GenelGüncelKültür Sanat

Səxavət İzzətinin Şiirleri

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Səxavət İzzəti (Əndəlib)

 BƏLKƏDƏ ÖLÜLƏR BIZƏ GÜLÜRLƏR


 Sevgini, sevinci büküb qəmlərə,

 Həyatda bir gülüb yüz ağlayanda,

 Dirilər üstünə mərmilər töküb, 

 Ölülər dalınca göz ağlayanda,

 Hər gün qucaqlayıb qəbir daşların,

 Yanıqlı- yanıqlı biz ağlayanda,

 Bəlkədə ölülər bizə gülürlər.

                    ***

 Dünya şirinləşir bizə gün bə gün,

 Bu bal bardağından doyan tapılmaz,

  «Dünya vəfasızdır, ömürlər fanı»

 Deyən tapılsada duyan tapılmaz,

 Baxıb börkümüzə belə deyəndə:

  «Bir zaman sənidə qoyan tapılmaz»

 Bəlkədə ölülər bizə gülürlər.

                    ***

 Hələ də bilmirik bu nədir belə,

 Yaradır min dərdi, min ahı bizdə,

 Bizikmi dünyanın günah çeşməsi?

 Ya dünya yaradır gunahı bizdə, 

 Halalı, haramı qatışıq salıb,

 Görəndə yüvənsiz tamahı bizdə,

 Bəlkə də ölülər bizə gülürlər.

                    ***

 Haçansa şeytanın üzünə gülüb,

 Uçur nəfsimizin havası uçur,

 Fəlakət devinin əlində əsır,

 Dünyanın səadət bınası uçur,

 Haçansa insanın tuxanıb əlı,

 Bir gunahsız qüşün yuvası uçur,

 Sular zəhərlənir nəfəsimizdən,

 Meşədən meşəlik cəlası uçur,

 Uçurdub bu qədər gözəllikləri,

 Sonra matəm tütüb, yas saxlayanda,

 Bəlkədə ölülər bizə gülürlər.

                    ***

 Qudrət kürsüsündən, güc kürsüsündən

 Gəlir siyasətin gop ha gop səsi,

 Vurha vur çağıran səslər çuxalır 

 Burda eşidilmir dayan, hop səsi,

 Bəlkə ölülərin şüvən səsidir,

 Irənc tüfəng səsi, qorxunc top səsi,

 Səs səsə veriblər top tüfəngilə

 Bəlkə də ölülər bizə gülürlər.

                    ***

 Ölülər gülürlər olardan niyə,

 Ibrət götürmədik, maya dərmədik,

 Ölülər gülürlər olardan qalan

 Dağılmış yurdları niyə görmədik,

 Yüz min həsrət ilə söyləyəndə biz 

  «Dünya gülşənində səfa sörmədik»

 Bəlkə də ölülər bizə gülürlər.

ILK MƏHƏBBƏT

 Ürək gözilə

 Dünyayə ilk sevgi baxışı

 Həyatın ömrlük dadı

 Sunsuz acısı

 Unudulmaz dərin

Göynəyən yara

Il bə il gül açan

 Tıkanlı bir xatrə

 Ağ yellər önünda

alışan əkın

 Ürəyə sızan

 Gizili göz yaşı

 Hər bir insanın

 Əbədı sırdaşı

 Nakam eşqlərin sazında

 Parlayan sədəf

 Yüzdə birinin

 Çatabıldıgı hədəf.

OLMADI

 Ürəyimdə qaldı sözüm,

 Çox dedim deyəm olmadı.

 Hərənin evi- eşigi,

 Mənim bir dəyəm olmadı.

                    ***

 Bəzəgi var adamları,

 Özü buxar adamları,

 Ağıl dan dar adamları,

 Istədim geyəm olmadı.

                    ***

 Içimdə uddum sözümü,

 Yordum səbrilə, dözümü,

 Boğmaq istədim özümü,

 Bir arşın ciyəm olmadı.

                    ***

 Ipək ıdım, qumaş ıdım,

 Yaxşılara hamaş ıdım,

 Bir dəyərli daş- qaş ıdım,

 Hayıf ki yeyəm olmadı.

                    ***

 Dərd bilməyən nadanlara,

 Hər söz deyən nadanlara,

 Mənə söyən nadanlara-

 Dedim ki söyəm olmadı.

GEDIRƏM

 Qəmli dünya dərdin, qəmin

 Sinəmi boğur gedirəm.

 Həsrətlərin ağ yağışı,

 Başıma yağır gedirəm.

                    ***

 Meylimi gülə bağladım,

 Gümüşü telə bağladım,

 Günahdan şələ bağladım,

 Yükümdür ağır gedirəm.

                    ***

 Mən nə şaham nə dərvişəm

 Heç bilmirəm nədir peşəm

 Gələndə fağır gəlmişəm

 Gedəndə sağır gedirəm

                    ***

 Qayaları lal ay dağlar

 Gül çiçəyi bal ay dağlar

 Sağ salamat qal ay dağlar

 Ver mənə uğur gedirəm

                    ***

 Əzəlındən sirimışsən

 Kəramt siz pirimişsən

 Vəfasızın biriymişsən

Az məni çağır gedirəm

                    ***

 Ay” əndəlib”  məni dinlə

 Nə sızılda nə də inlə

 Bu dünyaya var gücünlə

 Ocadan çiğir gedirəm

GETMƏDI, GETMƏDI

Ömrümüzün  zirvəsindən,

 Duman getmədi, getmədiş

 Xüş gün üçün başımızdan,

 Guman getmədi, getmədi.

                    ***

 Bu nə höküm, nə fərmandı,

 Yaxşı günlər ləhzə, andı ,

 Pis günlərdə bərk dayandı,

 Zaman getmədi, getmədi.

                    ***

 Siz məni dəli saymayın,

 Eşidin könlümün hayın,

 Yaxşılar getdi quymayın,

 Yaman getmədi, getmədi.

                    ***

  «Əndəlib » ağrılar dizdən,

 Nə axtarır fəlk bizdən,

 Ömür getdi dilimizdən,

 Aman getmədi, getmədi,

KÜÇƏMIZDƏN

Sənin həsrətinlə a kövrək maral,

Yanan küçəmizdən keçirəm indi .

Mənimlə danişan xatirələrdən,

Dinən küçəmizdən keçirəm indi.

                    ***

Dərd çalır, ğəm çalır sazının simi,

Əl vursan ağlıyar kövrəkdir himi,

Sənin eşqin kimi, ürəyın kimi,

Donan  küçəmizdən keçirəm indi.

                    ***

Qaldı bu küçədə nəyim var nəyim,

Sınan telli sazım, ağlıyan neyim,

Bir gün əllərində şair üurəyım,

Sınan  küçəmizdən keçirəm indi.

                    ***

Dözdüm hər zülümə dedim qədərdi,

Kimlər bu küçədən gəlib gedrdi,

Mənim keçirdiyim əzabı, dərdi,

Qanan  küçəmizdən keçirəm indi.

                    ***

“Əndəlib” dərd gəzir döşümün üstə,

Daşım dayanmadı daşımın üstə,

Dönüb ağ buluda başımın üstə,

Qonan küçəmizdən keçirəm indi.

MƏN SƏNI UNUDA BILMƏDIM GÜLÜM

Sən məni unutdun xeyrin olsun,

mən səni unuda bilmədim gülüm!

Yazıram sevənlər oxusun bilsin,

mən səni unuda bilmədim gülüm!

                    ***

Hələ yadımdadı ilk baharıdı,

Əl çatmaz zirvələr tala qarıdı,

Səni ilk gördüyüm birgün varıdı

O günü unuda bilmdim gülüm!

mən səni unuda bilmədim gülüm!

                    ***

Duymadım baharı, itirdim yayı,

Keçdi ömrüm günüm keçdi havayı!

Unutdum hər şeyi səndən savayı,

Tək səni unuda bilmədim gülüm!

                    ***

Ey mənim ömrümün amanın kəsən!

Mənim günlərimə şəriksən nəsən?

Gecədə gündüzdə ürəyimdəsən,

mən səni unuda bilmədim gülüm!

                    ***

Içim için için qaynayır mənım,

Həsrətin içimdə oynayır mənim,

Bir misirə dilimdə göynəyir mənim-

« Mən səni unuda bilmədim gülüm»

                    ***

Sevgilim ömrü, günü unutdum,

Səhəri, axşamı, danı unutdum,

Belə fikr eləmə səni unudum,

Mən səni unuda bilmədim gülüm!

ANAMIN ƏLLƏRİ

Üzümə toxandı bir gül yarpağı,

Ay ana əllərin yadıma düşdü.

Yarpaqlar bəzədi bağçanı, bağı,

Ay ana əllərin yadıma düşdü.

                    ***

Saldığın ağacın gülü danişdi,

Çaldığın laylanın dili danişdi,

O alma naqqışlı xali danişdi,

Ay ana əllərin yadıma düşdü.

                    ***

Anasız bu dünya ahdı, azardı,

Nə yaxşı dünyada analar vardı,

Qızım qollarını buynuma sardı,

Ay ana əllərin yadıma düşdü.

                    ***

Enişlər, yoxuşlar üzümə durdu,

Ağrılar, acılar ömrümü yurdu,

Sənsiz keçən ömür ağır ömürdü,

Ay ana əllərin yadıma düşdü.

                    ***

Alışan ocağam , qovrulan sacam,

Yüx olan varlığam dağılan gücəm,

Əlin ver əlimə sənə möhtacam,

Ay ana əllərin yadıma düşdü.

KƏSMƏ ŞIKƏSTƏ

Yox əzzim çağırıb, yox əzzim deyib,

Mənimlə ağladı kəsmə şikəstə.

Bəlkədə mənimlə köhnə tanışdı,

Məni qucaqladı kəsmə şikəstə.

                    ***

Əzzim deyə- deyə ketdi əzizlər,

Qurtardı tükəndi bitdi əzizlər,

Onun nəvasiylə yatdı əzizlər,

Yenə də çağladı kəsmə şikəstə.

                    ***

Yordu ilim ayım günüm könlümü,

Dərdlərə, ğəmlərə ğənim könlümü,

“Əndəlib” yenədə mənim könlümü,

Özünə bağladı kəsmə şikəstə,

TƏBRİZİN GECƏLƏRİ

Nuru haqqdan doludur

Təbrizin gecələri.

Gözəllik sinbuludur

Təbrizin gecələri.

***

Ağıldan, osdan deyər,

Gülgəz abbasdan deyər,

Bəzm açar dastan deyər,

Təbrizin gecələri.

           ***

 “Səhən” də məclis qürub,

Şeirdən çələng hörüb,

Sahir, şəhəriyar görüb,

Təbrizin gecələri

.

              ***

Şeydalara  səs verib,

Barizə həvəs verib,

Çoxuna  nəfəs verib,

Təbrizin gecələri.

          ***

Nə deyib gözəl deyib,

Əyriyə düzəl deyib,

Sərafa ğəzəl deyib,

Təbrizin gecələri.

              ***

Çox aydın üzlər görüb,

nurlu bənizlər görüb,

Şəmsi təbrizlər görüb,

Təbrizin gecələri.

                ***

gözündə haya bağlar,

Itməz sərmaya bağlar,

Qurandan maya bağlar,

Təbrizin gecələri.

                 ***

Sinəsındən söz yağar,

Gecəsi gündüz yağar,

Ay doğar ulduz yağar,

Təbrizin gecələri.

            ***

Üstü sarı dağlıdı,

Altı yaşıl bağlı ədi,

Min bir gecə nağlıdı,

Təbrizin gecələri.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest