Mixail Yuryeviç Lermontovun “Нищий” (Dilənçi) adlı maraqlı bir şeiri vardır
Görkəmli rus şairi Mixail Yuryeviç Lermontovun (1814 – 1841) “Нищий” (Dilənçi) adlı maraqlı bir şeiri vardır.1830-cu ildə-şair 16 yaşında olanda yazdığı şeirlərindən biridir.
Şeirin yazılması haqqında müxtəlif rəvayətlər, açıqlamalar, incələmələr olsa da, onlardan danışmaq fikrimiz yoxdur.Məqsədimiz diqqəti tərcümə məsələlərinə yönəltməkdir.Müzakirə açmaq fikrimiz də yoxdur.Yox, əgər buna ehtiyac olsa, fikirlərinizi eşitməyə hazırıq.
Fikir mübadiəsi aparmaq sizlərin mənəvi haqqınızdır.
“Dilənçi” şeiri cəmi 3 bənddir, abab kimi qafiyələnib,rus şeir texnikasının ənənələrinə uyğun şəkildə işlənilib.
Mövzu kilsənin qabağında dilənçilik edən bir bədbəxtin həyatının bir neçə dəqiiqəsini işıqlandırır.
Dilənçi adamın ürəyini ağrıdan bir görkəmdə,bir haldadır.Onun istəyi bir tikə, bir loxma çörəkdir.Əli dilənməkdən uzalı qalıb. O, insan bildiyi adamlara əl açır.Lakin bu bir tikə çörəyi də bu müqəddəs yerdə- kilsənin qapısı önündə ona çox görürlər.Onun – bu kor baxışlı dilənçinin qabına nadir hallarda qəpik-quruş atırlar.
Kor dilənci kar deyil. O, qəpiyin səsini tanıyır.
Bir dəfə bir nadan onun qabına istehza ilə pul əvəzinə bir qara daş parçası atır.Bu məqam 16 yaşlı gələcək şairin diqqətini cəlb edir. 16 yaşında məhəbbət oxu daşa dəyən Mişa bu təhqiramiz hadısəyə dözə bilmir.O, rus dilinin rus poeziyası üçün geniş imkanlar açan dilində öz düşüncələrini qələmə alır.
Нищий
У врат обители святой
Стоял просящий подаянья
Бедняк иссохший, чуть живой
От глада, жажды и страданья.
Куска лишь хлеба он просил,
И взор являл живую муку,
И кто-то камень положил
В его протянутую руку.
Так я молил твоей любви
С слезами горькими, с тоскою;
Так чувства лучшие мои
Обмануты навек тобою!
(1830)
Bu şeir dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə də tərcümə edilib və kitablara düşüb.Bir sıra tərcümələri ilə ədəbiyyat tariximizdə özünə yer tutan şair-tərcüməçi Eyvaz Borçalı Mixail Yuryeviç Lermontovun “Dilənçi”sini oxuculara belə çatdırıb:
Müqəddəs bir kilsə önündə biri
Sədəqə umurdu gəlib-gedəndən.
Bir sümük qalmışdıyazıq,bir dəri,
Aclığın,əzabın,dərdin içində.
***
Onun diləndiyi bir tikə çörək,
Yavaran gözləri bir məşəqqətdi.
Kim isə ötəndə rişxənd edərək,
Uzalı əlinə daş qoydu getdi.
***
Beləcə yalvarıb sevdim dəruni,
Acı göz yaşların yandı həsrətdən.
Könlümün ən acı istəklərini,
Beləcə aldatdın əbədilik sən….
(Bax:M.Y.Lermontov.Seçilmiş əsərləri.Öndər nəşriyyatı.Bakı,2005.cəh.19.
Tərcüməçi Eyvaz Borçalı)
***
Mənə elə gəlir ki, tərcümə alınmayıb.16 yaşlı gəncin hiss və həyəcanları oxucunu təsirləndirmir.
Azərbaycan dilində tərcümə,hər nəsnədən əvvəl, dilin axıcılığı və incəliyi ilə diqqəti cəlb etməlidir.
Əlbəttə,bu fikir doğrudur ki,hər bir tərcümə orijinalla müqayisədə nöqsanlı görünür.Lakin nöqsanın faizinin az olması naminə bəzi klassik tərcümələrdə olduğu kimi,tərcüməçi yaradıcılıq nümunəsi də göstərməli, Azərbaycan dilinin gözəlliyini oxucuya hiss etdirməlidir.
Eyvaz Borçalı kimi qabil bir tərcüməçidən sonra bu şeiri tərcümə etmək çətin və naqolay görünsə də, mənfəətdən xali olmadığı üçün mən də “Dilənçi“ni dilləndirdim:
Bir kilsənin önündə
Dilənirdi dilənçi.
Ölü kimi diriydi,
Dəhşətliydi çöhrəsi.
***
İstəyi loxma çörək…
Çoxdan dəymr dilinə.
Kimsə ona gülərək ,
Daş uzatdı əlinə.
***
Eh…Sənə rəğbətimi
Mən göstərə bilmədim.
Mən sənə diqqətimi
Heç yönəldə bilmədim…
Nazim Nəsrəddinov
Bakı. 20.02.2019.