Türk Dünyası

QARS -SOVET SƏRHƏDİ

Sənan Qılıncarslan Qacar/Kırımınsesi/Azerbaycan

Çox maraqlıdır ki, yerli əhali heç vaxt bu sərhədi “Türkiyə-Rusiya”, “Türkiyə – SSRİ” sərhədi adı ilə demədi.
Niyə, görəsən?
1878-ci ildə başlanan Osmanlı-Rusiya müharibəsi nəticəsində Qars vilayəti rusların, daha doğrusu rusların himayə etdiyi ermənilərin əlinə keçdi. Bölgənin bütün aborigen əhalisi olan türklərə olmazın işgəncə və zülmləri verilərək fiziki məhv edilirdi. 40 il ərzində yüzlərlə kənd yandırılıb, talan edilib yer üzündən silindi. Az qala hər 100 metrdən bir təsadüf edilən kütləvi məzarlıqlarda işgəncələrin və yanğınların qurbanı olan yüzlərlə türk qadın, uşaq, qoca basdırılmışdır. Nəhayət 1917-ci ildə Rusiya İmperiyası dağıldı, Qafqaz xalqları müstəqillik qazanmağa nail oldular. Öncə Zafafqaziya seyminə daxil olan Azərbaycan, Güsrcüstan və Ermənistan Zaqafqaziya Demokratik Federativ Respublikası yaratmağı düşünürdülər. Lakin sonda Osmanlının hərbi gücü qarşısında və Azərbaycan deleqasiyasının Osmanlı tərəfində olduğuna görə seym dağıldı və hər üç respublika öz müstəqilliyini elan etdi.

Yusif Əliyev
Yusif Əliyev


Təəssüflər olsun ki, yeni qurulan Azərbaycan hökumətinin hərbi-siyasi və iqtisadi gücü kifayət qədər yetərli olmadığından ərazisinin qərb hissəsinə nəzarəti itirdirdi və Qars vilayəti 1 dekabr 1918-ci ildə Osmanlı dövlətindən ayrılaraq Cənub-Qərbi Qafqaz Cümhuriyyəti və ya Qars Demokratik Cümhuriyyəti adlı siyasi quruluş yaradıldı. 40 min kvadrat kilometrlik ərazidə 2 milyon əhalinin yaşadığı, əhalisinin 80%-i türklərdən, qalan hissəsi isə rus, yunan, malakan və ermənilərdən təşkil olunan Qars Demokratik Cümhuriyyətinin başında Milli Şura dururdu.
Qars, Batumi, Axalsıx, Axalkələk, Şərur, Naxçıvan, Sürməli və İrəvan qəzasının cənub-şərq hissəsini əhatə edən Cümhuriyyətin 18 maddədən ibarət Konstitusiyası qəbul olundu.
Dövlət dili olaraq türk dili qəbul olunmuşdu. Üçrəngli (ağ, yaşıl və qara), ay-ulduzlu bayrağı vardı. Batumidə həftədə üç dəfə çıxan «Sədayi millət» qəzeti hökumətin rəsmi orqanı idi.

Lakin Qafqazdakı ingilis qoşunlarının komandanlığı bu türk cümhuriyyətinin fəaliyyətinin əleyhinə idi. Buna görə də gizlin planlar hazırlayaraq Qars Demokratik Cümhuriyyətinin ərazisini Ermənistan və Gürcüstan dövlətləri arasında bölməyə hazırlaşırdı. Ermənilərin Naxçıvana, Gürcülərin Axalsıxa hücumları nəticəsində 16 minlik ordusu ilə bu müqavimətə zorla cavab verən yerli hökümət Azərbaycan Cümhuriyyətindən yardım istəsə də istəyinə nail ola bilməmişdir. 12 aprel 1919-cu ildə ingilislərin köməkliyi ilə Qarsa soxulan ermənilər yenidən misli görünməmiş soyqırım həyata keçirərək əhalini bir daha öz yurd-yuvalarından qovdular. 19 aprel 1919-cu ildə isə ingilis generalı Devinin tövsiyəsilə 6 türk, 1 rus, 1 yunandan ibarət yeni Milli Şura yaradıldı. Aprelin 19-da erməni daşnak hökumətinin əmri ilə Stepan Korqanov Qarsda qubernator kimi fəaliyyətə başladı. Bu təyinata etiraz edən Milli Şura üzvləri ingilis zirehli qatarına doldurularaq Malta adasına sürgün edidilər…
Beləliklə 1 dekabr 1918-ci ildən 19 aprel 1919-cu ilədək müstəqil dövlət kimi yaşayan Qars Demokratik Cümhuriyyəti köməksiz və faciəli şəkildə süqut etdi…

P.S. Bax ona görə də Qars vilayətində yaşayan insanların təfəkküründə Qars Demokratik Cümhuriyyəti əbədi bir dövlət izi buraxdığından Ermənistan SSRİ ilə sərhədinə Qars-Sovet sərhədi deyirdi…

Bu acı tariximizdən nəticə çıxarmalıyıq…

Yusif Əliyev

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest