Nə ağırdır bu dünyanın daşları… Ah,…məzar daşları,məzar daşları..
Ağıllı dünyanın ağır daşları,
Həmişə cəlb edir daş yaddaşları.
Mənə öz elimin daşı gərəkdir,
Nəyimə gərəkdir yadın daşları?!…
***
Sakit bir yerdəyəm ,amma adam çox,
Elə bil hamının burda gözü tox…
Bilinmir heç kəsin əsli burada,
Heç kəsdə iddia,bir təkəbbür yox.
***
Durmuşam bir daşın başının üstə,
Bilmirsən sağlamdır ,yoxsa ki xəsdə..
Yəqin ki, bilmir o, bura düşəndən
Dünya dövr eləyir başqa həvəslə.
***
Yatır böyrü üstə,səsi də çıxmır,
Bura niyə düşüb, xəbəri yoxdur.
Nə yemək istəyir,nə su istəyir,
Dünyası qaranlıq…Səhəri yoxdur…
***
Bütün qonşuları laldər özü tək,
Aləm onunladır, osa burda tək.
Bircə onu bilir,başa düşür ki,
Əgər burdadırsa, dünyadan əl çək…
***
Nə qara daş imiş hər başın daşı,
Hanı nurlu sabah, hanı gələcək?
Ağır balbalıarı ağır dünyanın
Başının üstündən kim götürəcək?
***
05.03.2021.