GenelGüncel

Qoca Pələng, cavan Pişik…Kaş düşməsin yer dəyişik…

Son zamanlar pələngin çoxalmışdı əngəli,

Nəriltisi getmişdi, əl-ayağı əsirdi.

Dünənki səsi  indi yumşalmışdı bir qədər,

Hər yetəndən inciyir,hər yetndən küsürdü.

***

Milçəklər hücum çəkir, qovlamağa gücü yox,

Var gücüylə o ancaq gözlərini yumurdu.

Bir ona bax ,sən Allah çaqqal-çuqqal əlidə

Aciz qalıb onlardan  bir himayə umurdu.

***

Əvvəlki cah-cəlalı xatirəyə dönmüşdü,

Pələngin nəzərində bütün dünya sönmüşdü.

Qocalığı cəhınnəm,incimişdi özündən,

Dostlar ona yad oldu, niyə dövran dəyişdi?

***

Meşənin şahı idi, sözün kəsən yox idi,

Ona yaltaqlıq edən, baş endirən çox idi.

Kəsirdi qılınclnln dalı da,qabağı da,

Bu dünyanın malında gözü yoxdu, tox idi.

***

Nəhayət güçə gəlib, əyanların çağırdı,

Uzandığı yerdəcə əvvəlki tək bağırdı.

Yığışırdı özünu ,canavar da,çaqqal da,

Bu səsdə ilk illərin cazibəsi  var idi.

***

“Məlum olsun bu gündən hər kəsə, hər kişiyə,

Gərək adam  tullanıb, ortalığa düşməyə…

Şahlığım davam edir,  amma icra işlərin          

Tapşırıram  bizlərdən çoxdan gedən  Pişiyə…

***

Mən qoca baxışımla izləyirdim sizləri,

Dedim ki, ağla gəlsin bu keylərin özləri…

Bir Pişiyin əlidə səsir-yesir olanda

Yadınızdan çıxmasın mən Pələngin sözləri”….

***

Bəli, başa düşdülər  məclisdəki kişilər,

Qoca Pələng  pələngdir, qocalsa da nə qədər.

Vay o gündən   bir azca fürsət düşə Pişiyə,

Görən, onun icrası kimi hara göndərər?…

***

Qocalara heç zaman  tənə iə baxmayın,

Qocaların adına qara-qura yaxmayın.

Qocalar var qocadır, amma adı ucadır,

Yolunuzla düz gedin,yolunuzdan çıxmayın…

***

Bu dünyada hər kəsin  işığı, ziyası  var,

Yaxşı,yaxşı işlərin halallıq mayası  var.

Eşq olsun cavanlığa, eşq olsun cavanlara

Qocaların  onlara   xeyiri, duası var.  

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Bakı

22.11.2019    

Pin It on Pinterest