Kırımın səsi qəzetinin redaktoruna məktub : Səid Əfəndi Ünsizadə – 180 yubileyinə hazırlaşırıq
Hörmətli Mustafa müəllim salam.
2022-ci ildə türk dünyasının fazillərindən biri olan Hacı Səid Əfəndi Ünsizadənin
(1842,Şamaxı-1903,İstanbul) təvəllüdünün 180 ili tamam olur.
Yubileyə ciddi hazırlaşmaq lazımdır.Səid Ünsizadənin publisistik və ədəbi irsi tədqiq edilərək,oxuculara çatdırılmalı,dərslikləri latın qrafikasıilə çap edilməlidir.
S.Ünsizadənin görkəmli iatar mütəfəkkiri İsmayıl bəy Qaspıralı ilə əqidə və məslək dostluğuna aid materiallar çap edilərək,bütün türk dünyasına çatdırılmalıdır.
S.Ünsizadənin redaktor və imtiyaz sahbi oduğu “Ziya” qəzetinin (25.01.1879-26.06.1884) bütün hömrələri indi əskər türk dünyasıında oxunan əlifba ilə transfoneliterasiya edilməlidir.
S.Ünsizadənin yaşadığı və işlədiyi bütün şəhərlərdə- Şamaxı,Tiflis,Bakı və İstanbulda onun möhtəşəm abidəsi ucaldılmalıdır.
S.Ünsizadəninməzarı İstanbulda Fatih Camii haziresindədur.
Məzarın baş və sinə daşlarınıntəmirə ehtiyacı vardır.
Ünvan belədir: Fatih Camii Haziresi-Sait Ünsi Efendi
Mezar Taşı Kitabesi-Taşların Dili 34 Bölüm
Təmir işi iri həcmli,böyük maddi vəsait tələb edən içdir.Bu, bir həfərin işi deyil.
***
İSTANBULDA S.ÜNSİZADƏNİN ÇOXLU ADLI-SANLI , ELMLİ QOHUMLARI VAR.
S.ÜNSİZADƏNİN 180 İLLİK YUBİLEY tədbirlərinə onları da cəlb etmək lazımdır.
AMEA (AƏƏRBAYCAN MİLLİ ELMLƏR AADEMİYASI) yubileyin təşkilatçısı olmalıdır..
YUBİLEY TƏDBİRLƏRİ DÖVLƏT XƏTTİ İLƏ GÖRÜLMƏLİDİR .
Bu iş icazə və dövlət hesabından maddi vəsait istəyir.
Hörmətli Mustafa müəllim, Sizin qəzetiniz vasitəsilə dünyanın işpqlı fikir adamlarına müraciət edirik:
“Gəlin, S.Ünsizadənin yubileyini yüksək səviyyədə keçirək.Bu iş bizlərin icyimai fikir tarixizin öyrənilməsində önəmli və müqəddəs iş sayılmalıdır”.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq
21.03.2021