Şamaxı Məclis Məktəbinin və şəhər məktəbinin müəllimi şair Seyid Əzim Şirvaninin Tiflis səfəri

1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Müsəlman şöbəsi yaradılanda ilk növbədə buradakı   tələbələrə  dərs keçməkdən  ötrü elmli və təcrübəli müəllimlərin axtarışına başlandı.
Seminariyada müsəlman tələbələrinə 2 şəriət və ana dili müəllimi tələb olunurdu.. Bu məqsədlə mətbuatda müsabiqə elan olundu.

Sünniməzhəb tələbələrə dərs demək üçün müsabiqədə təkcə bir müəllim iştirak edirdi-Molla Hüseyn Qayıbov. O,uzun müddət Zaqafqaziya Əhli -Təsənni İdarəsində katib işləmiş,İdarənin nəzdindəki Ömər məktəbdə şagirdlərə ana dili və şəriətdən dərs demişdir.

Dövrünün ensiklopedik təfəkkür sahiblərindən biri olan H.Qayıov-  Azərbaycan şairlərinin bir neçəsini əsərlərini, Almaniyaga çap olunmaqdan ötrü M.F.Axundovun xahişi  ioplamışdır.Toplanmış bu əsərləri milliyyətcə ata tərəfdən fransız, ana tərəfdən alman olan rus şərqşünası, fars dili mütəxəssisi  Adolf Petroviç Berje (1828-1896) Almaniyada çap etdirmişdir.

Seminariyanın sünniməzhəb və şiəməzhəb tələbələrinə dərs deyəcək müəllimlərin müsabiqəsi ayrı-ayrılıqda keçirilmişdir.

H.Qayıbov seminariyaya  sünniməzhəb tələbələrinə dərs demək məqsədilə ərizə vermişdi.Müsabiqədə onun eəqibi yox idi..Bəlkə də bu  müsabiqə şərait qəsdən yaradılmışdı..Bu işdə H.Qayıbova   hakimiyyətdə yüksək mövqe tutan təhsil himayədarı A.P.Berjenin  qayğı və himayədarlığı da  güman edilir..
Müsabiqədə  şiəməzhəb uşaqlara ana dili və şəriətdən dərs demək iddiasında olan iki müəllim iştirak edirdi. Onlardan biri əslən Salyandan olan Ə.Axundzadə ( 1843-1907) idi.
ƏşAxundzadə Zaqafqaziya Şiə İdarəsini üzvü,bu idarənin nəzdindəki Əli məktəbinin müəllimi idi.O, hökumət dairələrində təhsil bilicisi,dərslik müəllifi kimi yaxşı tanınırdı.
Müsabiqədə Ə.Axundzadənin rəqibi Şamaxılı şair,Azərbaycan milli mətbuatının ilk jurnalistlərindən biri S.Ə.Şirvani idi. S.Ə.Şirvani o vaxtlar Şamaxıda iki məktəbdə müəllim işləyirdi. Bu məktəblərdən biri 1874-cü ildə görkəmi maarifçi və din xadimi,Şamaxı qazısı Səid Əfəndi Ünsizadənin (1842,Şamaxı,-1903,İstanbul) yaratdığı Məclis Məktəbi idi. Onun işlədiyi ikinci məktəb isə şəhərin rusdilli məktəbi idi.Buradakı müəllimlərin əksəriyyəti Avropanın nüfuzlu ali məktəblərinin məzunları idi.

Yeri gəlmişkən qeyd edək ki, sonralar Bakı Real Gimnaziyası yaradılnda bu məktəbdə işləyənlərin çoxu  Şamaxıdan oraya göndərilmişdi. 
S.Ə.Şirvani müsabiqəyə dəvət olunanda ölkənin adlı-sanlı nüfuz sahiblərindən biri idi.O,işlədiyi məktəblərdə dediyi dərslər əsasında hazırladığı dərsliyi çap etdirmək üçün müvafiq sənədlərin tərtibi ilə məşğul idi.

S.Ə.Şirvani Tiflisə müsabiqəyə yola düşəndə qalib gələcəyinə arxayın idi.Lakin S.Ə.Şirvani bir neçə gündən sonra kor-peşman öz doğma şəhərinə qayıtdı.Bu səfərdən Seyid Əzimə qalan dahi Azərbaycan şairi Nizaminin qəbrinin üstündə oxuduğu dərdləşmə rübaiso (həsbi-hal) oldu:

Ey Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü ehtişamı dağılan,
Olmuşmu səninlə mən kimi aləmdə
Beyti,evi,məktəbi,kəlamı dağılan?..


* S.Ə.Şirvani Şamaıya qayıdanda əvvəlki işlərində maarifçilik fəaliyyətini davam etdirdi, yazdı,yaratdı,bacardığını söylədi,gücü çatmayan məsələləri ezop dili ilə, rəmzlərlə dilə gətirdi.Çuxasını döşünə taxmağa himayəsində yaşadığı dövlətdən orden , medal ala bilməsə də, lentlə boynundan asmağa bir gümüş medal ala bildi.Buna da min şükür…Onun müəllimliyinə, nəhayət ki qiymət verildi…

S.Ə.Şirvaninin seminariya rəqibi Ə.Axundzadə də təhsilimizin inkişafı yolunda böyük uğurlar qazandı,Sinəsinə taxdığı orden və medalların, boynundan asdıığı qızıllı, gümüşlü medalların sayı artdı.

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının 1890-cı il məzunu N.Nərimanov sonralar öz ana dili və şəriət müəllimininin- Əbdüssəlam Axundzadənin pedaqoji ustalığından həvəslə söz açmışdır.
Ə.Axundzadə Qoridə 16 illik müəllimlik fəaliyyətindən sonra -1895-ci ildən 1907-ci il noyabrın 
18-dək Zaqafqaziya şeyxülislamı vəzifəsində işləmişdir.

Bu yerdə ağlıma bir sual düşdü:

“Görəsən,S.Ə.Şirvani Qoridə müəllimliyə qəbul olunsaydı, o da sonralar şeyxülislam ola bilərdimi ?”




Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Respublika Prezidentinin Sərəncamı ilə keçirilən

ƏN YAXŞI MÜƏLLİM müabiqəsinin qalibi,

türkoloq.

11.01.2020.

P.S.

ZMS-in ilk müəllimlərindən biri də Hüseyn Əfəndi Qayıbov (1830-1917) bir neçə illik pedaqoji

fəaliyyətdən sonra-1884-cü ildən Zaqafqaziya Əhli -Təsənni İdarəsinin sədri və Zaqafqaziya müftisi

seçilmiş,ömrünün sonunadək -1917-ci ilədək bu vəzifədə çalışmşdır.

Bu illərdə onun ən böyük işi 4 cilddən ibarət olan 
“Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” adlandırdığı təzkirədir.
Bu iş bütöv bir elmi-tədqiqat institutunun bir ildə gördüyü işlə müqayisə oluna bilər.
Təəssüf ki, 4 cildlik məcmuənin 1986-cı ildən bəri

ancaq 2 cildi çap edilərək, oxuculara çatdırılmışdır.

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest