GenelGüncel

Şəhla Nərimanqızı 

Nazım Ahmetli

Kırımınsesi gazetesi

Azerbaycan Temsilcisi

Həkim şairə  Şəhla Nərimanqızı 1964-cü ildə Kəncə şəhərindaə anadan olub.Tibb Universitetini biririb, həkim işləyir. İki şeirlər kitabının müəllifidir.Həkim -şairənin bir neçə şeirini Krımın Sesi Qazetesi”nin oxucularına təqdim edirik.

   Şəhla Nərimanqızı        

                  Xəyal

Bir balaca komam olsun,

Üstündə göy səmam olsun.

Bir sən,bir mən,tamam olsun,

Gözlərində sevgi gördüm,

Sevgi dolu xəyal qurdum.

                ***

İstəmirəm var dövləti,

Könlümü üzən möhnəti.

Təmiz eşqi,məhəbbəti,

Mən hər şeydən uca bildim,

Beləcə bir xəyal qurdum.

               ***

Pıçıldayıb qulağıma,

Toxundun simli tarıma.

Sığal çəkib saçlarıma,

Çiçəklərdən çələng hördüm,

Mən belə bir xəyal qurdum.

              ***

Sən yamac,mən yarğanıyam,

Göydə ayın vurğunuyaqm.

Bu həyatın yorğunuyam,

Uyumamış röya gördüm.

Röyalarda xəyal qurdum.

                 ***

İsti əllərin üzümdə,

Məlhəm baxışın gözümdə.

Çaşıb qalmışam özüm də,

Nə xəyaldı, nə də xülya,

Demişdilər axı,guya

Gtrçəyə dönürmüş röya.

                 BAĞIŞLA

Məni qəlbdən,cani dildən sevənim,

Kənar deyil,ürəyimdəsən mənim.

Sevgilimsən,dostum,yarım,həmdəmim,

Arzum kimi olammadım, bağışla.

                     ***

Mən istədim çəmən üstə ot olsun,

Sağa-sola açan qol-qanad olsun.

At muraddır,yuxularda at olsun,

Yuxum gəlib yatammadım, bağışla.

                        ***

Tək deyiləm,bir kölgə,bir canam mən,

Gün yarıda kölgə itər,yanam mən.

Bu oyundu, həyat qovan, qaçan mən,

Qaçdımsa da yetəmmədim, bağışla.

                      ***

Güllər açıb,aldı,ağdı,sarıdı

Bağçamızın hər tərəfi barıdı.

Mənim deyil, kimlərinsə yarıdı.

Həyat məni sevəmmədi, bağışla

              MÖCÜZƏ

Möcüzə axtaran dostum,

Göy üzünə  baxdınmı, sən?

Üzən mavi buludları

Hansı rəssam çəkmiş görən.

                ***

Möcüzə axtaran dostum,

Bu sahildən keçdinmi heç?

Dalğaların qulağına

Söylədiyi o pışha-pıç

Bir sevginin nəğməsidir.

              ***

Gecənin sehrinə bir bax,

Ulduzları göy üzünə.

Sanki kimsə bir-bir düzmüş.

Ulduzların arasından,

Gözəl bir aypara süzmüş.

                 ***

Nənəmin nağıllarında,

Ay gecikib dana qalar.

Gülümsəyib keçib gedər,

Yerini nur,günəş alar.

             ***

Möcüzə axtaran dostum,

Bir fikirləş,düşün,daşın.

Yer üzünün möcüzəsi

Elə sənin yaranışın,

Biri ağ,biri sarışın.

Biri əsmər,biri gözəl,

Möcüzədir axır,əzəl.

         BƏNÖVŞƏ

Novruz gülünün bacısı,

Baharımın ilk carşısı.

Boynun bükülmüş bənövşə,

Nədir qəlbinin acısı?

         ***

Göstərib kol dibin sənə,

Nə qəsdi var kimin sənə.

İnanmıram bənövşəni,

Sevəmməsin bir kimsənə.

              ***

Hər çiçəkdən zərif olar,

O tez açılar,tez də solar

Nəyi ona bənzətsələr

Şəninə bir tərif olar.

         ***

Bənövşə qızların adı,

Bənövşə baharın dadı.

Bütün çiçəklər açılıb,

Yoxdu, bənövşə hardadı?

          ***

Pərişandır görnüşün,

Heç nə ilə olmaz işin.

Könülləri şad eyləyər,

Yurdumuza hər gəlişin.

          ***

Yumul bənövşəm, sən yumul,

Sənə vurğun dəli könül.

Bu baharla vidalaşıb,

Gələn baharında dönür.

               BAHAR

Təbiətin hər bir anı gözəldir,

Payızın bəzəyi qızıl xəzəldir.

Yayı olur,qışı ayrı özəldir,

Baharı sevirəm,bahar gözəldir.

                ***

Bir ilk bahar, bir son bahar varıymış,

Sanki, hər şey çoxdan qalıb qarımış.

Arxasınca şaxta,boran, qar imiş,

Baharı sevirəm,  bahar gözəldir.

                       ***

Şaxta keçək, boran keçər.qar keçər

Gedən quşlar təzədən geriyə köçər.

Fəsillərin hərə birini seçər,

Baharı sevirəm,  bahar gözəldir.

                     ***

Bahar gəlib açılanda gül çiçək,

Qayır-qayır qaynaşanda qurd-böcək.

Sanki mənim həsrətlərim gələcək,

Baharı sevirəm, bahar  gözəldir.

                 ADA

Könül dünyam bir adadır,

Nə soldadır, nə sağdadır.

Gözləyirəm gələn gəmi,

Hələ ki, çox uzaqdadır.

              ***

Əsir  mülayim gilavar,

Ləpədöyən bir qaya var.

Həzin-həzin layla çalar,

Ləpələndikçə göy sular.

              ***

Hissi həyəcan  çalxalar,

Ola bilsin kiŞ dalğalar.

Məndən küsüb,üz çevirib

Xəbərsiz şahə qalxalar.

          ***

Qəlbim göydən xəbər alıb,

Sevgilim səmaya dalıb.

Bu dənizin acığına,

Mənə mavi göydən gəlib.

         ***

Könül dünyam bir adadır,

Eşqi üçün amadədir.

Qorxutmaz qasırğa, tufan

Fəda candan ziyadədir.

           KÖNLÜM

Könlüm ipək teldən ilmə ilmədir,

Toxunmayın ilmələri süzülər.

Bu peşəni kimsə bilə bilmədi,

Çözülməsin, sonra necə düzələr.

              ***

İllər ötüb, çat veribdi, çatlanıb,

Görən necə dözüb, necə qatlanıb.

Söyləməyə,bölüşməyə həmdəm yox,

Dərdlər qalıb şirinləşib, dadlanıb.

                   ***

Bir balaca qəlbə sığan dərdə bax,

Möcüzəyə göydə deyil yerdə bax.

Yoldaşını yarı yolda buraxmaz,

Vəfalıdır, bir də ona darda bax.

             ***

Ömür boyu muradımı gözlədi,

Sevinc verib qübarını gizlədi.

Haqsız haqlı, yalan doğru çıxanda,

Qaysaq qopuq, yaraları sızladı.

                  ***

Çox yalvardım, eşitmədin sən, guya,

Kim şox yandı bilmədim bu haraya.

Dərdlərimi götürəcəm, gedəcəm

Mənsiz qal, nə qədər qalırsan, dünya.

Sevgi beləmi olurmuş

Sevgi beləmi olurmuş,

Əlin əlimə toxunub.

Əlimi əzizləmişəm.

Bilməsəm də, gələcəksən,

Elə hey yol gözləmişəm

Sevgi beləmi olurmuş?

               ***

                 Hər sözünə inanmışam,

           Səni bikef görən zaman.

Sellər kimi bulanmışam,

Mən eşqimə sınanmışam,

Sevgi beləmi olurmuş?

              ***

Nəvazişin kəm olanda,

Bir azca ötkəm olanda.

Kippiyimdə nəm olanda,

Həyat gözümdə solurmuş

Sevgi beləmi olurmuş?

             ***

Cəfa çəkdim,səfa bildim

Həsrət qaldım,vəfa bildim.

Yaradandan töhvə bildim,

Sevgi beləmi olurmuş?

               ***

Açan güllər solmaz imiş,

İnsan qürur bilməz imiş.

O olmazsa olmaz imiş

Sevgi beləmi olurmuş?

             ***

Necə olurmuş bilmədim,

Könlümün səsin dinlədim.

Mən belə sevdi, nə edim

Sevgi beləmi olurmuş?

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest