Genel

Nazim Nəsrəddinov: Əhvalında pərişanlıq olan bir dosta məktub

Nazim Nəsrəddinov: Əhvalında pərişanlıq olan bir dosta məktub

Hər anımız- mübarizə,
mübarizə…
Dəqiqəmiz, saatımız –
mübarizə……

Hər günümüz, hər həftəmiz-
mübarizə…
Hər ayımız, hər ilimiz –
mübarizə…
İşimiz də, gücümüz də-
mübarizə…
Sevgimiz də, öcümüz də –
mübarizə….
Mübarizə yoxsa əgər,
giley-güzar çoxsa əgər,
qəhər bizi,
kədər bizi
boğsa əgər…
it də,
qurd da gülər bizə…
Aləm nələr
deyər bizə…
Özümüzü güldürməyək
qurdumuza,
itimizə…
Bilinməyib
ac olmuşuq–
tox olmuşuq,….
Ərlinməyib,
usanmayıb,
utanmayıb
yamanlığın ətrafından
uzaq qaçıb
yox olmuşuq…
Şərəfimiz, şöhrətimiz
vüqar olub,
mənlik olub.
Yaxşı işlər
sənlik olub,
mənlik olub.
Tut Dünyanın damarını,
bilrəm ki ,axtarmırsan
heç vaxt yolun hamarlnı.
Ömür boyu sinə gərib
əziyyətə, çətinliyə,
ucalmısan,
nə olsun ki, bir balaca
qocalmısan..
Dünya hələ yaşarlıdır,
yaxşılığa düşərlidir…
yaşa,qardaş,
yaşa, qardaş…..
Nə etməli,
yaxşı azdır,
bu dünyanın pis niyyətli
adamları yaramazdır….
Dünya yaman
pisliklərlə
tünlük olub….
Səni yaxşı tanıyanlar
bilirlər ki,düşdükləri
çətin işlər,
sən biləndə
həll olunub-
sənlik olub..
Yaşa,qardaş,
yaşa qardaş,
şeyx nəvəsi qardaşınam,
səndən ötrü
dualalrın bil ki çoxu
mənlik olub.

***

Nazim Nəsrəddinov

Bakı,
20.06.2021

Pin It on Pinterest