Şamaxıya gələn qış, üzümüzə gülən qış
Şamaxıya gələn qış….
Üzümüzə gülümsəyən, gülən qış…
Yenə bu yerlərə qarlı qış gəldi,
Ömrümüzə, günümüzə sevnclə
Bir dostumuz xoş gəldi….
***
Bu qış bizim ruzimizin təməli,
bu qış bizim günümüzün,
yarın günün səmərəsi, səməri.
***
Nə xoş gəlib yurdumuza gələn qış,
üzümüzə təbəssümlə
gülümsəyən, gülən qış….
*****
Bu qış qışdır payızdan,
Bu qış düşdü payızdan…
Burda çox quş olardı,
Onlar uçdu payızdan.
***
Hava qarlı,boranlı,
Hava yaman sopsoyuq.
Nə telefon səslənir,
Nə kimsədən xəbər yox…
***
Torpağın qazı çıxır,
Külək adamı yıxır.
Malalanıb qar ilə
Dərə,təpə,çöl,çuxur…
***
Odun peçi,şor-çörək…
Əriştə də qazanda.
İştah artır, güc artır,
Bu nəsnəni yazanda.
***
Gizlətməyin qax-qozu,
Gətirin alma,əzgil.
Mürəbbələr yan-yana…
Yox…bu qış ondan deyil.
***
Xizəklər əmrə hazır,
Xizək burda dəb düşüb.
Məstan pişik otaqda,
Mumu çöldə büzüşüb.
***
Mumu büzüşən bayır.
Mumuları sınayar.
Mumuya yer verməsək,
Hamı bizi qınayar.
***
Çaqqallar da ulamır,
Ulamağa yoxdur hey…
Canavarlar çoxdandır
Soyuqlardan olub key…
***
Şəlalə salxımlanıb,
Yerindəcə donubdur…
Elə bil leylək gəlib,
Tel üstünə qonubdur.
***
Ay nə gözəl mənzərə!…
Bir aləm hər tərəfi….
Qışda dincəlmək üçün
Düzgün seçin həfəfi…
***
Bu yerlərin hər fəsli
Xarüqələr düzəldir.
Yaz da burda- möhtəşəm,
Qış da burda gözəldir…
Nazim Nəsrəddinov.
Bakı. 31.12.2018.