PİRLƏRİN və OCAQLARIN TENQRİÇİLİKDƏKİ YERİ
Azərbaycanda, ümumiyyətlə türk dünyasında olduqca geniş yayılmış pirlər, müqəddəs
ocaqlar müasir dövrümüzdə də öz aktuallığını qorumaqdadır. İnsanların böyük inancla ziyarət
etdikləri, nəzir-niyaz verdikləri bu ocaqların mahiyyəti nədir və mənşəyi nədən
qaynaqlanmaqdadır. Ümumiyyətlə dini inanclarla, əsasən İslamla əlaqələndirilsə də, əslində
İslamla heç bir əlaqəsi olmadığı Quranda öz əksini tapmışdır. Qurani Kərimdə hər hansı bir
pirin, müqəddəs ocağın adı keçməmiş, bu haqda heç bir məlumat verilməmişdir. Yalnız Əshabi-
Kəhf haqqında danışılsada, buranın bir ziyarətgah və yaxudda müqəddəs bir yer olduğu hesab
edilməmişdir. Əl-Kəhf surəsində toxunulan bu mövzu haqqında danışılarkən, burada
hadisələrin necə cərəyan etdiyi və surənin 17-ci ayəsində mağaranın yerləşdiyi yerin
xüsusiyyətlərindən bəhs edilməkdədir. Ümumiyyətlə İslam Allahdan başqa heç bir varlığın
müqəddəsliyini və mədəd umulacaq bir yer olduğunu qətiyətlə qadağan etməkdədir. Hətta
Məhəmməd peyğənbər belə ölümündən sonra yaranan təriqətlər və məhzəblər sayəsində bir
ibadətgaha çevirilmişdir. Bəs insanların böyük ümidlər bəslədiyi, məənən dinclik tapdığı, hətta
tərkibində falçılıq, nəzirçilik kimi anlayışların formalaşdığı, əsrlərdən bəri yaddaşlardan
silinməyən, insanların ruhuna, canına hopmuş bu inanc hardan qaynaqlanmaqdadır?
Məlum məsələdir ki, biz türklər İslamdan öncə yüzilliklər boyunca İslamın daha saf forması
olan Tenqriçilik inancına sahib olmuşuq. Bu inancın mahiyyəti isə əsasən gözə görünməz
Tanrıya inanmaq və öz atalarının ruhlarından güc alamq prinsipini daşımışdır. İlk türklər ölmüş
kimsələrinin ruhunun Tanrı Dağda məsgulaşdıqlarına inamış və bu dağı müqəddəs hesab
etmişdilər. Lakin sonradan geniş bir coğrafi əraziyə yayılan türklər Tanrı dağdan uzaqlaşmağın
verdiyi nigarançılıqla, vəfat etmiş kimsələrin, əsasən də böyük şəxsiyyətlərin, böyük şamanların
dəfn olunduğu əraziləri bir ziyarətgaha, dualar edərək ruhlarının köməyə çağırıldığı bir məkana
çevirmişdirlər. Bu yerləri ibadət edilən ocaqlar hesab etsək yanılarıq. Çünki qədim türklər
burda ibadət etmir, həmin şəxsin ruhu üçün dua edirdilər. Və o ruhların yardımçı olması üçün
müəyyən nəzirlər (qurban kəsmək, yaylıq bağlamaq,şam yandırmaq və.s) verir, onlardan cavab
almaq yöntəmi kimi isə bu gün falçılıq hesab etdiyimiz vasitələrdən istifadə edirdilər.
Məsəslən, daşları üst-üstə qurmaq, qayalara daş yapışdırmaq, orda bitən hər hansı kola, ağaca
qatma bağlamaq, dar bir dəlikdən hər hansı bir əşya və yaxud da özü keçmək kimi yöntəmlər.
Bu gündə biz bu adət-ənənələrin davam etdirildiyini görməkdəyik. Pirlərlə əlaqədar İslamdan
öncəsi ilə sonrasını müqayisə etdiyimizdə dəyişən bir şeyin olmadığını görəcəyik. İnancın eyni
formada davam etdiyini, hətta tarixi şəxsiyyətlərə (daha çox dini şəxsiyyətlərə) görə edilən
ziyarətlərin belə bu gün olduğu kimi saxlanılmaqdadır. Sadəcə keçmişdə din ilə əlaqədar
şamanların yerini İslamdan sonra seyidlərin tutduğunu görürük. Məsələn bu gün Naxçıvan MR-
nın Culfa rayon Ərəfsə kəndində yerləşən, kəndin adı ilə anılan Ərəfsə pirinin yaşının qədim
Sakların dövrünə aid olduğu hesab olunsa da, bu gün ora orda uyuyan seyidlərə görə
müqəddəs hesab edilməkdədir. Görünür ki, İslama kimi Tenqriçilik inancı ilə əlaqədar hər hansı
şəxslərə görə anılan bu pir, İslamdan sonra İslam prinsiplərinə uyğunlaşdırılmışdır. Lakin
hələdə əski adətlər özünü qorumaqdadır. Daş qaldırmaq, ağaca yaylıq, dəsmal bağlamaq adəti
davam etməkdədir. Yenə Culfa rayon Camaldın kəndinə yaxın ərazidə yerləşən, yerli xalqın
dilində Ərməmməd, Ali-Məmməd və s. kimi səslənən pir də eyni prinsiplə ömrünü davam
etdirməkdədir. Bu gün yerli xalqın düşüncəsinə görə bu pir, burda uyuyan bir mömin şəxsə
görə müqəddəs hesab edilməkdədir. Lakin hələ də pirin girişində qayaya daş atmaq, ağaclara
toxunmamaq, ağaca yaylıq bağlamaq və.s kimi qədim ayinlər qorumaqdadır. Əsrlərdir davam
edən və bu qədər millətimizin canına, qanına hopmuş, əcdadlarımızın yadigarı olan bu ənənə,
bundan sonrada uzun illər boyunca davam edəcəyi görünməkdədir. Bizə düşən isə bu adətin
öz mahiyyətini qorumasına yardımçı olmaq və öz məqsədindən uzaqlaşmaması üçün
insanlarımızı düzgün məlumatlandırmaq, gələcək nəsillərə dəqiq informasiya çatdırmaqdır.
Rəhim VAHİD