Kirman Rustemli – Şeirleri
14 oktabr Məmməd Arazın anım günüdür.
Allah M.Araza rəhmət etsin.
Dünya düzəlməz.
Məmməd Araz demiş:
Dünyanın belində güvəni əyri,
Allah yaradıbdı dəvəni əyri
Dəvənin yemidir gəvəni əyri,
Əyrilər nə qədər saya da gəlməz,
Məmməd Araz demiş:-“dünya düzəlməz.”…..
Hədəfə ox atdım,oxum yan keçdi,
Mənə atılanlar məndən an keçdi.
Məmməd dediyndən çox zaman keçdi,
Nə etsəm dünyaya bil ki, süslənməz,
Bu dünya belədir,əsla düzəlməz.
Oğrusu bazarda darğalıq edir,
Təlxəyi bizlərə ağalıq edir
Pendir oğruları qarğalıq edir,
Tor atsan toruna heç biri düşməz,
Bu dünya belədir, heç də düzəlməz.Oxu ətrafında fırlanır dünya,
Bir yanı basıqdır, dolanır dünya
Səmada əbədi sallanır dünya,
Nə qədər çəksəm də taraza gəlməz,
Məmməd Araz demiş;”-dünya düzəlməz”.
Kirman Rustemli
05.07.2022
Nazını göstər
Illərdir gözlədim sənin nazını,
Mənə bir naz etsən,,nazına qurban.
Gəlişin çox iti ,vermə qazını,
Bir az asta yeri , azına qurban.
Bəzənib durmusan başdan aşağı,
Əndamın yaraşıq bəyazdan bəyaz.
Önümdə pərisən ,ay qız uşağı,
Ekənmi gül açıb bağçanda bu yaz?
Baxışların alov kimi ,al deyir,
Çəkib məni ovsunlayıb aparır.
Bu alovda, bu ocaqda qal deyir,
Mən dəlini kimliyindən qoparır.
Bil, könlümdə səndən qalan yaram var,
Xeyli vaxtdır ağrısına dözürəm.
Gizlin,oğrun baxışlarda haram var,
Halallığı qoşub,düzüb çözürəm.
Kirman Rustemli
30.06.2022
YADAM İÇİMDƏ
Bu gün böyük türkçü, böyük demokrat, bilim adamı, Az.Xalq hərəkatının lideri , eks prezident Əbülfəz Əliyevin doğum günüdür.
Onu hörmətlə yad edirik.
Bir adam vardı.adam içimdə
Boyda da, qəlbdə də eyni biçimdə.
Varını özünə dövlət bilmədi,
Sən yoxsan ,ay adam, yadam içimdə.
Paklığın beləsə, qüsula gəlməz,
Amalın qətidir,yada əyilməz.
Sən elə sevdin ki öz millətini,
Sənin bu sevgini nadanlar bilməz.
Soyuma boy verdin, boyum böyüdü,
Almadıqmı səndən əqli,öyüdü?
Gətirdin sən bizə bir də hürrüyyət,
Kimlərsə sevindi, kimlər küyüdü.
Bu yol uzun yoldur, yox duracağı,
Qadasız ,bəlasız yanmır ocağı.
Hələ büdrəyirik sənsiz bu yolda,
Nə vaxtsa görərik o xoşbəxt çağı.Bir adam vardı, o adam içimdə,
Boyda da, qəlbdə də eyni biçimdə.
Varını özünə dövlət bilmədin,
Sən yoxsan ,ay adam, yadam içimdə.
Kirman Rüstəmli
20.08.2020
TANRIYA ŞÜKÜR.
Tanrının qulu, həm bəndəsiyəm mən,
Əmri nədir, onu edəsiyəm mən.
Dara çəkilsəm də deyəsiyəm mən,
Nadanın əlindən almayıb kökə,
Bəlkə də sağırdan alaram tikə.
Üzün görünməyir, mənə allahım,
Yolunu gəlirəm sənə,allahım.
Kim edə bilər ki tənə,allahım,
Yaradan sənmisən, hakimsən mənə,
Bu canı buraxdım sənin öhdənə.
Haqqı ədaləti ölçən tərəzi,
Nahaqqı çəkmədi ,nə də qərəzi.
Qaldırdın ayağa neçə mərəzi,
Sənin fövqalədə dühana şükür,
Bizə bəxş etdiyin cahana şükür.
Düzü düz görürəm, əyriyə lənət,
Əyrini bürüyüb çirkab, üfunət.
Yaraşmır bizlərə susmaq, sükunət,
Görsət sərt üzünü bizə, allahım,
Içimizdə çoxalıb gürzə, allahım.
Kirman Rustemli
14’06’2022
O yanağa ay düşüb
Bir üzündə ətirşahım sallanır,
Bir üzündə dodaqlara pay düşüb.
Yanağında bir öpüşün yeri var,
Aman Allah, o yanağa ay düşüb!
Sıxılmısan sənə “dəyən” baxışdan,
Tellərinə o çiçəyi kim düzüb?
Xoşlanırsan sən al- əlvan naxışdan,
Bu qaş- gözü kim bəzəyib, kim süsüb?
Hər aşiqin sevmək üçün gözü var,
Göz sevdisə ürək buna neynəsin?
Həsrət çəkən yar istəyər ,yar duyar,
Eşq yolunda odlar özün, sinəsin.Cah -cəlalın aşıb daşıb kəndbəkənd,
Nədir belə səndə olan gözəlllik?
Səndən ötrü mən qırmışam neçə bənd,
Xoşlayırsan zülmlə dolu köləlik?
Xoş sifətə,gülüşünə möhtacam,
Axı nədən o inciyib,bu küsüb?
Başın üstə qanad çalan turacam,
Bir yuvaya ,bir ocağa göz düşüb.
Kirman Rustemli
09.06.2022