GenelGüncel

Şamaxı Məclis Məktəbi (indiki Şamaxı Avropa Liseyi) -145

Türk dünyasının fazillərindən biri olan Səid Əfəndi Ünsizadənin(1842, Şamaxı – 1903,İstanbul) 1874-cü ildə Şamaxıda yaratdığı MəclisMəktəbinin ( indiki Şamaxı Avropa Liseyinin) 2014-cü il dekabrın 13-də140 illikyubileyini böyük təmtəraqla Şamaxı Mədəniyyət Sarayında keçirilmişir.O vaxt dəvətli olsalar da, bu tarixi əhəmiyyəti olan tədbirə Azərbaycan Respublikası Təhsil Nazirliyindən heç kəs gəlməmişdi.Tədbirə dəvət alanlardan  RespublikaTəhsil Şurasının  sədri,professorƏjdərAğayevin tədbirdəki çıxışı maraqla qarşılanmışdı.Ərazinin Milli Məclisdə fəal görünən deputatı da bu böyük tədbirdə iştitak edəbilməmişdi; deyəsən, Avropaya ali iclasların birinə getmişdi.Respublika əhəmiyyətli böyük  dövlət tədbirə dəvət olunduğu üçün  Şamaxının icrabaşçısı tədbirə öz müavinini göndərmişdi.O vaxtlar Azərbaycan Respublikasının vergilər naziri- bu məktəbin məzunuFazil Məmmədov tədbirin maliyəməsələlərinə kömək etsə də,tədbirə gəlməyəvaxt tapmamışdı.
Tədbir çox maraqlı keçdi.Biz hər nəsnədən əvvəl Azərbaycan təhsilinin müəyyən şərəfli səhifələriniAvropadan gəlib, Azərbaycanda bizə dərs keçən Qraeme Pollock’a göstərə bildik.Mister Q.Pollock onda Bakıdakı Avropa Azərbaycan Məktəbinin direktoru idi.Buməktəb Şamaxı AvropaLiseyi ilə qardaşlaşmış təhsil ocağıdır.Q.Pollock indi  Azərbaycan Müəllim İnkişaf Mərkzinin -AMİM-in rəhbəridir.
Tədbirdən keçən illər ərzində Məclis Məktbinin yaradıcıları haqqında çoxluyeni materiallar tapılmışdır.Səid Ünsizadənin və burada S.Ə.Şirvani ilə birlikdə müəllimlik edən CəlalÜnsizadənin həyat vəyaradığılıqları haqqında kölgədə qalan xeyli məlumat vəinformasiyalar aşkarlanmışdır.Səid Ünsizadənin və onun qardaşı Cəlal Ünsizadənin   foto şəkilləri tapılmışdır.Ünsizadələr  nəslinin -Türkiyədəki nümayəndələri haqqında təhsil tariximiz üçüngərəkli olan ziyalılarnəslinin nümayəndələri ilə əlaqələr yaradılmışdır..OnlarTürkiyənin elit təbəqələrini təmsil esən Ünsi’lər  və Arkun’lardır.
Hörmətli təhsil tarixçiləri və təhsil ictimaiyyəti!Gəlin , Şamaxı Məclis Məktəbinin 145 illiyini daha geniş miqyasda,respublikasəviyyəsində keçirək.Səid Ünsizadənin həyat və yaradıcılığının tədqiqatçısı, təhsiləsələdən hali olan,təhsil tariximizin araşdırıcısıkimi, mən bu işdə əlidən gələn köməkliyi etməyəhazıram.Unutmayın ki,Şamaxı Məclis Məktəbi türkdilli məktəb tarixinin mötəbər təhsilocaqlarından biri olmuşdur.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq
05.10.2019.

Səid Ünsizadə

Pin It on Pinterest