GenelGüncelKültür Sanat

Nazım Nasreddinov: Seyid Əzim Şirvani – Mirzə Ələkbər Sabire, hansı məktəbdə dərs demişdir?

S.Ə.Şirvani  M.Ə.Sabirə hansı məktəbdə dərs demişdir?

Mən neçə illərdir ki,tədqiqatçı dostlarıma məsləhər görürəm ki,S.Ə.Şirvani haqqında bilmədiyiniz nəsnələri yazmayın.Bəai alimlərin səhvlərini tirajlamayın.

Yadınızda qalsın ki, XIX əsrdə məktəb açmaq hər öğulun işi deyildi.Məktəb açmağa pul-para lazım idi.S.Ə.Şirvanidə də nə pul var idi,nə dəpara.S.Ə.Şirvani bir kisə boğda üçün nifrət etdiyi adamlara da mədhiyyə yazırdı. S.Ə.Şirvani Ələkbər Tahirzadəyə -M.Ə.Sabirə (1862-1911) öz şəxsi məktəbinndə yox,Səid Ünsizadənin (1842-1893) 1874-cü ildə Bakı qubernatorundan icazəsilə  açdığı Məclis Məkməktəbində dərs deyib.

S.Ə.Şirvani həm də şəhərdəki rus məktəbində şəriət müəllimi işləyirdi.Deməli, o, eyni vaxtda 2 məktəbdə .Bu,faktdır.Faktdan qaçmaq olmaz.

A.Zaxarovun məqaləsində adı  Şamaxının bir neçə  digər məktəbləri  ilə birgə çəkilən müəllim 
 H,S,Ə-nin   işlədiyi məktəb məhəllə məktəbi idi.

Məqalədə H.S.Ə kimi təqdim olunanın   Hacı Seyid Əzinin *(1835-1888) olduğu güman edilit

S.ə.Şirvanini  oxuculara H.S.Ə. kimi tanidan  müəllif  əslən Şamaxılnın   sası dinli  müəllimlərindən biri idi.
Onun  pedaqoji və maarifçi nəşr olan Qafqaz Ərazisində Yaşayan Xalqlara aid Materiallar Məcmuəsindəki (SMOMPK-dakı)   məqaləsində adı çəkilən H,S,Ə-nin  təhsil  müəssisəsi  qabaqcıl məhəllə məktəbi idi.H.S.Ə-nin Hacı Seyid Əsim olması faktı hələ öz həllini tapmayıb. Bu, hələ izah  tam olunmayan fikirdir.

Yeri gəlmişkən qeyd edək ki, A.Zaxarovun  Azərbaycan dilində təhsil almasına aid fikirlər də mövcuddur.Şamaxıdan Tiflisə köçən Aleksandr Zaxarov uzun müddət Tiflisdə müxtəlif məktəblərdə işləmiş,”Kaвказ” qəzetininndə müxbirlik etmişdir. “Kaвказский  kaлeндарь” dövri məcmuəsinin bir çox illərə aid cildlərində ünvan-təqvim bölməsində  A.Zaxarov haqqında çoxllu tanıtma materialları vardır.

***

S.Ə.Şirvaniyə aid bəzi yazılarda oxuyuruq :

” S.Ə.Şirvani Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir. Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxuyublar”


Bu fikir A.Zaxarovun məzkur məqaləsindən gəlir.

Vaxiilə S.Ə.Şirbani ilə şəhər məktəbində işləmiş A.Zaaxarovun  H,S,Ə,məktəbindən danışılan sözlərinə ehtiyatla yanaşmaq lazımdır.Əlbəttə,1874-cü ilədək -Məclis Məktəbinin açılışına qədər S.Ə.Şirvaninin müəllimlik etməsi faktı da yaddan çıxmamalıdır.

Belə bir məktəbin tarixi 1869-cu ildən əvvəllərə də gedib çıxa bilər.Bizim əsas iradımız M.Ə.Sabirin və S.M.Qənizadənin oxuduqlqrı məktəbin səhv göstərilməsi ilə ilgilidir.

  S.Ə.Şirvanini  – M.Ə.Sabirə də,  S.M.Qənizadəyə  də  Məclis Məktəbihdə dərs dermişdir.

Bunu S.M.Qənizadə M.Ə.Sabir haqqında xatirələrinin birində açıq-aydın söyləmişdir.

S.Ə.Şirvani yaxşı müəllim idi.1879-cu ildə onu Tifflisə-  Qoridəki Zaqafqaziya  Müəllimlər Seminariyasının  yeni açılmıç müsəlman  şöbəsində şiəməztəb tələbələrinə dərs deyəcək müəllimlərin müsabiqəsinə dəvət etmişlər. İki nəfərlik müsabiqədə Zaqafqaziya Şiə Ruhani İdarəsini üzvü,hökumət dairələrinə daha yaxın olan Axund Əbdüssəlam Axundzadə (1843-1907) qalib gəlir.

S.Ə.Şirvani məğlub iştirakçı kimi Şamaxıya qayıdır,əvvəlki iş yerlərində-Şamaxı Məclis Məktəbində və şəhərdəki nüfuzlu rusdilli məktəbdə müəllimliyini davam etdirir.

S.Ə.Şirvani  bir neçə ildən sonra,  səmərəli  pedaqoji fəaliyyətinə layiqli üiymət kimi,  Bakı Quberniya İdarəsi rəhbərliyinin zəmanəti ilə  “Səylərinə görə ” gümüş medalı  ilə təltif olunmuşdur.

S.Ə.Şirvaninin  müsabiqədəki qəqibi Ə.Azundzafə 1895-ci ildə Qoridən Tiflisə dəvət olunmuş,Zaqafqaziya Şiə Ruhani İdarəsinin sədri və şetxülislamı vəzifəsinə təyin edilmişdir.

Ə.Axundzadə 1907ci ildə Tiflisdə  vəfat etmişdir.

***

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq.

Bakı,
14.06.2021

Pin It on Pinterest