M.Ə.Sabirin “Molla Nəsrəddin” jurnalında çap etdirdiyi bir uyğunaməsinin nüktələri – açıqlama və incələmələri

M.Ə.Sabirin 110 8il bundan əvvəl “Molla Nəsrəddin” jurnalında (9 mart

1911, № 10)“Gözü yuхulu” imzası ilə çap olunmuş maraqlı bur şeiri var.

Şeirin əsas ideyası xalqın milli təfəkkür tərzinin formalaşmasında əhəmiyyətli

işlər görən insanların fəaliyyətinə layiqli qiymət verilməsinin vacibliyidir.

Əsərin adı “VAQİEYİ-YUBİLEYKARANƏ”dir.Bunu yubileyvari yuxu

kimi başa düşmək

Klassik ədəbiyyatda belə şeirlərə-görülən maraqlı yuxuların çalarları

əsasında yazılan şeirlərə uyğunamə deyilir.Uyğunamələr formaca

müxtəlif biçimlərə aid ola bilər.

Məzkur şeir məsnəvi şəklindədir.

Şeir “Girdim yerimə başımda qayğu” misrası ilə başlayır.Şeir vahidi

beytdir,aa,bb,ss,dd,…şəklindəqayiyələnmişdir.Janrına və məzmununa görə

epik məsnəvidir Həcmi 37 beytdir.

Beytlərdən birinin nəşrlərə düşməsi nədənsə məsləhət görülməmişdir.

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (9 mart 1911, № 10) “Gözü

yuхulu” imzası iləçap olunmuşdur. Birinci nəşrdən başqa,

bütün nəşrlərə daхil edilmişdir.

Yeri gəlmişkn qeyd edək ki,M..Sabirin yuxu ilə ilgili bir neşə şeiri vardır.

Oxucuların diqqətinə ünvanlanan bu şeirin qısa məzmunu belədir:

Başında həyatın müəyyən qayğıları olan şair gecə qəribə bit yuxu görür.

Yuxu görmək təbii bir proses olsa da, şair bu yuxunu ömrünün çətin

günlərində, həyatının sonuna təxminən 4 ay qalmış görür.

(M.Ə.Sabir 1911-ciil iyulun 12-də ( yeni təqvimlə iyulun 24-də vəfat

etmişdir)
..

Şair bu aylarda həyat uğrunda ölüm-dirim mübarizəsi aparırdı.

Şair yuxuda görür ki, elə bir şəhərdədir ki, “cümlə dəhri ( bütün dünyanı-N.N.)

gəzsən,bilamazsan

(tapmazsan-N.N.) öylə şəhri”.Bura elə bir şəhərdir ki,ləzzətli suyu,gözəl

havası,bəhcəti (gözəlliyi -N.N. ),

zövqü-səfası var.

Əhli bütün əhli-fəzlü insaf, mömini-pak,müslümü -safdır.Bura füzalə (fazil

adamlar-N.N.) şəhəridir,

irfan diyarıdır.Möminləryatağı olan bu məkan-qədim Şirvandır.

Qısası şair bu şəhərin hər yerini gəzib,tamaşa edir.Qəribədir ki,gəzdiyi

yerlərdə gözünə dəyən adam, demək olar ki, yoxdur.

Ancaq bir səmtdə yığıncaq, ,izdiham görür.Şair bu fürsəti itirmək istəmir,

izdihama axışan insanlara qoşulur.

Baxdm ki,əzim bir cəmiyyət,

Eyzən ürəfa,əvət ,həqiqət!

Lakin nə üçündür işbu əhval?-

Sordum, birisi dedi bu minval:

“Rahi -mədəniyyəti tey etdik,

Bir şəxsi- əzizə yubley etdik”.

Şair camaatın seincini başa düşür, bir nəfərdən yuvileyi keşirilən bu əziz

şəxsin kimliyini soruşur.

Ağlına gələn ilk yubiley səbəbkarının Xaqani olduğunu düşünür. Sonra yadına

Şamaхıda doğulmuş Azərbaycan şairlərindən biri olan. Zülfiqar Şirvani

düşür.

Z.Şirvani ХIV əsrin əvvəllərində Təbrizdə vəfat eimiş və məşhur Sürхab

qəbristanında dəfn edilmişdir.Onun yubileyinin keçirilməsi təəccüblü

görünmür.Yuvileyə onun da haqqı çatır.

Yox,o da deyil.Həsən bəy Məlikov (Zərdabi) yada düşür.

Həsən bəy Zərdabinin yada düşməsi də səbəbsiz deyil.

Mənbələrin birində Şamaxıdan köçüb, Zərdabda yaşayan Şamaxılılar

haqqında məlumat verilir.

Çox güman ki,bu fakt Sabirə də məlum içiş.Məhz buna görə o,Həsən bəy

Məlikovu da Şamaxılı hesab edir. H.Məlikovun Şamaxı Ali İbtidai

Məktəvində oxuması da bu faktı qüvvətləndirə bilər.

Yox,o da deyil.Güman görkəmli maarifçi Səid Ünsizadəyə

(1842,Şamaxı-1903,İstanbul) –

“Kəşkül”ün redaktoruna gəlir.

Əslində,S.Ünsizadə “Kəşkül”ün yox, “Ziya” qəzetinin (1879,25 yanvar-

1884,26 iyun) təsisçisi

və ikinci redaktoru olub. Amma hər halda “Kəşkül” ( 1883-1891) Ünsizadə

qardaşlarının çar hökuməti məmurlarını aldadan layihəsi idi. Qardaşlar milli

türkdilli mətbuatı nə yolla olursa-olsun inkişaf etdirmək istəyirdilər.Cəlal

Əfəndinin böyük qardaşından aralanıb, müstəql mətbuat açması

bununla ilgili idi.

Daha sonra yubiley keçirilməsinə mənəvi hüquqları olan digər məşhur

Şamaxılıların adları çəkilir:

S.Ə.Şirvani (1835-1888),S.M.Qəniyev (1866-1938) və onun ali məktəb

yoldaşı Həbib bəy Mahmudbəyov (1864-1928).

Ən sonda “Rəhbər” (1906,sentyabr-1907,yanvar) uşaq jurnalının

redaktoruMahmud bəy Mahmudbəyovun (1863-1923) adı gəlir.

Müsahibi “Lal ol!” deyerək adları çəkilənlərin heç birinin belə şərəfli yubileyə

layiq olmadıqlarını söyləyir, onların hər birinin xidmətlərini ucuz sözlərlə

dəyərləndirir,sorğuya və şairin gümanına istehza ilə yanaşır:

Hər elmi -ufaq əsla,

Layiq olamaz bu feyzə illa.

Layiq belə yubleyə ziyada,

Əlhafiz əfəndi Şeyxzadə…

Hafiz əfəndi Şeyхzadə – Məshəti türki idi.O,bir müddət

müəllimlik etmiş,1902-ci il zəlzələsindən sonra Şamaxıdan Şəkiyə köçmüş,

burada da müəllimlik işini davam etdirmişdir.

Şeirdən hiss olnur ki,M.Ə.Sabirin Hafiz Əfəndi ilə münasibətləri yaxşı

olmamışdır.Bu,hər nəsnədən əvvəl onların təhsilə fərqli münasibətləri ilə

bağlı ola bilərdi.Bəlkə də bu şei Hafiz Əfəndini bəyənməyən bəzi qələm

əhlinin birinin sifarişi ilə yazılmışdır.M.Ə.Sabirin yaradıcılığında

sifarişlə yazılmış bir neçə şeir də vardır ki,bunlar haqqında ucadan danışılmır.

“Vaqieyi-yubileykaranə” şeirində M.Füzuliyə istinadən söylənilən bir beyt bu

fikri sööyləməyə əsas verir:

“Dinmə”,- dedim, -oldu qissə məfhum,

Rumi ki dedin,qəziyyə məlum…”

Şair məsnəvinin sonunda maraqlı bir nəticəyə gəlir:

“İnsandakı cəhldən ziyadə

Həqsizlər edərlər istifadə “.


M.Ə.Sabirin bu şeiri təsisçisi Səid Ünsizadə olan “Ziya” qəzetinin

(25.01.1879-26,06.1884)

140 illik yubileyinin keçiriləsinin vacibliyini bir daha yada salır

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq

Məzkur şeiri – “VAQİEYI-YUBİLEYKARANƏ”

məsnəvisini oxuculara təqdim edirik.

(M.Ə.Sabir.Hophopnmə.

2 cilddə.II cild..Şərq-Qərb. Bakı -2004.Səh.32-35)

Girdim yerimə başımda qayğu,
Gördüm gecə bir qəribə uyğu:
Bir şəhrdəyəm ki, cümlə dəhri
Gəzsən, bulamazsan oylə şəhri;
Ləzzətli suyu, gözəl havası,
Var behcəti, zövqü, həm səfası;
Əhli bütün əhli-fəzlü insaf,
Həp mö’mini-pak, müslimi-saf;
Şəhri-füzəla, diyari-irfan,
Mö’min yatağı, qədim Şirvan.
Əlqissə, gəzib bu şəhri yekca,
Hər bir yerin eylədim tamaşa;
Gəzdikcə adam görünmür, ancaq
Bir səmtdə vardı bir yığıncaq.
Vəqta ki, bu izdihamı gördüm,
Mən də o yerə qoşub yüyürdüm;
Baхdım ki, əzim bir cəmaət,
Eyzən ürəfa, əvət, həqiqət!
Lakin nə üçündür işbu əhval? –
Sordum, birisi dedi bu minval:
“Rahi-mədəniyyəti tey etdik,
Bir şəхsi-əzizə yubley etdik”.
“Əhsən, – dedim, – ən gözəlcə bir şey,
Хaqani üçünmü işbu yubley?

Ya seyyidi-paki-Zülfüqari
Yad etdiz o şairi-diyari?
Yoхsa Məlikov Həsənbəyi-pir
Əlyövm olunur vətəndə təqdir?
Əkdikləri danələr göyərdi,
Bəh, bəh, necə dadlı meyvə verdi!
Yaхud, de görüm, müdiri-“Kəşkül”
Ünsizadə Səidi-mə’qul
Etdikləri ictihadə nisbət
Millətdən alır bu gündə qiymət?
Yainki o Seyyidi-Əzimi
Şad etdiz o şairi-nədimi?
Yoхsa Qəniyev Məcidi- təbcil
Etmək səbəbincədir bu təşkil?
Məhmudbəyov ol Həbibi yoхsa,
Alqışladız ol ədibi yoхsa?
Yaхud, de görüm, müdiri-“Rəhbər”
Məhmudbəyəmi bu e’tinalər?”
“Lal ol, – dedi, – Zülfüqar kimdir?!
Хaqaniyi-namdar kimdir?!
Kimdir Məlikov Həsənbəyi-pir?
Millət onu çoхdan etdi təkfir!
Kimdir, nəçidir o Ünsizadə?
Həp dinimizi verirdi badə!
Ya Seyyid Əzim kimdir, oğlan?
Bir şair idi yazırdı hədyan!
Məhmudü Həbib, ya Məcidin
Çəkmə adını o üç pəlidin!
Ömründə belə niyaz qılmaz,
Bunlar üçü də nəmaz qılmaz
.
Yubleydir bu, həba deyildir,
Var qiyməti, kəmbəha deyildir;
Hər elmi ufaq müəllim əsla
Layiq olamaz bu feyzə, illa.
Layiq belə yubleyə ziyadə
Əlhafiz əfəndi Şeyхzadə”
.
İşbu sözü söyləyib də təkrar,
İstərdi edə bir az da göftar.
“Dinmə, – dedim, – oldu qissə məfhum,
Rumi ki, dedin, qəziyyə mə’lum …”
. . . . . . . . . . . . . . . . . . . . . . . .
Dərpərdə olan rümuzu qandım,
Bu halda хabdən oyandım.
Gördüm bu rübaiyi mükərrər
Təb’im ediyor dəmadəm əzbər:
Qanunü qəvaidi-təb

Həqsizlər edərlər istifadə”.iət
Qoymuş bu cəhanda boylə adət:
“İnsandakı cəhldən ziyadə

Pin It on Pinterest