədənlərə öz dərin nifrətini bildirdiyini söyləyiblər.

Vüqar Məmmədov,
AMEA-nın Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru
Vüqar Məmmədov, AMEA-nın Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru

Vüqar Məmmədov,
AMEA-nın Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru

Əlaqə:
(050) 252 04 73
(055) 644 99 87
[email protected]

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest