Genel

POLAT ƏFSANƏSİ – Sevinç Rza

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

POLAT ƏFSANƏSİ

Uca dağların zirvəsində qartalların yuva qurduğu bir məmləkətdə şöhrəti hər tərəfə yayılmış çox hünərli , qorxmaz cəsur bir oğlan yaşayırdı. Xalq ona qəhrəmanlığına görə Polad adı vermişdi. İgid Polad köhlən atını minib dağları daşları gəzər , öz məmləkətini ,kəndini vəhşi yırtıcı heyvanların hücumundan qoruyardı. Günlərin bir günü Polad yene dağları dolaşırdı. O, atını sulamaq üçün çay kənarına endi. Birdən bir inilti eşidən Polad səs gələn tərəfə boylandı. Kolların arasında qan içində çox çəlimsiz yaralı bir çaqqal gördü. Mərhəmətli Polad atdan enib cibindəki dəsmalla çaqqalın yarasını sarıdı. Ovcunda su gətirib ona içirtdi. Çaqqal soyuqdan donmaq üzərəydi. Poladın onu bu vəziyyətdə qoyub getməsinə ürəyi gəlmədi. O yaralı çaqqalı atının tərkinə alıb öz həyətinə gətirdi. Çaqqala isti yuva tikib yarasına məlhəm sürtdü. Tez sağalsın deye onu tez-tez yedirtdi. Artıq sağalan və həyətdə özünə gen, bol yer edən çaqqal həyətdəki toyuq-cücəyə ağız atmağa başladı . Bunu görən Polad dərin bir fikrə getdi. Bu qədər yaxşılığın, bu qədər qayğının qarşısında heçmi bu heyvanda bu həyətə, bu yediyi çörəyə, suya sədaqət, etibar yaranmadı. Həqiqətəndə çaqqal ki, çaqqal. Çaqqal gündən-günə azğınlaşırdı. Polad ölümdən xilas edib yer verdiyi ,çörək verdiyi , yaxçılıq etdiyi çaqqalın bu qədər azğınlaşmasını düşünmürdü. Günlərin bir günü Polad çaqqalı aparıb meşedə azdırmaq qərarına gəldi. Özünə yer elediyi bu rahat, gözəl həyətdən və isti yuvadan hazır yeməkdən ayrılmaq istəməyən çaqqal Polada hücum çəkərək onu ağır yaralayıb meşəyə qaçtı. Polad üzünü yaralı halda xalqına tutub dedi :

  • Mən ölümdən qorxmuram, mənim əzizlərim. Mənə ağır gələn öz əlimlə yedirtdiyim bir çaqqal tərəfindən ölməyimdir.

Fürsətçi çaqqalın yaraladığı igid oğlunu xalqı xilas edə bilmədi. Poladın ölümü onu sevən xalqını yasa boğdu. Xalq çox sevdiyi qəhrəman , mərd oğlunu dağın zirvəsində dəfn edib onun şərəfinə Polad adı verdi. O zirvə Polad zirvəsidir.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest