GenelGüncelKültür Sanat

Şaire hanım Tamara Rüstəmli – Nahçıvan

Bahar beləcə gəlir !

Qızıl gül üstündə bu sarı köynək,
Nəğməsin oxuyar, söyləyər nəsə,
Bahar bir fəsildir, yazı gül, çiçək,
Nərgizdən konlümə dolubdur nəşə.

Noğulu, kişmişi hər evdə məzə,.
Hər yerdə yenilik təzədən təzə.
Masanın üstündə qoyulub səbzə,
Bir azdan açılar bayram süfrəsi,
Aşların üstündə,beçə, fərəsi.

Toplaşıb bir yerə məhlə qızları,
SınayIr onları xoş arzuları.
Hər kəs əridir ki , donmuş buzları,
Gözəl söz dalınca niyətə gedir,
Açıq qapılardan həyətə gedir.

Yanan tonqalların atəşi qaynar
Uşaqlar atlanıb oddan tullanar.
Hər kəsin ağırı tökülüb yanar,
Beləcə baharı hər kəs qarşılar,
İnsanın selindən qaynar çarşılar.

Tamara Sadiq.

22.03.2023.

Aysuma

Sən körpə göyərçinim
Bu can sənin əsirin ,
Sən gözəllər gözəlim,
Heç yoxdu ki , kəsirin .

Yanaqların lalədir,
Dodaqların piyalə.
Qaşların ayparədir,
Gözlərin xumar , şölə.

Həyatıma nur saçan
Günəşmisən , aymısan?
Mənə Tanrıdan gələn
Ən dəyərli paymısan ?

Sənlə nəfəs alıram,
Döyünən ürəyimsən.
Sən mənim gələcəyim
Xoş arzum , diləyimsən.
Tamara Sadıq.
1- 03 -2022.

Bayram nağılı.
Gəl, sənə nağıl deyim,
Nağıl divi olmasın.
Hamısı qalsın bekar,
Təknələri boş olsun,
Ac, günü də xoş olsun.
Bazarı candan baha,
Qiymət qalxsın allaha
Xiyarı onca manat,
Şabalıdı o boyda.
Hər yerdə donmuş qanad,
Almaq üçün nə inad.
Yarı buz , yarı dərman,
Al,uşaqlar edib fərman.
Bayramın səbzəsi var,
Kişmişin özgəsi var.
Qarası aşa getməz,
Sarısı da pul bilməz.
Bahalıqda nə bayram?
Alırsan qram -qram.
Bəxtə kasıblıq düşüb,
Qarın necə büzüşüb.
Günah bəxti yazanda.
Gözlər qalır qazanda.
Bitməz deyil bu nağıl,
Yazıb qurtarmır ağıl.
Gəl sənə nağıl deyim,
Alması düşməz olsun.
Gəl,sənə nağıl deyim,
Bayramı bişməz olsun.
Tamara Sadıq .
16.03.2021.

Qocalar.
Taqətin itirib ,dəyişib yaman,
Qatlayıb belini bu dövran, zaman.
Belində durmayır bu nimdaş tuman,
Taleyin əlində qalıb qocalar.

Sürünür ayağı, durmayır yerdə,
Gözündən asılıb bir torlu pərdə,
İllərdir baş əyib, sağalmaz dərdə,
Zamandan hökmünü alıb , qocalar.

İllərlə özünün tayın axtarıb,
Ağarmış kirpiklə bir az nur yarıb,
Gecəsin bələyib , gündüzün sarıb,
Xəyala min kərə dalıb, qocalar.

Üzündə qırışlar illərin izi,
Gömürüb nə qədər doğma ,əzizi.
Çoxdan itiribdir qardaş əkizi,
Nisgili ürəyə salıb, qocalar.

Yetmişi ,səksəni haqlayıb,tutub,
Dilini dişləyib ,qəzəbin udub.
Deməyin Tamara bunu uydurub,
Allahın aşiqi ,talib qocalar..

Tamara Sadiq
31.05.2022

Dara gedir Kəlbəcər.!!!

Ana vardı bətnindəki oğuldu,
Körpələri vaxt vədəsiz doğuldu.
Ana üçün şirin şəkər noğuldu,
Sinəm üstə məskən saldı, dərd ,kədər,
Tanrı qoru, dara gedir Kəlbəcər !.

Gəlinləri abrı üçün üz sardı,
Çalma çalıb Vətən deyib qabardı,
Bu ün deyil, kömək üçün haraydı .
Sinəm üstdə məskən saldı dərd, kədər,
Tanrı qoyma dara gedir Kəlbəcər !.

Torpaq yandı, kömürləşdi qapqara,
Bu millətin sinəsidi, bax,yara.
Biz gedirik hansı yolla , de hara?
Tərs gətirdi taleyimz nə qədər,
Tanrı qoyma, dara gedir Kəlbəcər.!

Tamara Sadıq…

10-02-2018.


İgidlər.
Özünü Vətənə qurban eylədi,
Ölümün gözünə baxdı igidlər,
Düşməni yurdumda viran eylədi,
Üçrəngli bayrağı taxdı igidlər.

Vətən bütövləşir,tanrıya şükür,
Paylanmış torpağa sahib çıxırıq.
Ordumuz yağıyla elə döyüşür,
Qarşıda sədləri vurub yıxırıq.

Şəhid də vermişik, nə qədər zərər,
Şəhidsiz torpaqlar vətənləşməyir.
Döyüşdə oğullar çalmırsa zəfər,
Onda o oğullar ərənləşməyir.

Dəfn etdik könüldə neçə şəhidlər,
Yenə də sağ olsun, başın ,ay Vətən!
Əbədi göz yumdu, nakam igidlər,
Ağla ki , torpağın yuyulsun Vətən.

Tamara Sdiq
16.09.2022

Bilmədim.
(Anam qədər sevdiyim əziz qaynanama. Məkanın cənnət olsun ana…)

Sənə ana dedim, anam da oldun,
Sən mənə bir arxa, boynumda qoldun.
Zaman ələdikcə gül kimi soldun,
Sənli günlərindən doya bilmədim.

Xəyallar keçmişi hey varaqldı,
Fikir qanadlandı, göz soraqladı.
Zaman dərdlərimdən ocaq qaladı,
Dünyaya adını yaya ilmədim.

Kök saldı qəlbimdə ana, qüdrətin,
Yaşadı gözümdə hər gün surətin.
Nə qədər böyükmüş izzət, hörmətin,
Vidalı gününü saya bilmədim.

Ay ana, qalmayıb məndə də taqət,
Məhv oldu o günlər, yaşam səadət.
Yenə də yaşayır sevgi, məhəbbət,
Cismimi üz – üzə qoya bilmədim.

Tamara Sadıq.
26 -04 -2021.

Dostlar soruşmur hardasan ?

Ürək məni üzüb yaman ,
Baş üstünü alıb duman .
Sabahıma yoxdu güman ,
Dostlar soruşmur , hardasan ?

Ürək dərddən donub qalır ,
Damarda qan laxtalanır .
Ürəyi sevgi saxlayır ,
Dostlar soruşmur hardasan? .

Keçən günlər yada düşür,
Kimlər umur , kimlər küsür .
Qısqananlar məni süsür,
Dostlar soruşmur , hardasan ?

Həyat hər gün əyir məni ,
Bir yay kimi gərir məni , Ürək yuyur , sərir məni ,
Dostlar demir , sən dardasan ?

Tamara Sadıq .
Naxçıvan Səhər Respublika xəstəxanası.
9 -12- 2023

ÜRƏYİMLƏ YARISAN !.

O gözəl gözlərinin həsrətini çəkirəm ,
,Gəzdiyin hər cığıra öz sevgimi əkirəm.
Xatirələr tükənməz ,x atirəmə bükürəm ,
Sən mənim gül çiçəyim,, ömrümün baharısan,
Sənsiz yaşamaz ürək , ürəyimlə yarısan !

Mənim sevinc payımı hissə -hissə gətirdin ,
Bu kövrək ürəyimdə gül çiçeklər bitirdin ,
Unutdum qəm , kədəri , dərdlərimi bitirdim ,
Sən mənim Ayım , nurum , sevimli Aynurumsan,
Ömrümə bəzək vuran baharımsan , yazı msan !

Rəsmin gözə çəkilib ömürlük gözümdən,
Səni axtarmıram ki,elə sən özümdəsən,
Gəncliyim ötüb mənim, axı gəncliyimdəsən,
Sən mənim gül – çiçəyim ömrümün baharısan ,
Sənsiz yaşamaz ürək ,ürəyimlə yarısan !

Tamara Sadıq .

,
Yeni ilin mübarək

Qarşımda qələm,kağız,
Qoy sənə şeir yazım
bir ağız
İlmələyim sözləri,
Hecalayım sətir-sətir.
Hər bir misramdam
gəlsin ətir.
Masada yandırım sönmüş şamı,
Bu yeni il axşamı.
Dərim ulduzları,
bəzəyim təzə ,tər küknarı.
Gətirim sənə hədiyyə
ətək -ətək,
Oxuyaq,əylənək,
Verib əl-ələ, ötək-ötək
Öpüm qırçın saçlarını,
Sığal çəkim.
Darayıb dən-dən,
Sevgi əkim !
Süfrəndən dadıb yeyim!
Məndən umduğunu deyim:

Tamara Rüstəmli
Tamara Rüstəmli
  • Yeni ilin mübarək !
    Tamara Sadiq
    31.12.2023

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest