GenelGüncelKültür Sanat

Kirman Rustemli’nin Dil Bayramı içün dilimizizə aid üç şeiri

Dilim, dilimdir.


Sənin hayırın da gözəldir mənə,
“Əvət” deyeceksən, o da şirindir.
Təki sən qucaq aç, səni sevənə,
Bizi birləşdirən dilim, dilimdir.

Ayağım altında gəzdiyym torpaq,
Turanda xalıdır, ilmə, kilimdir.
Mən verim sizlərə türklükdən soraq,
Bizi birləşdirən dilim, dilimdir.

Dünyaya bəllidir tarixim mənim,
Türklüyüm kitabdır , bilim, bilimdir.
Səninlə boy atır, şöhrətim, şənim,
Bizi birləşdirən dilim, dilimdir.

Sən orda doğuldun, mən də burada,
Sənin o “yıl”ların, mənim ilimdir.
Doğulduq, böyüdük biz ki bir yurdda,
Bizi birləşdirən dilim , dilimdir.

Oğuzam, türkmənəm,Kərkükdür adım,
Yerdə qalanlar da mənim gilimdir.
Turanam,arzudan doğur muradım,
Bizi birləşdirən dilim , dilimdir.

Kirman Rustemli
16.04.2017

Dilim dilim olasan ,ay yazıq dilim,
İllərdir doğrandın sən dilim dilim.
Əslinə zatına igidlər qurban,
Yetər ki türkcəmi mən özüm bilim,

Nə qədər şirinsən ,ana südü tək,
Sən hopdun könlümə ,mən açdım ətək,
Sən ali dilsən ki, dillər içində
Gəl dilim,sevişək,dil dilə ötək.

Mən kiməm,kimsəyəm soruş dilimdən,
Qopara bilməzlər məni elimdən.
Türkün adı bəlli,boyları bəlli,
Birləşək.Birləşək.Yapış əlimdən.

kirman rüstəmli

Dillərin əlası ,dilim,
Oğuz tək balası,dilim.
Dil var gəldi gedərdi,
Dünyada qalası dilim.

Şirin dil,

Şirin imiş, şirin dil.
Gizlətmədi heç məndən,şirinliyin
Ana dilim- sirrin dil.
Hər kəlməsi yağ kimi,
Süzülərək bal gəlir.
Dilim elə şirinmiş,
Nabatmış, oval gəlir.
Incəsi incə istər,
Qalını ,,ana,, süslər.
Ahəng pozular incədə,
Qalını gözəl- necədə!
Bayatısı qan ağlar,
Şeiri coşub, çağlar.
Dil xalqımın sərvəti,
Var buna məhəbbəti.
Şirinliyi bir yana,
Bunu mənə öyrədən ana,-
Şirinmiş.
Dilimi o bişirmiş.
Basmış bağrına
Məni sevə – sevə.
Dilini sevmiş,
Südünü yemiş.
O, mənə,
Türklüyündən dərs demiş,
Hər şeyin öz adı var,
Damaqlarda dadı var.
Dillər çoxdur dünyada,
Doğması var, yadı var.
Doğma olan dilimdir,
Türkcəm dilim -dilimdir.
Bizi millət eyləyən,
Ana dilim, dilimdir.

Kirman Rustemli
Kirman Rustemli

Kirman Rustemli ..
25.02.2021

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest