Türk Dünyası

SƏDƏRƏK QAPISI ÜMİD KÖRPÜSÜ

Sənan Qılıncarslan Qacar – Kırımınsesi – Azerbaycan

Dilucu Sərhəd Qapısı, Iğdır ilinin şərqində yerləşən Aralıq mahalının, Türkiyə ilə Azərbaycan Respublikasını Naxçıvan Muxtar Respublikası ilə bir-birinə bağlayan və 1992-ci ildə xidmətə açılan sərhəd qapısıdır. Azərbaycanın quruda ən qısa sərhədi Türkiyə ilə olan bu hissədir. Sadəcə, 13-15 kilometr arası ərazidən ibarət, Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan, qonşu edən həmin sərhədin yaradıcısı isə xalqın deyiminə görə Mustafa Kamal Atatürk olmuşdur. Aralıq il mərkəzinə 38 km, Iğdır il mərkəzinə isə 85 km uzaqlıqda olan bu sərhəd qapısı 36.857 m2 lik bir ərazidə qurulmuşdur. Sərhəd qapısında piyadalar üçün 6 ədəd giriş və 3 ədəd çıxış peronu olmaqla ümumi 9 ədəd peron mövcuddur. Nəqliyyat vasitələrinin giriş-çıxışları üçün isə ümumi 1 ədəd giriş və 1 ədəd çıxış peronu fəaliyyət göstərir. Araz çayı üzərində qurulan bu sərhəd qapısı, Ümid Körpüsü olaraq da adlandırılmışdır. 2009-ci ildən etibarən Dilucu Sədərək Sərhəd Qapısı, idxal-ixrac, tranzit və sərnişin giriş-çıxış əməliyyatları ilə yanaşı, ticarət mövzusunda da səlahiyyətləndirildi. Düzdür iki qardaş ölkə arasında böyük strateji əhəmiyyət daşıyan bu ərazi haqda hələlik heç bir tarixi fakt ortaya qoymaq mümkün olmasa da (araşdırmalarım davam edir) bəzi suallar şəxsim üçün maraq doğurur. Xatırladım ki, Nəriman Nərimanov Türkiyəyə Cümhuriyyət quruculuğu dönəmində Azərbaycan xalqına muraciət etmişdir. Əhali öz qızıl zinət əşyalarını Türkiyəyə qarşı aparılan müharibədə ona dəstək olmaq üçün yardım olaraq qardaş ölkəyə hədiyyə verirdi, nəticədə bir neçə yüz kq qızıl və bir neçə vaqon neft Türkiyəyə bizden yardım olaraq göndərildi… sual olunur – bəs belə olduğu təqdirdə Naxçıvan üçün İrandan torpaq almağa pul haradan tapıldı? Əgər Atatürk Nərimanovdan bəlli bir məbləği borc istəmişdirsə bu torpaqları necə öz pulu ilə və ya dövlətin pulu ilə ala bilərdi? Bu danılmaz faktdır ki, Dahi Atatürk böyük bir strateq olmuşdur. Burda Türkmənçay və Gülistan muqavilələrinin bağlandığı ərəfə nəzərdə tutulur. Gəlin sizinlə Azərbaycanın yaxın tarixinə qısaca da olsa bir nəzər salaq. I. Dünya Müharibəsi zamanı XVIII-XIX əsrlərdə ruslar Krımda, Mərkəzi Asiya, Qafqaz və Avropada yaşayan bir neçə xalqı özlərinə tabe etdirə bilmişdilər. Beləliklə böyük rus imperiyası yaranmışdır. 1917-ci il Oktyabr inqilabından sonra keçmiş Rusiya imperiyasının ərazisində bir neçə formal respublikalar yaranmışdı. 1922-ci ildə həmin respublikalar Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) çərçivəsində birləşmişlər. Azərbaycan müstəqilliyini qazanarkən Naxçıvanda da “Araz Türk Respublikası” nın (Aras Türk Respublikası) qurulduğunu görərik. Araz Türk Cümhuriyyəti – 1918-ci ilin noyabr ayında Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperiyasının dəstəyi ilə Naxçıvanda Cəfərqulu xan tərəfindən yaradılmış dövlət idi. Dövlətin yaradılmasının məqsədlərindən biri də, Naxçıvanı ermənilərin hücumundan qorumaq olmuşdur. Cəfərqulu xan Naxçıvanski dövlətin ilk general-qubernatoru olub. Naxçıvan, Zəngəzur və Şərur-Dərələyəz qəzasını özündə birləşdirən Araz Türk Cümhuriyyəti 1919-cu ildə Rusiya Imperiyasının sıxışdırması nəticəsində ermənilərin paytaxt Naxçıvanı tutması ilə dağılmışdır. 1 il sürən mübarizədən sonra dövlət ermənilər tərəfindən süqüta yetirilmişdir. Lakin ermənilər də bölgəni əllərində cox saxlaya bilmədilər. Beləki, 1920-ci ildə ölkəni Ermənistan istilasından Osmanlının 15. Kolordu Komandiri Kazım Qarabəkir Paşa qurtarmışdır. Naxçıvanı “Şərq Qapısı” olaraq xarakterizə edən də ilk Kazım Qarabəkir olmuşdur. Qarabəkirin adı, indi də paytaxt Naxçıvandakı Kazım Qarabəkir Paşa Məscidində yaşadılmaqdadır. Sovet inqilabından sonra, coğrafi olaraq Azərbaycandan qopan bölgədə 1921-ci ildə Azərbaycan SSR-yə bağlı olan Naxçıvan Sovet Sosialist Respublikasının (NSSC) qurulduğunu, eyni ilin Mart və oktyabr aylarında Moskva və Qars Sazişi nəticəsində Türkiyə Naxçıvanın “muxtariyyət” və “toxunulmazlığını” Rusiya və Ermənistana qəbul etdirdi. Bağlanan bu son Saziş istiqamətində 1922-ci ildə muxtariyyəti təmin edilən “Naxçıvan Diyarı” 1924-cü ilin Fevral ayında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası” olaraq qanunlaşdırılmışdır. 90-cı illərin əvvəlində SSR-in dağılmasının ardından Azərbaycan və Ermənistan arasında başlayan müharibədə erməni əsgərlər Qarabağla birlikdə Naxçıvana da hücum edir. Naxçıvanlılar üçün həmin sərhədin vacibliyi o dövrdə ortaya çıxır. Azərbaycanla birbaşa sərhədi olmadığı üçün silah-sursat əldə etməkdə çətinlik çəkən naxçıvanlılar həmin sərhəd vasitəsilə Türkiyədən humanitar və hərbi yardımlar əldə edərək öz torpaqlarını qoruya bilir. Azərbaycanın ikinci dəfə müstəqilliyə qovuşması nəticəsində Naxçıvan, 1991 ildə “Naxçıvan Muxtar Respublikası” mövcud statusunu qazanmışdır.
Ankaradan milli mübarizəni icra edən TBMM hökuməti, Türkiyə Cümhuriyyətini qurmadan öncə Naxçıvan Muxtar Respublikasının təməllərini atmışdır desək səhv etmərik. Azərbaycan üzərindən Orta Asiyadakı uzaq qardaşlarımıza qovuşmanın “giriş qapısı” olduğunu bilən Atatürk də Naxçıvanın muxtar və Azərbaycana bağlı qalmasına çox böyük əhəmiyyət vermişdir. Onun Naxçıvana “Türk qapısı” dediyi və Naxçıvanla sərhəd ola bilmək üçün Dilucunda İrandan torpaq satın aldığı da bir çox mənbələrdə göstərilməkdədir. Zamanında böyük strateq olan dahi Mustafa Kamal Atatürk tərəfindən “şəxsən öz puluyla” İrandan satın alınan torpaq 1992-ci ildə qardaş Türkiyənin qurduğu Dilucu-Sədərək körpüsü olaraq ortaq “beynəlxalq sərhəd” kimi fəliyyət göstərməyə başladı və bölünmüş, ayrı ölkələrdə bir-birindən qopuq qalmış qardaşları yenidən eyni ailə içərisində birləşdirdi …
Bu körpü, yalnız iki qardaş arasındakı az qala bir əsrlik həsrəti aradan qaldırmaqla kifayətlənmədi, eyni zamanda Naxçıvanın son illərdəki böyük inkişafına təminat yaradaraq iqtisadi əlaqələri asanlaşdırdı. Bir vaxtlar blokada şəraitində yaşayan bugünkü Naxçıvanın əldə etdiyi yüksək ictimai-iqtisadi inkişaf illər öncə böyük Türk atasının apardığı dərin və uğurlu siyasətin nəticəsidir desək yanılmarıq.
1991-ci ildə Sovetlər Birliyinin dağılması nəticəsində Azərbaycan təkrar müstəqilliyinə qovuşur və Naxçıvanla Türkiyə arasındakı “Dəmir Pərdə” də təbii olaraq aradan qaldırılır. Artıq iki qardaş ölkənin arasından yalnız yavaş-yavaş axan Araz Çayıdır.
Lider olmaq ayrı bir xüsusiyyətdir! ..
Gerçək lider illər sonrasını bəzi siyasətçilər isə yalnız burunlarının ucunu gorə bilirlər. Hər fürsətdə unutdurulmağa çalışılan Mustafa Kamal Atatürkdən bir az da olsa anlamış olsaq, vətən torpağı necə qorunar, xarici siyasət və strategiya necə qurula bilər, daha da əhəmiyyətlisi mükəmməl şəkildə qanun insanı, prinsip sahibi olmağın mümkünlüyü öyrənilərdi.

İsmayıl TürkünÖzü.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest