Qızıl Alma
Buyur Qızıl Alma qardaş,
Bəlkə haqqa sulanasan.
İt kimi hürüdün bəsdi,
Bəlkə bir az ulayasan?
Ulayasan dağ-daş əsə,
Qeyrət qalxa nəfsi kəsə.
Dərk etmirsən sanki nəsə?
Gərək qana boyanasan?
Bir nizam var nizam içrə,
Sığarmı heç nizam qəsrə?
Yubanmısan sən o dərsə,
Bir az gendə dayanasan.
Bir zümrüddü mənim sevdam,
Olarmı heç Tanrı adam?
Necə deyim sənə yadam?
Səndə axı Turandansan.
Min calaq vur dönməz adım,
Ayrılmaz ki, səndən zatım.
Ya mən dərman içim yatım,
Ya dərman at oyanasan.