Kirman Rüstəmli
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Kirman Rüstəmli
Ağın yeri.
Ağın yeri.
Ağın ağdı yeri
Qaranın qara yeri.
Qara kölgə yaradır,
Ağı qoyaraq geri..
***
Ağ üzdə xaldı qara,
Bəzəkdi, laldı qara.
Dodaq dəydi xalına,
Baxdım ki, kaldı qara.
***
Bəxtim ağartdı məni,
Ağa yaratdı məni.
Ağ günüm bitən kimi,
Sıxıb daraltdı məni
***
Işiq süzülür ağdan,
Kəməri aşır dağdan.
Yeddi rəngə çevrilir,
Sallanarq doğadan.
***
Möcüzəmi bu ağlar,
Ağı şəfəqlə çağlar.
Qarası bizdən uzaq,
Ağı cismimi bağlar.
***
Ömrün payızı gəlmiş
Ömrün payızı gəlmiş.
Bir yarpaq düşdümü ömürdən ,gündən,
Demək ki, ömrümün payızı gəlmiş.
Mənsə bezməmişən haraydan,ündən,
Ömrümün sərt qışı,ayazı gəlmiş.
***
Nədənsə tez gəlib izi payızın,
Ağaclar yarpağın yolur ətəkdən.
Bəlkə məndən küsüb üzü payızın,
Şirəsi qurtarıb axan pətəkdən.
***
Qəribə sirri var ,belə dünyanın,
Baharı gül çiçək ,dolu bağ olar.
Qışında dağlarda çılpaq qayanın,
Üstündə yorğanı,üzü ağ olar.
***
Kəmər tək dolanır başıma payız,
Durnası səmada asılı qala.
Gör necə yaraşır yaşıma payız,
Sürətlə ötməyə,qısılı qala.
***
Ömür nədən bitsin, uzatsın Allah,
Həyatın payızı, sanı bilinməz.
Nə qədər acım var, azaltsın Allah,
Payızda köç etsəm,anı bilinməz.
Günahım
Günahım
Günahımı şişə düzdüm,
Mən onları bişə düzdüm.
Bişmişlərin o üz,bu üz ,
Çox çevirib şişdən üzdüm.
***
Günah vardı,üz qarası,
Mənimlə şeytan arası.
Alldanıb şetan felinə,
Mən olmuşdum tamam asi.
***
Min illərdir daşlayırıq,
Yeri gələndə aşlayırıq.
Daxildəki şeytanları,
Bizdən üstün başlayırıq.
***
Hər kəs bilir günahını,
Tapındırır pənahını.
Alır ələ təsbeh,filan,
O,axtarır allahını.
44 günün zəfəri
44 günün zəfəri .
Oba qurdum, ocaq çatıb yurd oldum,
Vətən tikib çatısını bağladım.
Düşmənimə əl çatmayan qurd oldum,
Zəfərimə sevinc qatıb ağladım,..
***
Işıqlandı toran görən gözlərim,
Yeddi ağac aşırımın görürəm,
Göyərdi ki, zəfər ruhlu sözlərim,
Bu gün onun meyvəsini dərirəm.
***
Qırx dörd günüm şərəf verdi xalqıma,
Vətən bütövləşdi,şəhidlər üstə,
Hər şəhid nəşini basdım bağıma,
Kimisi nəhəngmiş,kimisi bəstə….
***
Bu şanlı tarixdir, yazdım adıma,
Qızılla bəzədim hər bir hərfini.
Dar gündə dostlarım çatdı dadıma,
Açdım qaranlığın ilk səhərini.
***
Otuz ildir biz Zəfəri gözlədik,
Gözləməkdən gözlərimiz kor oldu.
Aman Allah, biz bu günü özlədik!
Şəhid verdik, qələbəmiz zor oldu.
Qurban olum.
Çiçək açdım, nədən solum,
Sən bulud ol,sənə dolum.
İlqarından dönməz yarın,
Baxışına qurban olum.
***
Qısa olmur gedən yolum,
Daş, kəssəkdir sağım,solum.
Məni anan insanların,
Sevgisinə qurban olum.
***
Zatı böyük olub ulum,
Müqəddəsdir ana boylum.
Ana qoynun Cənnət bilən ,
Xələfimə qurban olum
***
Məni ötdü mənim soylum,
Gülüşü var doylum-doylum.
Pöhrələnib ağac oldu,
Fidanına qurban ölum.
***
Uzaq getsin bizdən ölüm,
Pöhrələnsin açsın gülüm.
Bir qarışca torpağımın,
Mən ərtinə qurban olum.
Mən ətrinə qurban olum.
Arazım
Arazım
Arazın suyu da quruyub bir az,,
Yox olub dərinlik, bax,bura dayaz.
Arazdan nə umsan etməz etiraz,
Lilləri yuyulur göz yaşı ilə,
Bizi haraylayır öz daşı ilə.
***
Dünya yaranandan Araz da axır,
Fərq etməz ,sağına ,soluna baxır.
Oğul evləndirir, nişan da taxır,
Soyları çoxalır,türkləşir dünyam,
Araz bizə doğma,sanki,o anam.
***
Arazdan çox yazdım,sayıya gəlməz,
Arzular o qədər,o bunu bilməz.
Dərd daşıyan,əsla,sevinib gülməz,
Sularda boğulur özü Arazın,
Özünü yandırır közü Arazın.
***
Savalanım keşik çəkir Təbrizə,
Salam olsun Araz üstü şəhrizə,
Qonaq gəlin burda yeni dəhlizə,
Qoy sevinsin o tay , bu tay Arazım ,
Sularında doğur bir ay,Arazım.
Sevgi elə belə yaranmır, gülüm
Sevgi elə belə yaranmır, gülüm,
Gələndə gözlərdə ildırım çaxır.
Məhəbbət doğulmur, yaranmır , gülüm,
Günəşdir şəfəqi ürəyə axır.
***
Nə qədər ülvidir adı sevginin,
Cahanda bəşəri verib dünyaya .
Sonsuz kainatda canlı aləmin,
Doğuşu olubdur bir qətrə maya.
***
Kim ki.dadın bilir saf məhəbbətin,
Xoşbəxtlik ələnər baxışlarından.
Taleyin verdiyi sevgi şərbətin,
İçərsən üzdəki naxışlarından.
***
Bunlar bəs etdimi ,ay gülüm sənə,
Sevginin təərifin düsturun yazım?
Mənim qabırğamdan yaranmısan sən,
Gəl, sənə qəlbimdə bir məzar qazım.
Çox təşəkkür edireəm, hörmətli Nazim müəllim.Əməyiniz həddindən artıq böyükdür.Minnətdaram.
Deyerli “Baş edütor.Müellif olraq size sonsuz teşekkürümü bildirirem.