Genel

Nazim Nəsrəddinov: İsmayıl bəy Qaspıralı qəzet dili, mətbu və ədəbi sözün cəmiyyətin inkişafındakı rolu haqqında nə demişdir?

İsmayıl bəy Qaspıralı  bu sualın cavabını “Ziya”  (1879, №  42) qəzetində dərc etdirdiyi bir məqaləsində çox düzgün və hərtərəfli ifadə etmişdir.

Maraqlıdır ki,İsmayıl bəy türkdilli mətbuatвa  oxucularla ilk  görüşə bu yazı ilə – “Baxçəsaraydan göndərilən məktub”la gəlmişdir.
***
 Mənfəətdən xali olmadığı üçün  “Baxçəsaraydan göndərilən məktub”u n  türkdilli oxuculara catdırırıq:

Baxçəsaraydan göndərilən məktub

(Çox güman ki,yazının başlığl “Ziya” qəzetinin mühərriri Cəlal Ünsizadə tərfindən düşünülmüşdür-N.N)


Məlumdur ki, Rusiyə dövləti içərüsində olan millətlər,məsələn ,…pulağ ( polyak-N.N. ),latış,yəhudi və qeyrilər çoxdan bərü kəbdi lisanlarında ğazetalar və ədabiyyata dayir qeyrü şeylər peyda etmişlərdür. iki-üç milyondan ibarə (ibarət-N.N.) olan Rusiyaə tatarları adabiyyatsız və daxi bir ğazetasız olduqları çox təəccübdür.

Ğazeta-millətin lisanıdır.

Fazetalar millətə mühafiz ola bilər.

Ticarət və hər hansı islahat sırasında (cərgəsində) yolgöstərücü ola bilürlər.

Millətin aqəminə (əqlinə) və fikrinə ziya ola bilər.

Qissəsi (yəni gödəksüz) qəzetəsiz və kitabsız millət sağır(kar) və dilsiz adəmə bəkrəz (bənzər-N.N.)

Bu halda tatar lisanında “Ziya” qəzetəsi nəşr olunması pək (çox) faidəli iş olduğundan ziyadəsilə xoşnud olduq.

“Ziya” qəzetəsinin gündən-günə ilərü (irəlü) getməgini istəriz (istəyirüz)və mamun edirüz bundan sonra bəz-bəz “Ziya” qəzetəxanəsinə məktub v qeyri kağızlar göndərməgi kəndimizə borc ediriz.

Bu dəfə tərəfi-əhvalımızdan səval olunur isə həmd olsun bu sənə Qırım bərəkatı pək əla olmuşdur.

Əkin,meyvə, dükan gözəl olub,xeyli ticarət pək sırasındadır.

Buğda çox oldı isə də, qiyməti bəhaliyədir.

Şöylə ki, un puti on beş mənata satılmışdır.

Hal bu isə xəlqlər karlı olduqlarından …indilik zəhmət çəkməyürlər.

Baxçəsaray şəhr məclisindən İSMAYIL Mirza”

*
“Ziya” qəzetinin digər bir neçə nömrəsində də İsmayıl Mirzanın özünün yazdığı kimi “məktub və qeyri kağızları təğyir və təbdil olunmadan” dərc olunmuşdur.

***
Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi, türkoloq

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest