Nostalgiya – həsrətli düşüncələr
Nostalgiya-həsrətli düşüncələr…
Bu dünyanın milyon günü,yüz günü,
Bu dünyanın əyri günü, düz günü…
Canımızın,ruhumuzun saz günü,
Dərdin,qəmin bizdən uzaq az günü…
***
Niyə səni itirirəm ilbəil,
Ay ömrümün güdaz vaxtl, boz vaxtı?
Ay ömrümün quduz vaxtı,şər vaxtı,
Ay ömrümün iddialı, mız vaxtı…
***
Boş-boşuna keçən günüm,ayım vay,
Bu zamanı necə anım,sayım , vay…
Bir sözdür də, indi düşdü yadıma,
Deməyin ki,nə salmısan səs,haray.
***
Yeri ,göyü düz düzünə görərdim,
Söyüdlərin saçlarını hörərdim…
Gözıəliyi görən zaman gözlərim,
Deyərdim ki,ah nə sərim,nə dərdim..
***
İndiki vaxt…Dağa pələ gedərdik,
Pəl bəhanə… Elə-belə gedərdik…
Günümüzün ayazıyan vaxtların,
Naşılığı bilə-bilə gedərdik.
***
On gündən mal nobatı çatanda,
Uşaq-muşaq körpə kimi yatanda,
Qoyunları yamaclara sərərdik,
Evə ya’lnız gələrdik gün batanda.
***
Bu Vəlinin, o,Əlinin qoyunu,
Sahibləri aparardı malların.
Bizi görüb qoca-qoca nənələr
Yaşmaq edib şaşmanardı şalilən…
***
Həsən baba qısqananda nənəni,
Bir xanımlıq bürüyərdi Sənəmi.
Qaşı,gözü, ağ birçəyi yerində,
Qoca minib cin atına yenə mi ?
***
Eh kim nə deyir, özü bilər, oyünər,
Kimin qəlbi nə vaxtacan döyünər….
Hər bir adam əcəlilə oləndə,
O dünyada ancaq özü sevinər…
***
Ömür boyu qocalığa yox deyən,
Ucalıağa simvol olan adım hey…
Min hiyləyə,
milyon şərə- palanduz,
Şairliyə bir bəhanə, adım hey….
***
Ad alandan adım bəlli nəzmlə,
Mən bu adı daşıyıram əzmlə.
Soyadım da səpələnib ömrümə,
Mən soyumu döğrulduram gücümlə…
**
Gözəlliyi dəstə-dəstə görəndə,
Mən özümü yerdən üstə görəndə,
Dərd çəkirəm bu dünyaya əlli il,
Bəlkə də tez, nahaq yerə gələndə….
Nazim Nəsrəddinov
26.04.2019.