GenelGüncelKültür SanatTürk Dünyası

Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir – Subhan Talıblı

“Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir”.
İyunun 14-də AMEA Lənkəran Regional Elmi Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbənin və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən elmi seminar bu mövzuya həsr edilib.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində düzənlənən tədbiri giriş sözü ilə Mərkəzin direktoru Reyhanə Sadıxova açaraq qonaqları salamlayıb, tədbirin işinə uğurlar arzulayıb. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və suverenliyimizin qorunması, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Lənkəran Regional Elmi Mərkəzinin direktoru Mehman Qaraxan oğlu Əliyev 15 iyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu öndərin xilaskarlıq missiyasından, vətəndaş müharibəsinin qarşısının alınmasından söz açıb. Sonra AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasının yaxın və orta Şərq diplomatiyası”, Lənkəran Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Emin Məlikov “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Cənub bölgəsinin inkişafı”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbənin əməkdaşı Emin Həmidli “Milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyevin rolu”, AMEA Lənkəran REM-nin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası günüdür”, Bəlləbur kənd tam orta məktəbinin direktor müavini Əlisəfa Bünyatzadənin “15 iyun – Milli Qurtuluş Günü Azərbaycanın taleyini dəyişən Zəfər tarixidir” mövzularında məruzələri dinlənilib. Bildirilib ki, qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır. Ümummilli Liderin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis yetişdirməsidir. Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yer tutur, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Elmi seminarı yekunlaşdıran Lənkəran şəhər Heydər Əliyev mərkəzinin direktoru Reyhanə Sadıxova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Sonda xatirə şəkilləri çəkilib.

Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir
Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest