Naxçıvanlı qadın şairəmiz Sona Amalın şeirləri
Naxçıvan ədəbi mühitinin qadın yazıçılarından biri də Sona xanım Teymurbəylidir.(Sona A Amal)
O, ixtisasca müəllimdir.Uzun müddət gənc nəslin təlim-təlim tərbiyəsi ilə məşğul olub, ana dilimizin gözəlliyini və incəliklərini şagirdlərinə öyrədibdir.
Onun yaradıcılığı nəsr və nəzmdən ibarət əsərlərdən ibarətdir.Bu gün ” oxuculara “Kırımın səsi” qazeteində Sona Amaln bir neçe şeirini təqdim edirəm.
Naxçıvan ədəbi mühitinin qadın yazıçılarından biri də Sona xanım Teymurbəylidir.(Sona A Amal)
O, ixtisasca müəllimdir.Uzun müddət gənc nəslin təlim-təlim tərbiyəsi ilə məşğul olub, ana dilimizin gözəlliyini və incəliklərini şagirdlərinə öyrədibdir.
Onun yaradıcılığı nəsr və nəzmdən ibarət əsərlərdən ibarətdir.Bu gün ” oxuculara “Kırımın səsi” qazeteində Sona Amaln bir neçe şeirini təqdim edirəm. Kirman Rustemli
HEYRANAM
Göylərimdə qara bulud gəzərsə,
Göz yaşını min bir yerdən süzərsə,
Göy qurşağı asimanı bəzərsə,
Dolan bulud, yağışına heyranam.
Ləl-gövhərdir, hər qayası, hər daşı,
Dişdonduran bulaqları – gözyaşı,
Füsunkardır çölün, düzün – yazbaşı,
Ana yurdum, qar, qışına heyranam.
Rəsm əsəri gözoxşayan dərə, düz,
Ecazkardır çöl-çəmənin – cığır, iz,
Oğulsansa, keçidlərin sirrin çöz,
Haçadağım, yoxuşuna heyranam.
“Güc birlikdə!”-deyilibdi əzəldən,
Heç uğur da gözləmə sən tək əldən,
Yaşamaram, ayrı düşsəm, bil, eldən,
Elim-obam, alqışına heyranam.
Ulu yurdum, qədimim, həm cavanım,
Müqəddəslər, gözəlliklər məkanım,
Səndən ayrı keçməsin bir tək anım,
Mən Amalam, ağuşuna heyranam.
Naxçıvanım, hər yaşına heyranam.
GÖRÜM
Deyirdin, bir anım sənsiz olmasın,
İllərdir, ayrıyıq, indi döz, görüm.
Sənli dünyamızı hicran sarmasın.
Qəlbini qəlbimlə lap taraz görüm.
Ürəyim dözməyir, hicran dağına,
İllərdir, düşmüşəm, mən sorağına,
Uçur xəyallarım, sənli çağıma,
Səndən qayğı görüm, işvə-naz görüm.
Qəlbimi həsrətlə yandırıb, yaxma,
Sənli vüsalımın bağrını sıxma,
Ayrılıq çələngin telimə taxma,
Səninlə sevinc çox, kədər az görüm.
Qalsa da, uzaqda, ta sənli dünyam,
Şənlənsin ruhunla qaranlıq röyam,
Arzu-istəyini gözündən duyam,
Halı-əhvalını daha saz görüm.
Seyrə çıxaq qoşa, sevda bağına,
Anılarla dolu sənli çağıma,
Ay Amal, ömrünün hər varağına,
Sevgimizə layiq nəğmə yaz, görüm.
Arzu-diləyimi lap pərvaz görüm.