GenelGüncel

Keçən ilin bugünkü günündə Şamaxıda qış lövhələri….

Bu qış qışdır payızdan,
Bu qış düşdü payızdan…
Burda çox quş olardı,
Onlar uçdu payızdan.

***

Hava qarlı,boranlı,
Hava yaman sopsoyuq.
Nə telefon səslənir,
Nə kimsədən xəbər yox…

***

Torpağın qazı çıxır,
Külək adamı yıxır.
Malalanıb qar ilə
Dərə,təpə,çöl,çuxur..

***

Odun peçi,şor- çörək…
Əriştə də qazanda.
İştah artır, güc artır,
Bu nəsnəni yazanda.

***

Gizlətməyin qax-qozu,
Gətirin alma,əzgil.
Mürəbbələr yan-yana…
Bu qış ,yox, ondan deyil.

***

Xizəklər əmrə hazır,
Xizək burda dəb düşüb.
Məstan pişik otaqda,
Mumu çöldə büzüşüb.

***

Çaqqallar da ulamır,
Ulamağa yoxdur hey…
Canavarlar çoxdandır
Soyuqlardan olub key…

***

Kim yayda işləyibsə,
Dünya vecinə deyil.
Bugünün mənzərəsi
Tənbələ “ayıl “deyir.

***

Nazim Nəsrəddinov.

26.11.2017

Pin It on Pinterest