Qurban
(Sinifdən xaric oxu üçün nəzərdə tutulub)
İçi qorxu dolu bir qış gecəsi… Qar yağırdı ağır-ağır… Saat on ikini vururdu. Qapı döyüldü, oyaq idim. Qapını açanda qarşımda qara paltarlı gözəl bir qadın gördüm. Qadın mənə baxdı, mən də ona… Sanki baxışlarında bir qorxu, içində bir inilti var idi onun. Bu baxışlarla özünü mənə xatırlatmağa çalışır, nəsə demək istəyirdi. İçəri dəvət etdim onu. O, divanda oturdu, mən də stulda. Ürəyində olanlar yaşa dönüb axırdı gözlərindən… Və danışmağa başladı: “Ayrıldıq bir çayın qolları kimi. Qopub getdi aydınlıq günlərim… Üşütdü sevgi yeli məni zamanında … Dəyişdi həyatımın seyri…” -Dodaqların titrəyir,əllərin əsir,ayaqların bir yerdə durmur.Əvvəlkinə nisbətdə daha da süstləşmisən.Gözlərin sanki çuxura düşüb. Həyatın gərdişi səni az sıxma-boğmaya salmayıb deyəsən. Bir az sakitləş.Sakitləş danışarıq.Onsuz gördüyün kimi nə anam,nə atam,nə də qardaş,bacım var yanımda.Tək tanha yaşayan,insanlardan təcrid olmuş biriyəm sanki. Hər gün həyətdəki işləri görürəm bununla da mənim işim yekunlaşmalı olur.Arada meyvələri filan aparıb bazarda satıram,qarşılığında lazım olan məhsullardan alıb qayıdıram. Ev dəki dədə-baba evimizdir.Ehh..Quba… Qəçrəş… Bilirsən,ayrılığımız mənə çox təsir etdi. Sanki işimdən də əlim soyumuşdu. Bir müddət sonra həyat tamam mənasızlaşmağa başladı.Bələdsən də mənə emotiv xarakterli adamam. Emosional,duyğusal… Artıq bu hadisədən 8 ay keçmişdi mən köhnə xülyalarla yaşyırdım. Gecələr sayaqlayırdım. Sonda atamgil məni həkimə apardılar. Nevropotoloq,bizi psixoloqa yönəltdi. Bir müddət mənlə məşğul oldu.Bir neçə seansdan sonra dedi: -Sən evdən kənarda,təbiətin qoynunda,bir az sakitlikdə qalmalısan. Çalış ki,insanlardan uzaq ol bir müddət.Nə qədər çox əməl etsən o qədər tez sağalarsan. Bir dəki bu kimi işlərdə 30% psixoloqun üstünə yük düşürsə,qalan 70%-i posientin üzərindədir. Evə getdim.Bunları evdə danışdım. Sonra atam Coşqun,anam Firuzə,qardaş,bacım Nihad və Gülgün evdə axşam yeməyinə oturanda atam sakit səslə sözə başlayıb sükutu pozdu. -Oğlum sən burdan getməlisən.Özü də ən qısa zamanda. Məncə Qubadakı yurdumuz əlverişlidir. Lazımı qədər pul da verərik. Sonra həyətdəki sərvətlə(meyvə ağacları) dolanarsan. -Beləcə magistralım yönünü dəyişdi.Artıq bir ildən çoxdur burdayam. Sən hardan bildin harda yaşayıram? – Qrup yoldaşımız Sənanla sən yaxın dost idin axı.Sənan isə öz qrupumuzdan ol Fidan adlı qızla ailə qurmuşdu.Mən Fidandan xahiş etdim ki,Sənandan öyrənsin harda yaşayırsan o deyib ki: -“Bir ildən çoxdur ki,Qəçrəşin filan tərəfində qalır”. Bura gələndən sonra soraq-soraq heç kim tanımırdı. Axırı meşəbəyi dedi bir cavan oğlan bu yaxımlarda qalır heç kim əlaqəsi yox,axşama qədər həyətdə iş görür,arada bazara gedib gəlir. Əlamətlər səni təsvir edirdi. Axı Sənan sənin xəstə olduğunçün bura gəldiyini Fidana sirr gəlmişdi.Fidan da mənə demişdi. Bu minvalla gəlib bura çıxdım. Uşaqlardan kiminləsə,əlaqən var? -Yox. İndi yoldaşlarım gələndə həyətdə gördüyün ağaclardı. Bəs sənin? -Hə.Hamısı ilə olmasa da,çoxu ilə danışırıq.Mədinə,Lətifə,Aysel,Fidan,Şəbnəm,Ülviyyə,Hüseyn,Namiq,Amil qısası Elgizlə,Elvindən başqa hamsı ilə. -Həə belə də. Bəs bura niyə gəlmisən? O başını aşağı dikib,tuluq kimi dolmuş ürəyini həzin-həzin boşaltmağa başladı. Hıçqırtısından məlum olurdu ki,qəlbində illərdən bəri qalaqlanmış olan qəhər yatır.Mən onu sakitləşdirmək üçün dedim: -Ağlama,sakit ol.Mən sənə bacardığım qədər kömək edəcəm.Söz verirəm. Barmağı ilə işarə edib bir dəqiqəlik icazə istədir. Təqribən 5 dəqiqə ağladıqdan sonra qolları ilə üz-gözünü silib,söhbətə başladı. Yadına gəlir da universitet vaxtları bir-birimizi sevirdik,gələcəyə aid planlar qururduq.Bir gün nə oldu? Mən tam dəyişdim? Niyə? Nə üçün? Nə səbəbə? Heç kim bilmirdi. Atam qumarda külli miqdarda pul uduzmuşdu,ödəyə bilmirdi,udan adamsan çox qəddar adim idi.Atama demişdi ki,qızı gəlib aparacam. Atam özünü öldürmək istəyirmiş.Sadəcə imkan yaranmadı ki,gözdən uzaq olsun.(Bu şeyləri sonralar anam yanıma gələndə danışmışdı). Mən səhəri gün universitetə gələndə dekan Malik İsmayılovun otağına girib imkanımızın olmadığını və təhsilimi dondurmağı qərara aldığımı dedim.O,əvvəlcə get ciddi fikirləş sonra gəl desə də,mən artıq ciddi fikirləşib gəkdiyimi dedim.Hər nə isə bu şeylər bir neçə gün çəkdi.Bu iş bitdikdən sonra artıq evdə oturub qumarbaz Yadullanı gözləməklə məşğul idim.Amma iztirab içimi gəmirirdi. Günlərin birində Yadulla gəldi,sifətindən zəhrimar yağan bu kişinin yan tərəfin silah da var idi.Bunu atama yaxınlaşan zaman “kurtka”sını qaldıranda gördüm.Nə isə baş ağrısı olmasın məni evlərinə apardı. Mənsə hər gün planlar qururdum ki,onu necə öldürüm.Gecəni qaldıq səhər həmişəki kimi tez oyanmışdım.O isə hələ yatırdı. Mətbəxə keçib bir bımaq götürüb,gəlib başı üstündə durdum.Əlimi asimana doğru qaldırıb gözümü yumdum,qorxudan,həyacandan məndən tər-qan gedirdi,birdən bıçağı buna zərblə endirdi.Bəxti gətirdi.Sən demə bıçaq qarın boşluğuna dəyibmiş.Gözləri bərəldi.Sakit səslə dedi: -“İndiyə qədər Yadulladan heç kim qaça bilməyib.Sən ölmüsən”. Hövlanək qaçıb polisə təslim oldum. İzahatda məsələni olduğu kimi danışdım.Belə halda nə ki,mən,həm Yadulla,həm də atam cinayətə cəlb olundu.Beləcə həbsxana hekayəm başladı. Həbsxana rəisi Məmmədov və nəzarətçi Əliyev xətimi çox istələrdə,oranın adı həbsxana idi. Bu keşməkeşli günlər necəsə bir gün bitdi.Cəhənnəmdən çıxdım.Evə döndüm.Evdə anam tək idi.Atam 5 ay əvvəl cəza müddətini başa vurub gəlibmiş. “Vərəm” xəstəliyindən əziyyət çəkdiyindən dünyasını dəyişmişdi. Sonra sən yadıma düşdün 2,3 gün fikirləşib durdum. Bununçün Fidanın köhnə nömrəsi bloknotumda qalmışdı ona zəng vurdum,anası Pərnisə xala telefonu açdı.Ondan Fidanın,Fidandan isə Sənan vasitəsi ilə sənin yerini öyrəndim. Gerisi də ki,məlumdur. -Aydındır. -… -Mən bir iki gün fikirləşmək istəyirəm. -Nə haqqında? -Bəlkə yenidən … -Ruslan,əzizim,mən bura sənin ailə qurmağımı deməyə gəlməmişəm.Gəldim deyim ki,barəmdə naümid olmayasan. -İcazə ver mənə 2,3 gün düşünüm.Mənim də xəstəliyim şükür keçib,gedib.Bir az səbrli ol 2 günə qərar verəcəm. Buralarda məni heç kəs tanımır demək olar.Sən gəlib bura çıxa bilmisənsə,böyük təsadüfdür.Bəlkə bu təsadüfü Allah qəsdən edib ki,yollamız birləşsin. Beləcə 2-ci günün sonunda axşam yeməyində Ruslan başını qaldıraraq Aysunun gözlərinə baxıb dilləndi: -Bir ömür mənlə yaşamağa razı olarsan? Aysun susub ardıyca bu cümlələri əlavə etdi: -Düzü bundan sarı gəlməmişdim.Amma etiraf edim ki,universitet vaxtından bəri sən mənim röyamdakı ağ atlı oğlan oğlansan. Bir ömür sənə yoldaşlıq edəcəyimə söz verirəm. Bu söhbətlər davam etdi. Artıq gecədən xeyli keçmişdi.Sabah Bakıya,Ruslangilə yollanacaqlarını qərara aalmışdılar. Səhər sübh tezdən iki azad quş yola düzəlib avtovağzala üz tutdular. Xoşbəxtlikdən 2 nəfərlik boş yer qalmışdı.Əyləşən kimi avtobus yerindən tərpəndi. Yolda neçə illər danışa bilmədikləri sevinlərini,kədərlərini bölüşdülər. İki saatlıq yol bitdi.Nəhayət,Bakıya çatdılar. Avtobusdan düşərkən Aysun sanki nədənsə qorxdu,rəngi ağardı,ürəyinə xal düşmüş kimi oldu.Bu şəhərdə nəsə vahimə vardı.Şəhər onun kabusunu bəsləyirdi sanki. -Əzizim,sən burda,eləcə aöacın altında dur,indi taxi sürücü ilə danışım gəlirəm.Beş dəqiqəyə gəlirəm. Qubadan bəri avtobusda olan,Aysunun hər hərəkətini izləyən,Aysunun isə onu görmədiyi şəxs,həmin qorxunc kabus Yadulla hələ də onu izləyirdi. Ruslan uzaqlaşmağı onun iyrənc olanına ən əlverişli şərait idi. Arxadan,ağcların arasından Aysuna yaxınlaşıb ağzını tutub,qəməltini onun boğazına sapladı və dərhal qaçıb taxiyə mindi.Camaat yerə yıxılan qızı,qaçan Yadullanı görüb hay-həşir saldılarsada,artıq gec idi.Ruslan yüyürüb Aysunun başının üstündə durdu. O sakit səslə dedi: -Ruslan,bağışla məni. -Sən bağışla ki,ehtiyyatsızlıq etdim.Gecikdim.Səndən sonra mən,sən gələnə kimi olan yaşayan bir ölüyəm. Aylar ötdü,Ruslan yenə ailəsinin yanındaydı,işləyirdi.Hər şey qaydasında idi.Aysunun anası Əsmər xala isə tək başına qalırdı.Bütün bu olanları isə talenin yazısı adlandıraraq özünə təsəlli verirdi.