Maralın qurbağa sevgisi – Na dağıl – Tofiq Əmrahov
Maralın qurbağa sevgisi
Na dağıl(hekayə)
Nəvələrdən biri babalarının sağında, o biri isə solunda əyləşdi.- Baba!
-Can baba!
-Baba, bizə nağıl danışarsan?
-Niyə danışmıram baba qurban. Danışın deyirsiniz danışım dəə.-Danış baba!
-Mənim əziz nəvələrim! O vaxtlar məktəblərdə müəllim çatışmırdı. Ən əsas da kəndlərdə. Elə ona görə də texnikum müəllimləri kəndbə-kənd gəzib uşaq toplayırdılar oxutmağa.-Texnikum nədi, baba?
-Texnikum müəllim hazırlayan məktəbə deyillər əzizlərim.
-Günlərin bir günü müəllimlərdən Muxtar kişinin kəndinə də gəlib çıxan olur. Muxtar kişi sevinir ki, yaxşı oldu. Elə mən də oğlum Hacını göndərim getsin oxuyub müəllim(adam) olsun, mənim kimi çoban olmasın. Bu münvanla bir -neçə uşaq, aralarında da Hacı olmaqla aparırlar Gəncəyə oxumağa. Muxtar kişi də çoban yoldaşları ilə söhbətində sevindiyini söyləyir. Onlar da ona göz aydınlığı verir. Bir-neçə aydan sonra qoyun sürüləri dağdan arana köçür.-Niyə baba, niyə dağda qalmıllar ki?
-Balalar,qışda dağlarda çox soyuq olur, qar yağır, sular donur, ot, alaf olmur axı!- Ona görə qışda qışlaqda, yayda isə yaylaqda saxlayırlar heyvanları.-İndi də baba?-Əlbəttə, balalarım-Həə, sonra nə oldu baba?!-Sonra da…Baba bir-iki udum su içib başladı nağılın davamına.-Muxtar kişi gilin qış yataqları Gəncəyə yaxın irəmələrdə olub. Günlərin bir günü çoban yoldaşlarına deyir oğlum Hacı üçün burnumun ucu göynəyir. Deyirəm gedim ona baş çəkim.Həm də yavanlıqdan zaddan aparım verim, uşaqdı korluq çəkməsin. Yoldaşları da hərə əlinə gələndən, kimisi pendir, kimisi xama, kimisi yağ gətirib verillər Muxtar kişiyə. O da eləmə təmbəllik gətirib bir quzu kəsib para şaqqa edib yığır həvgəsinə. Çiyninə alıb, çomağı da əlində üz tutur Gəncəyə-.Həə, balalar qalanı qalsın sabaha, sonrasını da sabah danışaram. Nə deyirsiniz?-Yox, baba yox, indi danış!
-Baş üstə danışım
Muxtar kişi gəlib çatır Gəncəyə. Soruşa-soruşa tapır məktəbi.Məktəbin həyətində həvgəsini çiynindən düşürüb qoyur yerə. Sağa baxır, sola baxır. Gözəl tikililər, məktəbin həyəti güllü- çiçəkli. Alnının tərini silib əllərini göyə qaldıraraq, İlahi bu gününə çox şükür, çoban Muxtarın da oğlu buralarda oxuyarmış, deyir
Elə bu vaxt zəng çalınır, uşaqlar tənəffüsə çıxır. Baxır ki görsün oğlu gəlirmi.Uşaqlardan biri yaxınlaşır ki, baba kimin yanına gəlibsiniz, de gedib çağırım. Çağır bala, Hacını çağır. De ki, atan gəlib, ayın-uyun gətirib gəlsin aparsın. Həm də bir görüşək. Bu saat baba deyərək qaçır otağa. Hacı, ay Hacı muştuluğumu ver atan gəlib, özü də əli dolu. Bayaqdan pəncərədən atasını görən Hacı özü çıxmırdı. Axı, atası çoban geyimində, ayağı patavalı, başı dəri papaqlı. Yaraşdırmırdı özünə.Balalarım, bilirsiniz oğlana nə deyir?- Nə deyir baba?-Deyir o mənim atam deyil.-Necə yəni sənin atan deyil. Axı, deyir Hacının atasıyam. Bu mübahisədə Hacının kəndçilərindən olan Musa bunlara yaxınlaşıb, nədi, nə olub, niyə mübahisə edirsiniz deyərək soruşur.-Musa, sən də o kənddənsən, bax o həyətdəki kişini görürsən?-Həə, görürəm. O ki Muxtar babadır, bu Hacının atası!-Musa, bəs Hacı deyir mənim atam deyil-Əəə Hacı, o sənin atan deyil?-Hacı başını yerdən qaldırmır. Birdə soruşur əə səninləyəm o sənin atan deyil?-Yenə dillənmir Hacı…Özünü saxlaya bilməyən kəndiçisi olan Musa-Tfu sənin nanəcib sifətinə, “tısbağa qınından” çıxıb qınını bəyənməyən əclaf. Heyif o kişiyə, o kişinin sənə çəkdiyi əziyyətlərə. İtil burdan, gözüm səni görməsin. Kəndimizin adını batıran alçaq. Səni bu məktəbdən qovdurmaq mənə borc olsun. Di get atanın ayaqlarına düş, gətirdiklərini də götür, gətirib ye zəhərin olsun…Hacı isə beli qırıq ilan kimi atasına tərəf gedirdi. Elə gedirdi Allah kəssin o getməyi
Elə də oğul olar baba?! Nə pis adammış.-Balalarım bəs siz nə edərdiniz?- Biz?- Bəli, siz-Nə danışırsan baba, qaça-qaça gedib atamızın boynuna sarılardıq, üz-gözündən öpərdik…
-Sağ olun mənim balalarım. Mən elə belə də bilirdim

Tofiq Əmrahov
AYB-nin üzvü Qarabağ döyüşçüşü ,Milli Qəhreman