GenelGüncelKültür Sanat

Nicat Hunalp

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Nicat Hunalp

Göytürk

Göytürkdən qutlu yol gələn,

Bir dəlilik var içimdə

Qılınc çəkir düşmən üstə

Qarluqlar ,Hunlar içimdə

***

Qurd geyimli Alp Qutalmış ,

Başlar kəsmiş öcün almış,

İgid ölmüş adı qalmış,

Qəzəbi oynar içimdə

***

Ulu Altay,Kulin – Bugir,

Buryat,türkeş,yağma ,çigil,

Qarı düşmən yoldan çəkil,

Vulkanlar qaynar içimdə

***

Ruhumu dirildən şaman,

Niyə gəlmir axı o an,

Ayağa qalxacaq Turan

Sonsuz ümid var içimdə

Tanrım  varsansa,səs elə

Tanrım sevmədim dünyanı ,

Mənə ölümü  tez elə 

Nə sənin gücün çatacaq ,

Nə də bu dünya düzələ

***

Beşiyim hey yırğalanır,

Arzularım ovxalanır ,

İblis məni Tanrı sanır ,

Unudub Tanrısın belə

***

Bu yerdə göydən asılıb ,

Göy yalqız ,yer viran qalıb ,

Hamı özünə qısılıb ,

Tanrım varsansa ,ses elə

***

Özümə öz bəxtim gülüb ,

Qorxduğum başıma gəlib,

Nitşe deyir  Tanrı ölüb ,

Tanrım sağsansa ,ses elə

Bir bulud ağlayır başımın üstə

Bir az köz atım qoy bu sözə barı,

Fələklə payımı böl yarı – yarı,

Tanrımı göndərib bu buludları,

Bir bulud ağlayır başımın üstə

***

Özün bax sən Allah bu haya – küyə,

Ürəyim dayanmır o uçuq öyə,

Göy yerə qarışıb,yerdəki göyə ,

Bir bulud ağlayır başımın üstə

***

Burda yaşamımda vallah havayı,

Pərişan görürəm günəşi ,ayı,

Bir kimim kimsəm yox ,məndən savayı,

Bir bulud ağlayır başımın üstə

***

Nə qədər adam var içimdə ölən,

Yoxdu ürəyimdə dərdimi bilən,

Nə çoxdu  halıma ürəkdən gülən,

Bir bulud ağlayır başımın üstə

***

Dayan, bir baş çəkim bu ağacada,

Orda qəlbi kabab ,qarnı acada,

Tanrıdan aşağı,məndən ucada,

Bir bulud ağlayır başımın üstə

Şaman yozur yuxumu

Dərd etdi köz – köz içimi ,

Yandırdı bu söz içimi,

Din insanların seçimi,

Türklük isə qədəridir

***

Yenilmədim ata dərdə,

Sözüm ,şeirim göydə- yerdə,

Məndəki bu qəm kədərdə,

Tanrımızın kədəridir

***

Yuxularım didərgin ,yuxumu şaman yozur,

Şaman yozur yuxumu,yuxumu daşa yazır,

Ötükəndə kədərdən mənə bir qəbir qazır,

Xaqanlar da görür ki, bu bir türk qəbridir

***

Keçməz ruhumdakı kin,

Mətə ,Muğan , Alptəkin,

Batıya qoşun çəkin,

Savaş türk zəfəridir

***

Orxonda ataların izi,

Əcdad ruhlarının səsi ,

Tanrım Turanın çarəsi,

Özünə dönməkdədir

Heçim ayrı , köçüm ayrı

Heçim ayrı , köçüm ayrı,

Mənlə yoxdu işiniz

Yavan tikədə qalıb,

Kabablarda dişiniz

***

Heçim ayrı , köçüm ayrı,

Mən kiməm axı ,siz kim

Kütlələrə  qarışmaram,

Mənə bəsdi təkliyim

***

Heçim ayrı ,köçüm ayrı,

Olsun ,sizin Yupiter

Ay ,bu bulud ,yağan yağış ,

Sizinkidi onsuz yer

***

Heçim ayrı ,köçüm ayrı,

Nə düşmüsüz canıma

Göy yaxşıdı, durum gedim ,

Mən Tanrının yanına

Başdaşısız məzarlar

Yetim uşaq kimidi gah ağlayıb ,gülürlər

Yağışda islanırlar ,şaxtada üşüyürlər,

Elə olur Tanrının qapısını döyürlər

                                                                           Başdaşısız məzarlar

***

Başdaşısız olmağı elə bir cür qədərdi ,

Bu yalqız məzarların  bitib tükənmir dərdi,

Yolunu azmış yolçu , vaxtsız gələn kədərdi,

                                                                            Başdaşısız məzarlar

***

Sondu bu ağlamağım ,bu yasda ən son yasdı,

Baxdım bu məzarlara bir sigar çəkdim susdum,

Mən ölümü dün gecə ayaqlarından asdım ,

                                                                           Başdaşısız məzarlar

***

Kim məni qutaracaq hələ özüm bilmirəm,

Nə zaman sönər görən ,yanan közüm bilmirəm,

Sizin  bu dərdinizə necə dözüm bilmirəm,

                                                                           Başdaşısız məzarlar

***

Bir az göy üzündə bulud ,bir az yerdə ağacam,

Ölsəm təzdən ot  ,yarpaq,gül-çiçək olacağam,

Mənim doğmam yadımdı ,o menim atam ,babam,

                                                                  Başdaşısız məzarlar

Allah ucuz ölüm yoxdu?

Ağır ağır addımlarım,

Yeriməyə gücüm yoxdu

Tanrımızın dərdlərinə,

Ağlamadığım gün yoxdu

***

Bu dünya sonsuz bir ada,

Ümidim yox Tanrıyada,

Neçə dəfə yandım oda,

Niyə axı külüm ,yoxdu?

***

İçim əzabdan yoğrulmuş,

Azadlığım da yox olmuş,

Bədəndə ruhum yorulmuş,

Allah ucuz ölüm yoxdu ?

Başdaşı üstə tənhalıq

Çıxıb gedeceyem bu yerdən, ana,

Şeir olacağam bir daşın üstə

Ayrılıq qoxuyan yovşan ətirli

Kimsəsiz bir qərib başdaşı üstə

***

Mən elə əzəldən kədər yazanam,

Önümü bürüdü bu toz – tozanaq,

Məni aparmağa gəlmisiz nahaq,

Mən elə öləcəm bu daşın üstə

***

Bu dərddə, bu sərdə ayrılı dərdi,

Mən vüsal əkmişdim həsrət cücərdi,

Könlümdə bir şirin arzu göyərdi,

Sonra çiçək açdı bu daşın üstə

Uyğurlardan yol gəlirəm

Uyğurlardan yol gəlirəm,

Bu yol qarşıma gələcək,

Türkə edilən soyqırım,

Bir gün başıma gələcək

***

Başqırdlar çərkəz,avarlar,

İltərislər,Ağsuvarlar,

İlk baharlar ,son baharlar,

Qonaq qışıma gələcək

***

Yığışıb bütün qoşunlar,

Dəliqanlı igid Hunlar,

Daşa yazılmış Orxonlar,

Söz – söz daşıma gələcək

***

Türk adımla düşmən yensəm,

Türk adında böyük elsəm,

Bilirəm ki ,bir gün ölsəm,

Turan yasıma gələcək

Ey dostlarım ,qardaşlarım

***

Ey dostlarım ,qardaşlarım,

Sözüm öldürəcək məni

Öz -özümü yeyir fikrim,

Özüm öldürəcək məni

***

Bu yerlərə daha yadam,

Tənhalığa dost bir adam,

Özlüyümdə yanan odun,

Közü öldürəcək məni

***

Vətən! Yox sonun – əvvəlin,

Ayrılıq qismətin sənin,

Qıyıq gözlü bir gözəlin,

Gözü öldürəcək məni

***

Bu nə dərddi belə axı,

Könlümə ayrılıq yağır,

Sevinmək mənə çox ağır,

Bu qəm öldürəcək məni

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest