Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyov
Mətbuatımızın türkdilli və rusdilli ilk müxbiri Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının müsəlman şöbəsinin ilk üç məzunundan birivə yaxudİran şahzadəsinin qudası(kürəkəni) Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyov(1856,Şuşa-31.08.1902,Bakı)
Etiket: ik müxbirlərimizdən biri,seminariya məzunu,oxu kitabı,dərslik müəllifi,yeni üsullu təlim metodları, “Ziyayi -Qafqasiyyə” adlı həftəlik qəzet, “Tərcüman” qəzeti,türkdilli təhsil, maarifçi,
Səid Ünsizadə, İsmayıl bəy Qaspıralı, Bağçasaray, tərcüməçi
O,İlk təhsilini mollaxanada və Şuşa şəhər məktəbində almışdır.
Görkəmli maarif xadimi, pedaqoq S.Vəlibəyov III dərəcəli Müqəddəs Anna ordeniilə təltif olunmuşdur.
Səfərəli bəy Vəlibəyov XIX əsr Azərbaycan pedaqoji tarixinin görkəmli simalarından biridir. O, Zaqafqaziya (Qori) müəllimlər gimnaziyasını bitirən ilk üç Azərbaycanlıdan biri olmuş, ömrünün 18 ilini pedaqoji işə sərf etmişdir. Bu müddət ərzində o, onlarla istedadlı gənc yetişdirmişdir ki,elm, maarif, ədəbiyyat və incəsənətin müxtəlif sahələrində, habelə ictimai-siyasi işlərdə fəal çalışmış, Vətənə və xalqa namusla xidmət etmişlər. C.Məmmədquluzadə, N.Nərimanov, S.S. Axundov və bir çox başqaları ibtidai təhsillərini S.Vəlibəyovdan almış, tələbkar və qayğıkeş müəllimlərini həmişə böyük məhəbbət hissi ilə yad etmislər.
Hacı Vəli bəy Kəbirlinin ikinci oğlu Şıxhəsən bəyin oğlu Səfərəli bəy Vəlibəyov 1856-cı ildə Şuşa şəhərində anadan olmuşdur.. Molla yanında təhsil alarkən ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. 1875-1879 cu illərdə Şuşa şəhər məktəbində təhsil almışdır.1879-cu ildə A.O.Çernyayevski tələbə toplamaq məqsədi ilə Şuşada olarkən gənc Səfərəli bəylə söhbət aparmış, zirək və bacarıqlı olduğunu görüb onu Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının nəzdində açılmış Azərbaycan bölməsinə aparmış, seminariyanın 2-ci sinfinə qəbul etmişdir.
Seminariya həyatı, ordakı təlim-tərbiyə sistemi basqa seminaristlər kimi Səfərəli bəy Vəlibəyovun da mənəvi inkişafına müsbət təsirini göstərmişdir. Gələcək müəllim təhsilin ilk günlərindən başlayaraq özünü qabil və işgüzar bir gənc kimi göstərir, tədris fənlərinə dərindən yiyələnir,dünya ədəbiyyatı nümunələrini mütaliə edir, pedaqoqika elmi haqqında mükəmməl bilik alır.
Qori Müəllimlər Seminariyası nəzdində açılmış ibtidai məktəbə müəllim olmadığına görə Çernyayevski özü rəhbərlik edirdi, məktəbdə şagirdlərə Azərbaycan və Rus dillərində dərs keçilirdi, onlar əsas şöbəyə hazırlanırdılar. Çernyayevski sonralar bu vəzifəni tutmağa Səfərəli bəy Vəlibəyovu hazırlamışdı.
Təsadüfi deyildir ki, elmi ədəbiyyatda, ciddi alimlərin əsərlərində Qori Seminariyası, “universitetə bərabər seminariya” kimi dəyərləndirilmişdir. Üzeyir bəy Hacıbəyov, Firudin bəy Köçərli, Nəriman Nərimanov, Müslüm Maqomayev, Süleyman Sani Axundov, Səfərəli bəy Vəlibəyov, Rəşid bəy Əfəndiyev,Mustafa Mahmudov və onlarla başqaları kimi adlı-sanlı ziyalı şəxsiyyətləri Azərbaycanımıza məhz Qori Seminariyası bəxş edib. 1881-ci ildə seminariyanı bitirən S.Vəlibəyov burada rəhbər vəzifəsində saxlanılır və 1896-cı ilə qədər fəaliyyət göstərir.
Yeri gəmişkən qeyd edək ki,1881-ci ilə seminariyanının bitirən dgər azərbaycanlıların da adları da hğrmətlə xatırlanmalıdır.Onlar da- T.Bayraməliyev və M.Xəlilov – pedaqogika tariximuzd şərəfli yer tuturlar.
S.Vəlibəyov hər yerdə müəllim idi.Onu yaxından tanıyanların dediyinə görə, 1883-cü il yay tətili zamanı Şuşada istirahət edən S. Vəlibəyov burada uşaqlara məccani,pulsuz-parasız savad öyrədirdi.
Onun qısamüddətli kurslarında müxtəlif təbəqələrdən 25 nəfər şagird təhsil alırdı.
S.Vəlibəyov tədrisı yeni üsulla-səs üsulu ilə aparırdı və vaxt imkanı tapdıqca yerli Şuşalı məktəbdarlara səs üsulunun üstünlüyünü izah edirdi.
S.Vəlibəyov seminariya daxilində gedən məfkurə mübarizəsində daim fəal iştirak etmişdir.
Məlumdur ki, XIX əsrin 90-cı illərində Qafqaz təhsil orqanının bəzi mürtəce başçıları Azərbaycan və gürcü dillərini seminariyanın tədris proqramından çıxarmağa cəhd edirdilər. Buna qarşı çıxan S. Vəlibəyov, Ə. Axundzadə, A.O. Çernyayevski, N. Lomouri bu cəhdə qarşı böyük iş görmüşdülər. S.Vəlibəyov da bu mürtəce siyasətə qarşı əks mövqe tutmuşdur. Onun bu prinsipiallığı Zaqafqaziya müəllimlər seminariasından azad olunması ilə nəticələnmişdir.
S. Vəlibəyov 1896-cı ildə Bakıya köçmüş, burada iki il müəllimlik etmişdir. Daha sonra isə Bakı Gömrükxanasında tərcüməçi vəzifəsində çalışmışdır.
Səfərəli bəy Vəlivəyov Şuşada yaşayan İran şahzadəsi Bəhmən Mirzə Qacar Qovanlının qızı Xurşud xanim ilə ailə qurmuşdur.
Onunn bu izdivacdan Nigar xanım və Sürəyya xanım adlı qızları dünyaya gəlmişdir.
XIX əsrdə Azərbaycanda \ədəbiyyatşünaslıq elmi, xüsusilə ədəbiyyat tarixçiliyi və poetika əsasən orta əsrlərin təzkirəçilik ənənələri üzərində davam edirdi. Səfərəli bəy Vəlibəyov və onun məslək və əqidə dostları Seyid Əzim Şirvani, Həsənəliağa xan Qaradağski (Qaradaği), Hüseyin Əfəndi Qayıbov, Mir Möhsün Nəvvab Qarabaği kimi ziyalıların müxtəlif illərdə tərtib etdikləri təzkirə, məcmuə və kitablarda ayrı-ayrı şairlərin tərcümeyi-halı, yaradıcılığının başlıca qayəsi barədə qısa, kokret məlumat verilir, Azərbaycan ədəbiyyatı ümumşərq ədəbiyyatından fərqləndirilirdi.
S. Vəlibəyov 1895-ci il yanvarın 1-də yüksək səviyyəli pedaqoji xidmətinə görə III dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdu.
S.Vəlibəyov- görkəmli müəllim və yazıçı Süleyman Sani Axundovun dayısıdır.
O, Zaqafqaziyada (Qori) Seminariyasını bitirmiş ilk üç Azərbaycanlılardan biri olmuşdur.
S.Vəlibəyov- A.O.Çernyayevskinin “Vətən dili” dərsliyinin hazırlanmasında öz məlliminə dil daşıyıcısı olan tələbə,sonralar müəllim kimi yaxından köməklik göstərmişdir.
“Vətən dili” dərsliyinin birinci hissəsi ilk dəfə 1882-ci ildə Tiflisdə çap olunmuşdur. Dərsliyin ikinci hissəsi 1888-ci ildə nəşr olunub. Azərbaycanın ilk peşəkar pedaqoqu Səfərəli bəy Vəlibəyov “Vətən dili” dərsliyinin II hissəsinin həmmüəllifidir. Bu dərsliyinhazırlanmasında Həsənliağa xan Qaradaği (Qaradağski), ədəbiyyatşünaslığımızın banisi, pedaqogika sahəsində müstəsna xidmətləri olan Firidun bəy Köçərli, həmçinin Rəşid bəy Əfəndiyevin fəal iştirak etmişlər..
S.Vəlibəyov İran şahzadəsi Bəhmən Mirzənin qızı Xurşid xanım Qovanlı-Qacarla ailə həyatı qurmuşdur.
***
S.Vəlibəyov seminariyanı bitirdikdən sonra müəllim kimi seminariyada qalır. İlk pedaqoji fəaliyyətinə burada başlayır. Eyni zamanda tələbələrin sinifdənkənar məşğələləri ilə məşğul olur. Pedaqoji fəaliyyətini yay tətilində də davam etdirirdi. Tətil zamanı Şuşaya dincəlməyə gələrkən orada uşaqlara pulsuz dərs deyir. Şuşa və ətraf kənd məktəblərində dərs deyən müəllimlərlə yaxından söhbətlər aparır, onları yeni üsul dərs metodikası ilə tanış edir.
Onun “Vətən dili” (II hissə, A.Çernyayevski ilə birlikdə) dərsliyi, rus dilindən etdiyi tərcümələr, “Qüdrəti-Xuda”, “Üsuli-cədid”, tarix, ədəbiyyat, coğrafiya kitabları və “Xəzineyi-əxbar” adlı ensiklopedik səciyyəli əsəri uzun illər azərbaycanlı uşaqların sevdikləri kitablar olub.
S.Vəlibəyov Tiflis və Bakıda nəşr olunan mətbu orqanlarda fəaliyyət göstərmişdir. “Qafqaz”, “Ziyayi-Qafqasiyyə”, “Tərcüman”, “Kəşkül”, “Novoye obozreniye”, “Kaspi” qəzetlərində çıxış edir. “Türk dili barəsində”, “Qoridən məktub”, “Təzə kitabxana və qiraətxana”, “Tiflisdən məktub” və digər məqalələrində dövrün mühüm ədəbi və ictimai hadisələrinə münasibət bildirib.
S.Vəlibəyovdan danışanda mən həmişə dostum professor Xeyrulla Məmmədovu hörmətlə xatırlayıram.
Professor X.Məmmədovun “XIX əsrin sonu,
XX əsrin əvvəlində Azərbaycan maarifçi realist ədəbiyyatı (xüsusi kurs)” (Bakı,1978) adlı monoqrafiyasında və eləcə də bir sıra məqalələrində S.Vəlibəyovun ədəbiyyatşünaslıq,pedaqogika,tərcüməçilik və dərslik tariximizdəki mövqeyi və tədqiqatları ustlaıqla işıqlandırılmış,çözələnmiş və incələnmişdir.
XIX əsrin sonlarında Azərbaycan dilinin tədrisinə aid
müxtəlif adda xeyli kitab tərtib edilib.
Azərbaycan dilində tərtib edilən oxu kitabları içərisində
Səfərəli bəy Vəlibəyovun (1888) Tiflisdə “Kəşkül” qəzetinin mətbəəsində çap etdirdiyi bir risalə xüsusi əhəmiyyət kəsb edir. Kitabın titul səhifəsində rus dilində bu sözlər yazılıb: “Krijka dlya samostoyatelnoqo çteniya na tatarsko-
azerbaydjanskom nareçii”.
Azərbaycan dilində isə kitabça belə adlanır: “İbtidai məktəb şagirdlərinə məxsus və hüsnü -əxlaqa dair Azərbaycan dilində oxu risaləsi”.
Risaləyə “Qüdrəti-Xuda” (“Allahın qüdrəti”) sözləri epiqraf
seçilib. Kitab Sankt-Peterburq şəhərindəki Saltıkov-Şedrin adına Dövlət Kitabxanasının “SSRİ xalqlarının ədəbiyyatı”
şöbəsində saxlanılır.Bu kitab Azərbaycandilində də nəşr edilərək kiçik ixtisarla oxuculara çatdırılmışdır.
Səfərəli bəy Vəlibəyovun elmi-pedaqoji fəaliyyətində məşhur tatar maarifçisi İsmayıl bəy Qasprinski ilə görüşü böyük
rol oynayıb.
Ümumiyyətlə, XIX əsrin sonu və XX əsrin əvvəllərində İ.Qaspıralını ziyarət etmək,onunla ünsiyyət qurmaq Azərbaycan gənc maarifçiləri üçün şərəf işi kimi qymətləndirilirdi
XIX əsrin 90-cı illərində S.Vəlibəyov və Firidun bəy Köçərli də İsmayıl bəyin yaşadığı Baxçasaraya gedirlər.
Görüş onlarda böyük təəssürat yaradır. Bir müddət sonra bu görüş barədə Firidun bəy Köçərli yazırdı:
“1890-cı ildə həqir müsəlman şöbəsinin nəzdindəki ibtidai məktəbin sabiq müəllimi Səfərəli bəy Vəlibəyovla möhtərəm ustadımızı ziyarət etmək məqsədilə Baxçasaraya səfərə çıxdıq. On gündən çox İsmayıl bəy öz evində bizi qonaq saxladı. Möhtərəm həyat yoldaşı ilə bizlərə çox-çox yaxşılıqlar etdilər ki, heç vaxt o nəvazişlər unudulmaz”.
Səfərəli bəy Vəlibəyovun türkdilli ublisistika yaradıcılığında ilk işi banisi Səid Ünsizadə olan
“Ziyayi-Qafqasiyyə”dən başlanır. O,bu qəzetinin fəal müxbirlərindən biri idi.
“Ziyayi -Qafqasiyyə”nin 25.11.1988-cü il tarixli 29-cu nömrəsində S.Vəlibəyovun əslən Şamaxılı olan,Şəkidə təvəllüd tapan İsmi Sədrəddinbəyova (şair Nakama) yazdığı bir məktub bir çox cəhətdən elmi ictimayyətimiz üçün maraqlı görünür:
“”Ziya”nın keçən nömrəsində qələminizə üz verib rişxənd təriqi ilə Şeyx Sədinin şeirlərindən dəxi gətirüb,bəndəyə bir parə sifətlər istinad edəndn sonra buyurursunuz ki,guya mən fikir elməmiş danışıram….Bəlkə belədir,nə deyim.Çünkii nsan öz qüsurunu çətin fəhm edir.Qanacaımıza görə zəhmət çəküb bunu yazmağınız lazım degildi.Zira ki,ruznamə oxuyanlarmız aqil sahibləridirlər.Bacarardılar ki,məqaləmizi mütaliə edüb,mənim fikir eləməmiş danışmağımı özləri fəhm etsünlər
Deyürsiz ki,( qonşular) kimi cürəbəcürə məktəblər açub üləmalarımıza kömək edək, ta ki uşaqlarımıza öz dillərində hər bir elm və fəndən və qaidi- fənniyyədən bəhrəmənd olsunlar.Çox gözəl və pək əla.
Ay qardaş,bizim də əsil arzumuz və ümdə mətləbimiz budur.Amma siz deyənlər qüvvədən felə gəlincə,yaxşı olmazı ki,ölmə,eşəgim yonca bitincən misalını yadımızdan çıxartmayıb ətfallarımızın (uşaqlarımızın-N.N.) əziz və qiymətli qəribə və təhsil vəqtlərini sayə eləməyüb,bu halda mövcud olan məktəblərə qoyaq.Ta ki gələcəkdə xəyal elədigimiz məktəblər xüsusunda onlara köməkçi olub ianət göstələlər və Yevropa elmlərini əxz və kəsb edüb bizləri də onlardan xəbərdar qılmaqla gözümüzü açalar”.
S.Vəlibəyovun “Ziyayi-Qafqasiyyə” qəzetində dərc olunan digər yazıları da ədəbi dilimizin gözəl nümunələridir.Bu yazılar pedaqogika tarixinin öyrənilməsi işindəki əhəmiyyətinə görə ictimai fkir tariximizin qaranlıq məqamlarını öyrənmək baxımından ciddi elmi araşdırmalara cəlb olunmalıdır./
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasnın əməkdar müəllimi,türkoloq.
Bakı, 05.04.2019.
Ədəbiyyat siyahısı
1. “Ziyayi-Qafqasiyyə” qəzeti. 1882-1884.
2.X.Məmmədov. XIX əsrin sonu,XX əsrin əvvəlində Azərbaycan maarifçi realist ədəbiyyatı.(xüsusi kurs).Bakı,1978.
3.F.Ə.Seyidov.Qori Seminariyası.Bakı,1988.
4.Bəkir Nəbiyev.Firudin bəy Köçərli.Bakı,1968.