Genel

“Kırım” sözünün “qırım” qafiyəsi, əsrlərdən gəlir səsi

Çoxdandır bu söz barədə fikirləşirdim.Yazılarımın birində də başlıqda bu sözü- “qırım”ı xüsusilə vurğulaşışdım.
Səhv etmirəmsə,başlıq belə idi: ” Kırımın qırımı və qurumu “
Mənfəətdən xalı olmadığı üçün “qırım” sözünün müxtəlif lüğətlərdə özünə yer tapan mənalarını böyük türk dünyasının aydınları və İsmayıl bəy Qaspıralinin dil siyasətini uğurla davam etdirən “Kırımın səsi”qəzetinin oxucuları ilə paylaşıram.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq

Bakı,

03.05.2021

qırım
qırım sözünün izahı. qırım sözünün mənası
Görkəm, təhər-töhür, görünüş, hal, əhval, tövr. □ Baxdım ki, munun qırımı özgə; Mənimlə alım-verimi özgə. (İ.Xətayi)…. Ətraflı

Azərbaycan dilinin izahlı lüğəti
qırım
qırım sözünün mənşəyi, qırım sözünün etimologiyası
“Hərəkət, həvəs, manevra” mənalarında işlədilir. Sözün əsli qılmaq feili ilə bağlıdır, “rəftar” deməkdir. Sonra forma da, məna da bir qədər dəyişib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)… Ətraflı

Etimologiya lüğəti
qırım
Görkəm, təhər-töhür, görünüş, hal, əhval, tövr.  Zöhrə xanım dayənin qırımını başa düşüb, başladı Tahir Mirzəni oyatmağa. (“Tahir və Zöhrə”)… Ətraflı

Azərbaycan dastanlarının leksikası
qırım
Müqabil. (“Kitabi-Dədə Qorqud” leksikası)… Ətraflı

Azərbaycan dastanlarının leksikası
qırım1
Görkəm. □ Uşaxların qırımını yaxçı görmədim (Qax); Süyün qırımın çox pisdi (Şuşa)…. Ətraflı

Azərbaycan dilinin dialektoloji lüğəti
qırım2
Meyl, həvəs, fikir, məqsəd. □ Əlsəfərin qırımı oxımağdı (Salyan); Mənim bu işə hiç qırımım yoxdu (Quba); Sənin qırımınnan mən heç nə alme:ram (Qazax); Arvadın qırımı vardı ki, iş düzəlsin, Atdıxan… Ətraflı

Azərbaycan dilinin dialektoloji lüğəti
qırım-qırtı
qırım-qırtı sözünün izahı. qırım-qırtı sözünün mənası
Bax: qırım-qırtıq…. Ətraflı

Azərbaycan dilinin izahlı lüğəti
qırım-qırtıq
qırım-qırtıq sözünün izahı. qırım-qırtıq sözünün mənası
Qırıq, qırıntı, töküntü, tullantı…. Ətraflı

Azərbaycan dilinin izahlı lüğəti
qırımlammax
Həvəslənmək. □ Qırımlandı kı, gəlsin, sonra no:ldusa gəlmədi…. Ətraflı

Azərbaycan dilinin dialektoloji lüğəti
qırımyayi
Qövsi-qüzeh. □ Yağuşdan su:ra güydə qırımyayi uladu (Quba); Qırımyayini mən çox görmüşəm (Şamaxı)…. Ətraflı

Azərbaycan dilinin dialektoloji lüğəti

Pin It on Pinterest