GenelGüncel

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları Gəncədə raket hücumuna məruz qalan ərazini ziyarət ediblər

Subhan Talıblı/Azerbaycan

17 oktyabr 2020-ci il tarixində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutularaq, mülki əhaliyə qarşı 5-ci terror aktının törədildiyi gündür.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin 11 nəfər əməkdaşı Gəncə şəhərinə rəsmi səfərləri çərçivəsində terror hadisəsi zamanı dağıdılmış ərazini ziyarət etmişlər.
Son 2 əsrdir ki, regional və beynəxlaq güclərin hərtərəfli dəstəyi ilə, xalqımıza qarşı terror, işğalçılıq, soyqırım və etnik təmizləmə siyasəti həyata keçirən, bədnam ermənilər vətən torpağında böyük müsibətlər törətmişlər. 1988-ci ildən başlayaraq, tarixi İrəvan torpaqlarımızdan sovet rəhbərliyinin dəstəyi ilə zorla azərbaycanlıların köçürülməsini həyata keçirən, Dağlıq Qarabağda terror, qarşıdurmalar yaradan, ərazilərimizin 20%-ni işğal edən və cənnət Qarabağımızın ekologiyasını, tarixi, dini-mədəni abidələrini, bütün infrasturukturu məhv edən təcavüzkar Ermənistana 44 günlük müharibədə Şanlı Azərbaycan tarixi dərs verdi. Bu tarixi qələbəni 27 sentyabr 2020-ci il tarixində başlanan II Qarabağ müharibəsi ilə bizlər Ali Baş Komandanın rəhbərliyi, Müzəffər Azərbaycan ordusunun qəhrəmanlığı və xalqımızın milli ruhu sayəsində əldə etdik.
Lakin müharibə günlərində sərhədyanı şəhər və rayonlarımızın mülki insanları- daha çox qadınlar və uşaqlar erməni vandalizminə, terroruna məruz qaldılar. Terror aktlarının törədildiyi şəhərlərdən biri də Gəncə idi. Gəncə şəhəri oktyabr ayı ərzində 5 dəfə ayrı-ayrı günlərdə düşmənin raket hücumuna məruz qalmışdır. 17 oktyabr 2020-ci il tarixində təxminən gecə saat 02.00 radələrində mülki əhalinin yaşadıqları yaşayış massivinə raket atılması isə çox sayda günahsız insanın qətli ilə nəticənmişdir. Bu terror hadisəsindən sonra dərhal dövlətimiz tərəfindən Gəncə şəhərində baş vermiş terror barədə dünya ölkələrinə müraciət etmişdir. Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn bütün qəhrəman oğul və qızlarımıza, günahsız körpələrə Allahdan rəhmət diləyirik.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest