Kültür Sanat

Nadir Qüdrətoğlu


Nazım AHMETLİ
KırımınsesiGazetesi
Azerbaycan Temsilcisi
Nadir Qüdrətoğlu
Nadir Qüdrətoğlu
Nadir Qüdrətoğlu
(Vəlişzadə Nadir Qüdrət oğlu)
          Gənc şair Vəlişzadə Nadir Qüdrət oğlu 1 mart 1984-cü il tarixdə Azərbaycan Respublikası, Qubadlı rayonunun Sarıyataq kəndində dünyaya düyaya göz açıb.  Bakı Dövlət Unuversitetinin hüquq fakültəsində “hüquqşünaslıq” ixtisası üzrə ali təhsil alıb. 2006-2007-ci illərdə həqiqi hərbi xidmətdə olub. Poeziyaya gəlişi 2019-cu ildən olub. Keçən illər ərzində müxtəlif mövzularda yazdığım şerlərim “YouTube” portalında tanınmış qiraətçi Roma Xosrovun qiraəti ilə, o cümlədən “Xəzan” ədəbi-bədii jurnalının 2022-2023-cü illər buraxılışlarında, “Yeni Uğur” və “Müəllif” antologiyalarında da çap olunmuşdur. İlk şeirlər kitabı “Avrasiya PRESS” nəşriyyatında çapa hazırlanır.

Nadir Qüdrətoğlu

SƏN MƏNİM ÖMRÜMƏ GƏLDİYİN GÜNDƏN

Dünya gözlərimdə bir başqa aləm,

Sən mənim ömrümə gəldiyin gündən.

Nə qəlbim qəm görür, nə gözlərim nəm,

Sən mənim ömrümə gəldiyin gündən.

                       ***

Gözlərin yoluma hər an nur saçır,

Ürəyim hər zaman yanına qaçır.

Xoşbəxtlik, səadət qapımı açır,

Sən mənim ömrümə gəldiyin gündən.

                        ***

Qəm yemərəm bu dünyada mən daha,

Qurban olum səni verən Allaha.

Şükr edirəm hər açılan sabaha,

Sən mənim ömrümə gəldiyin gündən.

                           ***

Sənlə keçən günü, hər anı sevdim,

Bu dünyanı sevdim, hər yanı sevdim,

Səni sevən ruhu, bu canı sevdim,

Sən mənim ömrümə gəldiyin gündən.

                             ***

Mən doymaram sən tək gözəl qadından,

Bu sevginin ləzzətindən, dadından.

Ürəyimə möhür vurdum adından,

Sən mənim ömrümə gəldiyin gündən.

                  İNDİ

Neçə illər həyatda saf sevgidən kəm qaldım,

Bax, duyğular dil açıb, həsrətdən qopdum indi.

Mən isti bir ocağa uzun illər ac qaldım,

Mən xoşbəxt bir həyatı Səninlə tapdım indi.

                    ***

Biz səninlə həyata qismət təki gəlmişik,

Şükür, döyünür qəlblər hüzur içində indi.

Biz səninlə gör neçə səddlər keçib gəlmişik,

Sevgimizin önündə səddlər heç nədi, indi.

                      ***

Ömrüm boyu bu qəlbin olmadı can yoldaşı,

Bizim tək xoşbəxt insan varmı ki görən, indi.

Hər sözümün qüvvəti sənsən, könül sirdaşı,

Arzulara qol-qanad, sənsən can verən, indi.

                         ***

Bir vaxt xəyal idi, gerçək oldu arzularım,

Bu eşqə qucaq açan könlüm tələsir, indi.

Ruhum avaz eyləyir, dillənir könül tarım,

Ürəyim bu sevgiyə olubdur əsir, indi.

                       ***

Əgər bir də mən gəlsəm bu həyata yenidən,

Səndən özgə qadına axı baxan de, kimdi.

Adını zikr edirəm heç düşmürsən dilimdən,

Məhəbbətin bil məni dəli eyləyib, indi.

                         ***

Sənlə bağlı yazdığım hər şeirin bəndində,

Təkcə sənin varlığın, sətirlərdə cəm indi.

Tanrım mənə verdiyi naz-nemətlər içində,

Ən dəyərli, ən əziz nemətimsən Sən, indi.

               ŞƏHİDLƏR

Bu millətə, bu xalqa ən şirin neməti siz,
Zəfər adlı dastanı Siz yazdınız, şəhidlər.
Bizim hər birimizçün and yeridir zirvəniz,
Alnımızdan ləkəni siz pozdunuz ,şəhidlər.

                          ***

Çoxunun toy düyünü, büsatı yarım qaldı,
Neçə arzu diləyiniz heyif öldü, şəhidlər.
Neçə-neçə ocaqlar, övladlar,  başsız qaldı,
Vətənini ailədən üstün bildi, şəhidlər.

                          ***

Neçə ildi ürəklərdə bir dağ idi, Qarabağ,
Bu həsrəti vüsala yetirdiniz, şəhidlər.
İndi sevinc içində şad-xürrəmdir Qarabağ,
Siz azadlıq çiçəyi bitirdiniz, şəhidlər.

                   ***

Uca Allah buyurub Siz onlara heç zaman,
Öldü deməyin əsla, sağdı ruhən, şəhidlər.
Qəhrəmandı adınız, bir dastandı ömrünüz,
Sizə görə varıq biz, var bu vətən, şəhidlər.

                        ***

Sizi nurlu dünyaya bəxş eyləyən ananın,
Baş əyirik önündə biz hər zaman, şəhidlər.
Onların gözlərindən axan qanlı yaşlara,
Qurbandı  ürəyimiz, qurbandı can, şəhidlər.

                         ***

Əldə qələm, gözdə yaş, tab gətirmir misralar,
Sizin igidliyiniz sığmaz sözə, şəhidlər.
İnşəallah, bu zəfərlə qaysaq bağlar yaralar,
Unutmaz heç vaxt bu xalq, tarix Sizi, şəhidlər.

                     ŞUŞA

Gəldim görüşünə müqəddəs torpaq,
Mən Sənin hüsnünə vuruldum, Şuşa.
Gör neçə illərdir qalmışdıq uzaq,
Öpüb torpağına sarıldım, Şuşa.

                      ***

Gözlərimdə qəhər, könlümdə sevinc,
Həsrətin gözünü dəlmişdim, Şuşa.
Sənin torpağında sənin yurdunda,
Dünyaya yenidən gəlmişdim, Şuşa,

                   ***

Dağlar lay-lay deyir, göz oxşayırdı,
Ruhum bədənimdən uçurdu, Şuşa.
İlhamım çağlayır, aşıb-daşırdı,
Xoşbəxtlik arxamca qaçırdı, Şuşa.

                  ***

Allah hər nemətdən pay verib sənə,
Ən gözəl tərifə layiqsən, Şuşa.
Lalələr yaraşır məğrur, sinənə,
Sən zəfər çalmısan qalibsən, Şuşa.

                     ***

Sən vənim pas atmış susqun könlünə,
Gur işıq salmısan lap əvvəl, Şuşa.
Darıxma, gələcəm nə vaxtsa, yenə,
Mən sənin qoynuna, ay gözəl Şuşa.

KƏLBƏCƏR

Dağların qoynunda gözəl bir eldi,
Cənnətə bənzəyən yerdi, Kəlbəcər.
Sazın qüdrətiylə, sözün eşqiylə,
Hər teldə dastandı, pirdi, Kəlbəcər.

                            ***

Havası dərmandı, suyu dərmandı,
Torpağı bərəkət, bardı, Kəlbəcər.
Şəmşirin yurdudu, gözəl Ağdaban,
İgidlər məskəni, nərdi, Kəlbəcər.

                       ***

Burda Sücaətin, dədə Bəhmənin,
Canıydı, eşqiydi, sözü Kəlbəcər.
Baxdıqca hüsnünə doymur gözlərim,
Dünyanın ən gözəl üzü, Kəlbəcər.

                     ***

Çox şükür Tanrıya biz zəfər çaldıq,
Qayıtdıq qoynuna sənin, Kəlbəcər.
Bir daha biz səndən heç ayrılmarıq,
Xoş keçər ayların, günün Kəlbəcər.

                     ***

Məndən inciməsin dostlar, qardaşlar,
Gözüdür bu doğma elin, Kəlbəcər.
Loğmandı insana, sərin bulaqlar,
Vallah, möcüzədir bilin, Kəlbəcər.

NİYƏ ACIMASIZ OLUR BU İLLƏR?

Niyə acımasız olur bu illər,

Ömrümüz sərasər necə tez keçir.

Bizi heç gözləmir ötən fəsillər,

Arzular bizimlə dünyadan köçür.

                  ***

Vaxt elə sürətlə ötüb keçir ki,

Ömrümüz küləyə dönüb tez uçur.

Bəlkə də həyatın özü belədir,

Biz ona qaçırıq o bizdən qaçır.

                   ***

Gələn bir anlıqdı, gedən bir anlıq,

Səssizcə alırıq bu dərsi, hələ.

Hər səhər ümidlə biz başlayırıq,

Hər axşam bitirik bir az da, belə

                  ***

Dost da uzaq düşür, qohum da uzaq,

Hər biri ömürdə bir iz buraxır.

Əzəldən belədir bu dünya, heyif,

Zaman ömrümüzdən su kimi axır.

                 ***

Niyə acımasız olur bu illər,

Gənclik ömrümüzə düşən bir şəmdir.

Bəlkə də, ay Nadir qocalmaq sənət,

Yaşımız sadəcə bir cüt rəqəmdir.

SEVƏK BU DÜNYANI SONUNA QƏDƏR

Sevək bu dünyanı sonuna qədər,

Yaşasın bir ömür bizim sevdamız.

Yazaq məhəbbətdən, qalsın bir əsər,

Birlikdə var olsun, qoy eşq yuvamız.

                     ***

Sevək bu dünyanı, sevək doymadan,

Hər doğan sabaha ümidlə baxaq.

Deyək sevgimizi heç vaxt danmadan,

Eşqin zirvəsinə bir yerdə qalxaq.

                      ***

Sevək bu dünyanı biz sonsuzadək,

Hər qışın ardınca bahar gələcək.

Yaşayıb sevgiyə ümid bəsləyək,

Bilək ki, bəxtimiz hər an güləcək.

                      ***

Sevək, bu dünyanı birlikdə gülüm,

Sevək, ömrümüzün hər bir anını.

Bizi ayırmasın bir vaxtsız ölüm,

Birlikdə biz yazaq eşq dastanını.

                     ***

Sevək bu dünyanı sonuna qədər,

Hamı sevgimizə qoy olsun əmin.

Bir vaxt bizdən sonra gələn nəsillər,

Bizi xatırlarkən desinlər, Amin!

HARDA O, ÖMRÜMÜN UŞAQ İLLƏRİ

Hardadı, ömrümün uşaq illəri,

Bizim üzümüzə gülən sabahlar.

Ömrümün qayğısız, kövrək illəri,

Hər gün xoş xəbərlə gələn sabahlar.

                      ***

Əlimdə bir topum, bir də oyuncaq,

Nə gözəl olardı bu ömür yolu.

Hər gün başlanğıcdı, təmiz və parlaq,

Hər anım həyəcan, bir fərəh dolu.

                   ***

Hardadı, dostlarla keçən o anlar,

Oynayıb, küsmələr, o dava dalaş.

Necə gözəl idi həyat o vaxtlar,

Həmişə sevinclə olardıq yoldaş.

                ***

Hər şey gözəl idi, o vaxt, o zaman,

Hardadı, ömrümün təmiz illəri?

Yenə arzularam qayıtsın zaman,

Gətirsin yenidən əziz illəri.

                    ***

Hardadı, ömrümün o sərbəstliyi,

Dərd, qəmin yadına heç vaxt düşməzdik.

Hardadı,ömrümün uşaq illəri?

Fəsillər dəyişər, biz dəyişməzdik.

QURBAN OLUM MƏN

Sən gələn yollara güllər düzərəm,

Hər addım izinə qurban olum, mən.

Ömrünü sevgiylə, eşqlə bəzərəm,

O şirin sözünə qurban olum, mən.

                        ***

Kül olan ümidlər qəlbə köz salar,

Sevən insan hər an xəyala dalar.

Sevdanın yolunda yanmaq da olar,

Sən olan sevdaya qurban olum, mən.

                    ***

Sənsiz bu dünyada qaralar səhər,

Yediyim, içdiyim hey olar zəhər.

Gözündən süzülən o məsum kədər,

Hər damla yaşına qurban olum, mən.

                          ***

Biz dərddən, kədərdən olaq çox uzaq,

Bir damın altında yansın gur çıraq.

Sevgini dilinə sən gətir ancaq,

O şirin dilinə qurban olum, mən.

                       ***

Mən şadam, səninlə keçən hər ana,

Bir sözün yetər ki, ömrüm uzana.

Gəl birgə yol gedək biz hər bir yana,

Sənin qədəminə qurban olum, mən!

ƏLİM ƏTƏYİNDƏN ÜZÜLMƏSİN HEÇ

Qəddimi qəm yükü bir gün bükəndə,

Allah, əlim səndən üzülməsin heç!

Ürək yalvaranda, dil ah çəkəndə,

Əlim ətəyindən üzülməsin heç!

                       ***

Yenidən bir həyat bəxş etsən mənə,

Tək səni sevərəm bir ömür, yenə.

Ümid bağlayaram mən, bir tək sənə,

Əlim ətəyindən üzülməsin, heç!

                     ***

Qəlbim dərd- qəmdən bir gün doysa da,

Kədər ürəyimi yarıb, oysa da.

Dost düşmən içimdə bir iz qoysa da,

Əlim ətəyindən üzülməsin heç!

                       ***

Ürək yorulanda, güc qalmayanda,

Sənə gələn yolda vaxt dolmayanda.

Getməyə nə vaxtsa yol olmayanda,

Əlim ətəyindən üzülməsin heç!

                          ***

Ömürdən nə qədər zaman getsə də,

Sevinc həyatımdan gəlib ötsə də.

Dünya dağılsa da ömür bitsə də,

Əlim ətəyindən üzülməsin heç!

                       ***

Bu gözəl həyatda mənim izim var,

Məndə iradə var, məndə dözüm var,

Ən çətin anda da bir tək sözüm var,

Əlim ətəyindən üzülməsin heç!

               ƏQİDƏN OLSUN

Haqqın yolundasan, dönmə geriyə,

Vicdanla yaşa sən, hər bir saniyə.

Yalana aldanma, baxma əyriyə,

Sözündə, əhdində əqidən olsun.

                     ***  

Həmişə Allaha sən pənah apar,

Haqq üçün döyüşən insanlar da var.

Həqiqət uğrunda solmaz bir bahar,

Yolunda, izində əqidən olsun.

                  ***

Hərdən bu dünya da gözündən düşər,

Qayğılar yol gələr, sənə ilişər,

Dəyərlər itdikcə hər şey dəyişər,

İnsansan bütöv ol, əqidən olsun.

                        ***

Ürəkdən dərd getməz, gözlərdən də nəm,

Hər kəsin yükü var, sən heç çəkmə qəm.

Həyatda udsan da, uduzsan da sən,

Təmiz vicdanınla əqidən olsun.

                         ***

Unutma, saxta yol çox qısa sürər,

İlk anda xoşbəxtlik, sonra dərd verər.

Hara addım atsan Yaradan görər,

Ömür çox qısadır, əqidən olsun.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest