GenelGüncelKültür SanatTürk Dünyası

Şərqşünas alim beynəlxalq jurnalda erməni vandalizmindən yazıb

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

AKADEMİK ZİYA BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTU

Şərqşünas alim beynəlxalq jurnalda erməni vandalizmindən yazıb

Bakı şəhəri                                                             2 oktyabr 2024-cü il

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “Historical and cultural heritage of Azerbaijan destroyed as a result of Armenian aggression” (Erməni təcavüzü nəticəsində dağıdılmış Azərbaycanın tarixi və mədəni irsi)adlı məqaləsi Türkiyədə nəşr olunan “Vakanüvis – Uluslararası Tarih Araştırmaları Dergisi”ndə ingilis dilində çap olunub. 

Məqalədə Ermənistan Respublikasının və onu dəstəkləyən qüvvələrin hərtərəfli dəstəyi ilə təcavüzü nəticəsində dağıdılmış Azərbaycanın tarixi, maddi-mənəvi abidələri araşdırlır. Eyni zamanda Qarabağın tarixi, Qarabağ xanlığı, Qarabağın icitmai-siyasi, sosail-iqtisadi, mədəni-mənəvi vəziyyəti, Ermənistanın Azərbaycanın tarixi, mədəni-mənəvi abidələrinə qarşı terroru, İrəvanda erməni vandalizmi, işğal zamanı Qarabağda dağıdılmış türk-müsəlman, Alban abidələri, erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mənəvi abidələrlə bağlı beynəlxalq və regional təşkilatların mövqeyi, Azərbaycan Respublikasının atdığı addımlar və s. məsələlər tədqiq və təhlil edilir.

Vüqar Məmmədov, AMEA-nın Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru
Vüqar Məmmədov, AMEA-nın Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru

Vüqar Məmmədov,

AMEA-nın Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru

Əlaqə:

(050) 252 04 73
(055) 644 99 87
azerb.sharq@gmail.com

“Vakanüvis - Uluslararası Tarih Araştırmaları Dergisi
“Vakanüvis – Uluslararası Tarih Araştırmaları Dergisi

Pin It on Pinterest