GenelGüncel

Səid Ünsizadə

Səid Ünsizadənin (1842,Şamaxı- 1903,İstanbul) Istanbullu nəvəsindən –Ahmet Arkun Ünsi’dən cavab gəldi

Ahmet Arkun Ünsi İstanbulda ömrünün ahıl çağlarını yaşayır.Aəzrbaycan kökənlidir.Görkəmli Azərbaycan maarifçisi, “Həyat” qəzetinin rəhbərləri Əli by Hüseynzadə,Əhməd bəy Ağayev və Əlimərdan bəy Topçubaşovun yazdıqları kimi,  türk dünyasının fazilərindən biri olan Hacı Sэid Əfəndi Ünsizadə nэslinin bugünkü qohumlarındanbir,daha döğrusu, nəvəsidir.

Mənim FACEBOOK dostlarımdandır.Dünyaya səpələnmiş Ünsizadələr haqqında bəzi məlumatları ondan öyrənirəm.Onun arxivindn bizə gəlib çatan  bir foto şəkli oxuculara bir neçə dəfə ünvanlamışam.Şəkildəkilərdn təkcə birini-Ünsizadələrin  nəvvadələrindən birini -tanıyırdim.Bir neçə dəfə ona məktub ünvanlasam da ,cavab ala bimirdim.Qalanlarını da oxuculara tanıtmaq istəyrdim.

Şəkil hər dəfə oxucular tərəfndən rəğbətlə qarşılanmışdır.

Haşiyə.

Mənim FACEBOOKdakı yazılarımın oxucuları az olur.Tanışlardan bəziləri mənə irad tuturlar  ki,niyə  vaxtını belə axtarışlara sərf edirsən? İndiki oxucularrın   belə nəsnələrə marağı yoxdur.

Hətta biri – bir toy tamadası bir dəfə  yazırdı  ki, elə nəsnələrdən söz aç ki, hamıya maraqlı olsun.Mən dostuma cavab verdim ki,qardaş,mən şou əhli deyiləm. Mən məni maraqlandıran, bəzi akademiklərin belə bilmədiklərindən yazıram.Onlara nəyi sə başa salmaq istəyirəm.Mən hər qalstuklu ziyalıların  yox, ziyalı,işşıqlı adamların dostuyam.Sözüm də maarifdir,işim də, gücüm də.Əgər yazıma  “Kəndimizdə filankəsin qara qoyunu ağ quzu balaladı”başlığı yazsam,türklər demişkən,həmən ( o dəqiqə) reytinqim  yüksələr. .

Mənim belə reytinqə ehtiyqcım yoxdur.

Arada fikirlşirəm ki,bəlkə mən yazıları ünvanlamağı bacarmıram? Yox, bu da deyil.Bəs səbəb nədir ki, məni oxuyanların sayı azdır?

Nə isə…Biz mütaliə mədəniyyətimizi yüksəltməliyik.Səhvləri etiraf etməyi bacarmalıyıq.

Budur məsələ!

Haşiyənin sonu…

***

Mən Hacı Səid Ünsizadıni dünyaya tanıdanlardan biriyəm.

Bax bu cümləyə  AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu mütləq cavab verəcək.Amma cavaba cavabım da hazlırdır ha...

Bu gün XIX əsrin maarifçiliindən danışırıq. Biz bu məqamda Həsən bəy Zərdabidən sonra mütləq Səid Ünsizadəni xatırlamalıyıq.

Elmi mülahizərdə bu, yoxdursa,deməli,müəllifin savadı o söz…Bu gün  “Əkinçi”dən kitab-kitab söz yazırlar, lakin onun ən fəal davamcısı Səid Ünsizadəni  və onun “Ziya” qəzetini unudurlar.Yaxşı ki Azərbaycan xalqının ümummili lideri  bəzi ziyalılarımıza Səid Ünsizadənin böyüklüyünü göstərdi.

Heydər Əliyev cənablarının  imzaladığı  “Dövlət dilinin tətbiqi işinin  təkmilləşdirilməsi haqqında” 18 iyun  2001- ci il tarixli  506 nömrəli  Fərmanda deyilir: 

“XIX əsr ədəbi dilimizin inkişafı xalqımızın həyatında baş verən köklü bir hadisə ilə yaxından bağlıdır. Bu, Azərbaycanın ikiyə parçalanması və nəticədə iki ayrı dövlətin tabeçiliyində bir-birindən fərqli mədəni mühitdə yaşamağa məhkum olması hadisəsidir. Müstəmləkəçilik siyasəti ilə yanaşı, Rusiyanın Şimali Azərbaycanda oynadığı mədəniləşdirici rol başqa elm sahələri kimi, dilçiliyin də inkişafına zəmin yaratmışdır. XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışlar.

Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Seyid (Seyid əvəzinə, Səid oxuyun. Mətndə texniki səhv baş vermişdir-N.N.)  Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır.

Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır”.

Dünyaya səpələnmiş Ünsizadələri Azərbaycan oxucularına da,türkdilli oxuculara da tanıtmaq mütləq lazımdır.

Azərbaycanda ,Türkiyədə və Krımda  ğörkəmli maarifçi İsmayıl bəy Qaspıralı haqqında çoxlu elmi-tədqiqat işləri yazılmışdır.Çox sağ olsunlar, türk dünyasının bu ləyaqətli ideoloqunu,ziyalısını, tərcümanını dünyaya tanıdıblar.Lakin Səid Ünsizadə və İsmayıl bəy Qaspıralı mövzusu hələ də öz ciddi tədqiqatçısını gözləyir.Maraqlı burasındadır ki,mənim bu mövzuda yazdığım elmi-tədqiqat işləri elmi kataloqlara düşsə də,elmi mənbələrdə bu yazılara istinad edilmir.

Yenə də sərt danışıram.Akademiklərimiz ya bu yazıları oxumur,ya da ciddiliyə qəbul etmirlər.

Səid Ünsizadə XIX əsr ictimai fikir tariximizin şanlı səhifələrini yazmışdır.Bu səhifələr tarixə düşməlidir.Dünya onu  pedaqoq,yeni üsullu məktəb yaradıcısı,ilk milli dərsliklər müəllifi,Tiflisdki ali pedaqoji institutun-Aleksandr Müəllimər İnstitutunun  müəəllimi, bir sıra risalələr yazarı, görkəmli din xadimi,milli litoqrfiya, tipoqrafiya  yaradıcısı,naşir,ən baçlıcası türk dünyasına ana dili əvəzi olan “Ziya” kimi mətbu orqanın yaradıcısi,iti qələmli,aydın düşüncə tərzli publisist, “Hümayünnamə”nin (“Kəlilə və Dimnə”) tərcümçisi,Türkiyə Maarif Əsası (üzvü) kimi daha dərindən tanımalıdır.

Mən yazıram ki,İ.Qaspıralı ilk türkdilli,iri həmli yazılarını “Ziya” qəzetində çap etdirib,alimlərdən səs şıxmır.

Mən deyəndə ki,İ.Qaspıralının 1881-ci ildə Tiflisdə “Ziya” mətbəəsində çap etdirdiyi “TONĞUÇ” jurnalında Səid Ünsizadənin marifçilik ideyaları geniş şəkildə işıqlandırılıb,yenə də alimlərimiz bu sözləri eşitmirlər. 

Mən israrla deyəndə ki,Səid Ünsizadəyə abidə ucaldılmalıdır,yenə də səsim eşidilmir.

Bu tanıtmanın əsasında onun tərcümeyi-halının maraql məqamları mütləq araşdırilmalıdır.

Nə isə…

Azərbaycan fililoji elmində Səid Ünsizadənin təvəllüd və qeyb tarixi həmişə mübahisli olmuşdur. “Həyat” qəzetinin 1905-ci ildəki 21-ci nömrəsində dərc  olunmuş bir matəm xəbərli yazıya gorə  Səid Ünsizadənin  1825-1905-ci illərdə ömür sürdüyü anlaşılırdı.

İstanbulda Fateh Camii  hazirəsindəki qəbir daşındakı yazıya görə onun 80 il yox,61 il  yaşadığı məlum  olur.

Deməli,biz indi Səid Ünsizadönin 1842-ci ildə Şamaxıda anadan omasını,1903-cü ildə dünyadan köçdüyünü bəyan etməliyik.

Səid Ünsizadənin həyatının idiyədək bizə məlum olmayan bir sıra məqamlarını onun qohumlarından biri -Zaur Səmədov (Ünsizadə) ortalığa çıxarmışdır.Ünsizadələr Zaurun ana tərəfdən olan qohumlarındandır. Zaurun nənəsi həkim işləyirdi.1990-ciı illərin əvvəllərində rəhmətlik dostum  professor Xeyrulla Məmmədovun məsləhəti ilə  mən  o həkimlə iki dəfə ünsiyyət qurmuşdum.Sonralar  həkim dostumuz Gənclikdən Əhmədliyə köçdü və əlaqələrimiz kəsildi.

Zaur Səmədov  sonralar nənəsini arxivuni araşdıranda mənim telefo nömrəmi burada görmüş və biz  dəfələrlə telefonla Ünsizadələr haqqında danışmışdıq. Söhbətlərdən belə məlum oldu ki,Azərbaycandakı Ünsizadələr 1937-ci ildən sonra öz babaları haqqında danışmaqdan ehtiyat etmişlər.Yaxşı ki,onlar  Ünsizadələrin zəngin arxivini   37-ci il repressiyasından qoruya bilmişlər.

Nədənsə,bu qorxu hələ də var.

Zaur Ünsizadələri Amerikada axtamaq istəyirdi.Mən onu İstanbula yönəltdim.Zaur babalarını axtarmaq üçün İstanbula üz tutdu.Biz İstanbul və Ankara  Ünsizadələrinin şəkillərini elmi ictimaiyyətin nəzərinə yönəltdik.  Ən əsası Səid Əfəndinin  və  onun qardaşı Cəlal Əfəndinn  şəkilləri hörmətli dostumuz Akif Aşırlının Mətbuat Muzeyinə düşdü.

Mənə elə gəlir ki,Zaur  Amerika axtarışlarına da başlamalıdır.Ünsizadələrin qohumlarının bir neçəsinin  -Atamalıbəyovların Amerika  qohumlarında da maraqlı materiallar ola bilər.

Bu günlərdə Səid Ünsizadə nəslinin  İstanbulda var olan nəvələrindən birinə -FACEBOOK dostum Ahmet Ünsi Arkuna sörğu göndərmişdim:

Hörmətli Arkun Bey Efendi Ünsi. Salam.


Cavan Arkunlara tapşırın ki,mənimlə əlaqə saxlasınlar.Mən Ünsizadələri (Ünsiləri)

bütün  dünyaya mütləq tanıdaçağam!!!


Mümkünsə, İsmayıl Şilyanski və Seyfulla Atamalıbəyov haqqında,eləcə Cəlaləddin (Cəlal)

haqqında mənə məlumat verin. Yazıları  türkcə də, ingiliscə də yaza bilərlər. 


Bu iş çətidirsə,advokat (hüquqçünas ) Arkunlardan xahiş edin ki,dünya ziyalıları

Ünsizadə Səidi (Sait Ünsini) yaxşı tanısınlar.


Qoy dünya bilsin ki,Sait Ünsi türk dünyasının fazillərindən biridir.


30.04.2019.


P.S.Sait Ünsinin olum və dünyadan köçmə tarixini belə yadda saxlayın.


(1842,Şamahı(Şirvan)-1903,İstanbul)
[email protected]

Ömrünün ahıl çağlarını yaşayan Ahmet Arkun  Ünsidən cavab gəldi: 

resmın sol üst başındakı 

Salıha Pıraya ARKUN’DUR.

Dıgerleri onun arkadaşlarıdır.

Nazim Nasraddinov adlı şəxsin şəkli.
Nazim Nasraddinov adlı şəxsin şəkli.
Nazim Nasraddinov adlı şəxsin şəkli.
Nazim Nasraddinov adlı şəxsin şəkli.

Nazim Nəsrəddinov,Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq.

01.05.2019.

Ədəbiyyat siyahısı

1.”Ziya” qəzeti(25.01.1879-26.06.1884)

 2.” Tonğuç ” jurnalı,Tiflis,1881.

3.Hacı Səid Əfəndi Ünsizadə.Təhzibül-əxlaq.Tiflis,15 mart1882.128

4.Azərbaycan Prezidenti Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin  təkmilləşdirilməsi haqqında”

       18 iyun  2001- ci il tarixli  506 nömrəli  Fərman

5.Nazim Nəsrəddinov.Türkdilli mətbuatımızın «Ziya»lı səhifələri və yaxud qaranlıqda və

      alatoranlıqda qalan «Ziya» qəzeti.   “Məktəb məcmuəsi”. 03.01.2019

6..Nazim Nəsrəddinov .   Maarif və mədəniyyət  tariximizdə silinməz imzalar-

        Ünsizadə qardaşlar. “525-ci qəzet”. 21.02.2015.

7.Nazim Nəsrəddinov. Ziya-135 və yaxudtürk dünyasının Tiflisdən boylanan

          günəşi.  Ayna.az.  21.01.2014

Pin It on Pinterest