Ömrümüz olubdur zay əlinizdən!
Yaxamızı buraxın, rahat yaşayaq,
İçimiz daraldı, day əlinizdən.
Qara yaxdız pambıqtəki insana,
Ömrümüz olubdur zay əlinizdən!
Diliniz acıdır, sözləriniz sərt,
Edirsiz çoxunu bilərəkdən pərt,
Qoyub da qəlblərə ağrılı bir dərd,
Yığıbsız boğaza, day əlinizdən!
Ləçərlikdə arsızları keçmisiz,
Özünüzə yeni bir yol seçmisiz,
Şərəfsiz donunu libas biçmisiz,
Ruhumuz inciyib, day əlinizdən!
Etməyin qəlbləri dar, sizlər rizasız,
Nə qədər olmusuz binamus, arsız?!
Düşüncənizdə dar, həm də dayazsız,
Nə götürək sizlərdən, zay dilinizdən?!
Deməyin, sözlərim sərtdir, acıdır,
Allah bəxş edən söz, qəlbə yazıdır.
Bəndlərim aşığın kədər sazıdır,
Götürün sözlərdən, pay əlinizdən!
Elsevər Hüseynoğlu
Bakı~ 02/03/2020