Microsoft İnnovativ Tərbiyəçi (MIE) Ekspert proqramı yaradıldı
Microsoft daim öyrənən, inkişaf edən və təhsilçilərin həyatını dəyişdirmək və daha yaxşı dünya qurmaq üçün birlikdə işləyən potensiallı pedaqoqların inkişaf edən icmasını dəstəkləyir.Bu məqsədlə , Microsoft İnnovativ Tərbiyəçi (MIE) Ekspert proqramı qlobal pedaqoq vizyonerlərini tanımaq üçün yaradılmış proqramdır.
Öyrətmə və öyrənmə həvəsi olan, öyrənənləri yaradıcı təfəkkürə ilhamlandıran və öyrəndiklərini dünya ilə bölüşmək üçün həqiqətən əməkdaşlıq ruhunda çalışan, özünü idarə edən pedaqoqlar olaraq bu icmada birləşmişik. MIE Ekspertləri öz məktəb sistemlərində yerli təlim proqramları, konfranslarda təqdimatlar, bloqlar, sosial kanallar və s. vasitəsilə öz öyrəndiklərini həmkarları və digər pedaqoqlarla bölüşürlər. Bacarıqlı və təşəbbüskar olmaqla onlar dəyişiklik agenti rolundan zövq alırlar və innovativ tədris təcrübələri ilə birlikdə Microsoft texnologiyalarından istifadə edərək təhsildə mükəmməlliyə nail olmaq üçün çalışırlar.
Burada kouçinq, mentorluq, konfranslarda təqdimatlar etmək və digər pedaqoqlara zəngin peşəkar inkişafı təmin etməklə liderlik və mükəmməllik nümayiş etdirmək əsas məqsəddir. Biz həm də sosial mediada güclü varlıq və global həmkarlarla texnologiya inteqrasiyası üzrə mütəxəssis hesab edilmək üçün sanki yarışırıq. Öyrənmə Mentorları olaraq həmkarlarımızın yenilikçi texnoloji bacarıqlarını təkmilləşdirmək, empatiya və əlaqəni öyrətmək və dünyanın hər yerindən mütəxəssislərlə təcrübə mübadiləsini təşviq etmək üçün birləşirik.
30 dekabr 2022-ci ildə keçirilmiş MİE Expertlərin,”İn My İnnovative School” adlı global təcrübə mübadiləsi vebinarında Ana Novikiene-Litvadandan
Reneta Raicheva-Bolqarıstandan
Könül Qafarova-Azərbaycandan
Günel Vahabzadə-Azərbaycandan
Təranə Nuriyeva-Azərbaycandan çıxış edərək öz təcrübələrini bölüşdülər.