Mübariz əfsanəsi
Dəyərli bəstəkar bacım, Gövhər bacımla iş yerində görüşəndə mənə sual verdi. Dedi ki, Fuad yeni nə yazıbsan? Dedim ki, şeirlər, yazılar, mahnı mətnləri, müsahibələr. O da dedi ki, Fuad iri həcmli əsərlər, poema yazmırsan? Mən də dedim ki, hələ yox. Neçə gün idi bu fikir beyinimi qurd kimi yeyirdi. Fikirləşirdim ki, kim haqqında poema yazım. Dünən gecə yuxu yatmadım. Milli qəhrəmanımız Mübariz İbrahimov haqda poema yazdım. Poema yazmaq həm də şairin ədəbiyyatda özünü təsdiq etməyidir. Qəhrəmanımızın ruhu şad olsun!!!
Mübariz əfsanəsi
/ Poema Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə ithaf olunur.\
Ağakərim ata, Şamama ana,
Sevinc bəxş elədi Azərbaycana!
Səksən səkkinci il qarlı qış günü,
Bir oğul dünyaya açdı gözünü.
Biləsuvar eli, Əliabadda,
Verdi böyük nəslə qol da, qanad da.
Sonbeşik övladın gəlişi düzü,
Şad-xürrəm elədi ürəyi, gözü.
Peyğəmbər soyundan seyid övladı,
Qoydular bu kəsə Mübariz adı.
Günlər tez ötərək böyüdü bala,
Bir gün də məktəbə o düşdü yola.
Azaltdı hər kəsdə qüssəni, qəmi,
Şirinliyi ilə Mübariz yəni.
Məktəbdə də onun çox hörmətindən,
Hər kəs danışırdı mərifətindən.
Qoymazdı kimsəni çətində, darda,
Ondan razı idi lap qocalar da.
O vaxtdan düşmənə içində nifrət,
Yaranmışdı onda sirr deyil əlbət.
On səkkiz yaşını tez gözləyirdi,
Efirdən döyüşü o izləyirdi,
Atasına dedi mən fərqli əsgər,
Olacam adım da dillərdə əzbər.
Olacaq, deyirəm siz bilin bunu,
Gözləyin atacan sizlər o günü.
Fərqlilik, çeviklik qanında idi,
Ordularda olmaq canından idi.
Nəhayət ki, çatdı on səkkiz yaşı,
Tələsdi sındıra düşmənin başın.
Getdi əsgərliyə orda da əlbət,
Komandir yanında qazandı rəğbət.
Onların bir sözün iki etmədi,
Yalan danışmadı, yalan demədi.
Döyüşdən qorxmadı, heç çəkinmədi,
Odlara girməkdən heç ərinmədi.
Düşməninə düşmən gözüylə baxdı,
Başları üstündə şimşəktək çaxdı.
Həyatda mərhəmət sahibi igid,
Minlərlə düşməni elədi şəhid.
Azərbaycan ilə adını qoşa,
Yazdırdı ürəyə, zəka, yaddaşa.
Şah Xətai kimi yurdu bölməyə,
Qoymadı vətəni, eli ölməyə.
Pozdu yağıların nizamın pozdu,
Murdar bədənlərin başların üzdü.
Vətənin əritdi şaxta, sazağın.
Söndürdü düşmənin odun, çırağın.
Onun rəşadəti, onun qüvvəti,
Sevdirdi özünə bütün milləti.
“Qisas qiyamətə qalmaz” heç zaman,
O da qisasını aldı yağıdan.
Dəmir yumruğuyla düşmənin qəddin,
Sındırıb göstərdi onlara həddin.
Yağı qarşısında bir canlı çəpər,
Çəkilən bir gizir, nər cəsur, əsgər.
Düşmənə rahatlıq, aman vermədi,
Gözünü açmağa zaman vermədi.
Yurdu təmizlədi quduzdan aldı,
O ölməzliylə qələbə çaldı.
Ona bir qasırğa külək deyirəm,
Saflıqda tərtəmiz mələk deyirəm.
Belə oğullardan çox yazsın qələm,
Səsimi eşitsin qoy bütün aləm.
*** ***
Fələyin, Allahın eləmədiyin,
Düşmənə Mübariz etmişdi əhsən!
Necə də bəxtiyar, bəxtəvərəm ki,
O cür qəhrəmanla bir əsrdəyəm.
*** ***
Bax, indi tanıyın Biləsuvarı,
Sevin ordan çıxan qəhrəmanları.
Ölümdən də heç vaxt qorxmadı gözü,
Adını tarixə həkk etdi özü.
Koroğlu nərəsi, Babək qüruru,
Gördük Mübarizdə hünər, cəsuru.
*** ***
Kölgəsindən qorxurdular Mübarizin
Gözlərinə görünməkdən qaçırdılar,
Kölgəsindən qorxurdular Mübarizin!
Avtomatı uzaqlardan atırdılar,
Kölgəsindən qorxurdular Mübarizin!
Varlığından, qeyrətindən, gücündən lap,
Koroğlu tək nərəsindən, bacından lap.
Namusundan, qisasından, öcündən lap,
Kölgəsindən qorxurdular Mübarizin!
Çəkildilər tısbağa tək qınlarına,
Bir vəlvələ düşmüşdü lap canlarına.
Bilirdi ki, çıxacaqdır sonlarına,
Kölgəsindən qorxurdular Mübarizin!
İgidliklə yazıb çoxdan o dastanı,
Şücaəti bəzəməkdə tam cahanı.
Pusqularda güdürdülər qəhrəmanı,
Kölgəsindən qorxurdular Mübarizin!
*** ***
Mən öləndə ağlamayın!
Ana, ata, bacı, qardaş,
Vətən, oba, ellər, yurddaş.
Əziz dostum, rəfiq, sirdaş,
Mən öləndə ağlamayın!
Bir Mübariz igidəm ki,
Cəsurluqda vahidəm ki.
İmamlar tək şəhidəm ki,
Mən öləndə ağlamayın!
Zəkat verin, namaz qılın,
Ruhuma duaçı olun.
Sağ qalın, salamat qalın,
Mən öləndə ağlamayın!
Şəhid oldu solum, sağım,
Sağ qalmağa yoxdur haqqım.
Özünüzə yaxşı baxın,
Mən öləndə ağlamayın!
Üzüyünü vermədiyim,
Tellərini hörmədiyim.
Dodağını öpmədiyim,
Mən öləndə ağlamayın!
*** ***
Mübariz haqda bayatılar
Əzizinəm Mübariz,
Xətrin bizə çox əziz.
Nələri unutsaq da,
Səni unutmarıq biz.
Əziziyəm, igiddi,
Cəngavərdi, igiddi.
Mübarizin gücünə,
Qarabağım şahiddi.
Vətənimə dayaq kəs,
Hey qabaqcıl, mayak kəs.
Nur içində yat qardaş!
Özü Vətən, bayraq kəs.
A, dostuna mərd oğul,
Düşmənə namərd oğul.
Yoxluğun içimizdə,
Qalayıbdı od oğul.
Əzizinəm gəzmişəm,
Çox yerləri görmüşəm.
Sənin kimi Mübariz,
Qəhrəman görməmişəm.
*** ***
Mərd igidlər çıxır Biləsuvardan!
Ay nankor erməni, ay satqın, alçaq,
Burax əllərindən bizimdi torpaq.
Paşinyan gözünü aç yaxşıca bax,
Mərd igidlər çıxır Biləsuvardan!
Ən çox şəhid verdi canım torpağım,
Şuşada sancıldı şanlı bayrağım.
Dərsini verməyə düşmən alçağın,
Mərd igidlər çıxır Biləsuvardan!
Şükür sonu oldu bu müsibətin,
Zəfərlər də çaldı məğrur dövlətim!
Yağılar düşünsün son aqibətin,
Mərd igidlər çıxır Biləsuvardan!
Mübariz, Rəşadlar böyüdür Vətən,
Hər biri yağının bağrını didən.
Açsın kar qulağın eşitsin düşmən,
Mərd igidlər çıxır Biləsuvardan!
*** ***
Biz yaşatmalıyıq qəhrəmanları
Doğulub, böyüyüb var olmuşuqsa,
Hər arzuya çatıb, ucalmışıqsa.
Onlara borcluyuq sağ qalmışıqsa,
Biz yaşatmalıyıq qəhrəmanları,
Vətən, el yolunda vuruşanları.
Bəstəkar nəğmədə, şair sözündə,
Analar ruhunda, görən gözündə.
Prezident söylədi sözün düzün də,
Biz yaşatmalıyıq qəhrəmanları,
Gəncikən torpağa qarışanları.
Tökülən qanıyla alındı torpaq,
Şəhid qanlarıyla sulandı torpaq.
Ucaldı göylərə üçrəngli bayraq!
Biz yaşatmalıyıq qəhrəmanları,
Azərbaycan üçün ölən canları.
Göyə bülənd olsun zəfər nəğməsi,
Səslənsin evlərdən sevinc müjdəsi.
Qalsın yaddaşlarda şəhid kəlməsi!
Biz yaşatmalıyıq qəhrəmanları,
Cənab İlhamları, Ərdoğanları.
Lap günü bu gündən heç yatmaq olmaz,
İgid ogulları unutmaq olmaz.
Bir nüansı yaddan çıxarmaq olmaz:
Biz yaşatmalıyıq qəhrəmanları,
Vətəndə tarixi düz yazanları.
Düzü düzümüzə qaytaranları,
Sözü sözümüzə qaytaranları.
Bizi özümüzə qaytaranları,
Biz yaşatmalıyıq qəhrəmanları,
Vətənçün, yurd üçün çalışanları.
*** ***
Mübarizim!
Ellər gəzdi məharətin,
Alqışlandı cəsarətin.
Qazandın xalq məhəbbətin,
Vətən oğlu Mübarizim!
Mərd qəhrəman, pələng, şirdin,
Nəbi, Babək, Cavanşirdin.
Neçə düşmən yerə sərdin,
Vətən oğlu Mübarizim!
Uçulmayan söz qalamsan,
Uca zirvəm, düz qalamsan.
Qardaş mənim Bəzz qalamsan,
Vətən oğlu Mübarizim!
Ürəyinə Vətən sözün,
Qanla yazdın əhsən, özün.
Cəddin tutar yağı gözün,
Vətən oğlu Mübarizim!
Əbədi solmayan yazımsan,
Pozulmayan nizamımsan.
Şerin şahı Nizamimsən,
Vətən oğlu Mübarizim!
Müəllif: Fuad Biləsuvarlı