NUH TUFANI ALTAY ƏFSANƏLƏRİNDƏ
Səmavi kitablarda haqqında geniş məlumat verilən Nuh tufanı, dinlərdən çox-çox öncə
Altaylarda formalaşmış əfsanələrdə, demək olar ki eyni formada mövcud olmuşdur. “Kalğaçı
çağ” yəni qiyamət gününə inanış və bu haqda formalaşan əfsanələrlə tanış olduğumda olduğu
kimi, “tay”ilə tanışlıq da məndə bir çox sualların yaranmasına səbəb oldu. Ən
vacib sual isə Xristianlara İncil ilə İsanın, müsəlmanlara isə Quran ilə Məhəmməd peyğənbərin
verdiyi xəbəri, bəs türklərə kim, necə çatdırmışdı? Türklər hələ Tanrının kitablar göndərmədiyi,
heç bir dinin mövcud olmadığı, sadəcə gözə görünməz Tanrının inancını yaşayarkən, bu qədər
məlumatı hardan, necə almışdılar? Yoxsa dinlərmi Türk inanclarına əsasən formalaşmışdır? Bu
haqda bir çox fikirlər mövcuddu. Kimiləri dinlərin Türk inanclarına əsasən formalaşdığına
inanarkən, kimiləri də Xıdır peyğənbərin Türklərə göndərildiyinə və onlara Göy Tanrını
öyrətdiyinə inanırlar. Əlbətdə ki, həqiqiət yanlız Tanrıya agahdır. Altay tufan əfsanəsi haqqında
ilk məlumatı U. Harva Holmberq vermişdir. Holmberq əfsanənin məzmununu bu cür nəql
etmişdir: “Sel bütün yeri qapladığında, Tengiz (Dəniz) yer üzərində hakim idi. Tengizin idarəçiliyi
altında Nama adlı yaxşı bir kişi yaşayırdı. Namanın Sozun Uul, Sar Uul və Balıq adlarında üç oğlu
var idi. Ülgən (Tanrı), Namaya bir kərəp (taxta sandıq) düzəltməsini buyurdu. Nama sandığın
düzəlməsi işini üç oğluna tapşırdı. Oğulları sandığı (kəpəri) bir dağ üzərində düzəltdilər. kəpər
düzəldikdən sonra Nama onu hər biri səksən qulac olan səkkiz kəndirlə künclərindən yerə
bağlamalarını söylədi. Beləliklə su səksən qulac yüksəldiyində anlaşılacaqdı. Bundan sonra Nama
ailəsi ilə birgə, fərqli heyvanları, quşları alaraq kəpərə girdi. Yerüzünü duman bürüdü. Dünya
qorxunc bir qaranlığa gömüldü. Yerin altından, çaylardan, dənizlərdən sular fışqırdı. Göydən
şiddətli yağışlar boşaldı. Yeddi gün sonra yerə bağlanan iplər qopdu, kərəp üzməyə başladı.
Suyun səksən qulac yüksəldiyi anlaşıldı. Yeddi gün daha keçdi. Nama ən böyük oğluna kənəpin
pəncərəsini açmağı, ətrafa baxmasını tapşırdı. Sozun Uul hər tərəfə baxdı. Sonra isə dedi: “hər
şey sların altında batmış, yalnızca dağların zirvələri görsənir”. Daha sonra Namada baxdı. O da,
“göy üzü ilə sudan başqa heç nə görünmür” dedi. Kərəp sonra səkkiz dağın bir birinə yaxınlaşdığı
yerdə durdu. Çomoday və Tuluttu dağlarında torpağa dayandı. Nama pəncərəni açdı, quzğunu
sərbəst buraxdı. Quzğun geri dönmədi. Ikinci gün qarğanı göndərdi, üçüncü gün isə saxsaxanı.
Heç biri geri gəlmədi. Dördüncü gün bir göyərçin göndərdi. Göyərçin dimdiyində bir incə
budaqla geri döndü. Nama bu quşdan o biri quşların niyə geri gəlmədiklərini öyrəndi. Onlar
maral, it, at leşləri yemək üçün getdikləri yerdə qalmışdılar. Nama bunu eşitdikdə qəzəbləndi və
dedi: “Onlar indi nə edirlərsə, dünyanın sonuna qədər onu etməyə davam etsinlər”.
Əfsanənin davamında Nama qocaldığı zaman, qurtardığı canlıları öldürməsi üçün onu
dolduran həyat yoldaşını öldürür. Oğlu Sozun Uul ilə birlikdə cənnətə (göyə) çıxır. Daha sonra da
beş ulduzlu bir ulduz kümbəsinə dönür”.
Holmberqə görə tufan qəhrəmanları Yayıq Xana dönmüşdülər. Yayıq Xan, Altay Türklərinə
görə insanları qoruyan və yaşam verən bir ruhdur. Əlavə olaraq da insanlarla Ülgə (Tanrı)
arasında elçilik edəndir.