İrəvanın ermənilərə verilməsinə etiraz edənlər 3, ya 12 nəfərolub? – 12 deyənlər sübutlar göstərəbilmir…
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Azərbaycan Milli Şurası 1918-ci ilin 29 may tarixində İrəvanın Ermənistana verilməsi haqqında qərar qəbul edib və bu qərardan sonra Qafqazda, konkret olaraq Azərbaycan torpağında tarixdə ilk erməni dövləti yaranıb…
PrezidentİlhamƏliyevbugünlərdəçıxışındaMilliŞuranınİrəvandanolanüzvlərininİrəvanınermənilərəverilməsinəqarşıçıxdıqlarınıvurğulayıb.
İrəvanın ermənilərə verilməsinə etiraz edənlər isə Mir Hidayət Seyidov, Bağır bəy Rzayev və Nəriman bəy Nərimanbəyli olub.
Bəzi tarixçilər iddia edirlər ki, guya İrəvanın Ermənistana verilməsinə Milli Şura üzvlərinin 28-dən 3-ü deyil, 12-si etiraz edib.
Boran Əzizli: “Təəssüf ki, o 12 nəfərin adı yoxdur, amma ümumi olaraq onların 12 nəfər olduğu bildirilir”
Bunu bizimlə söhbətində tarix üzrə fəlsəfə doktoru, tanınmış tarixçi Boran Əzizli də deyib: “Ümumiyyətlə, İstiqlal bəyannaməsinə imza atan adamların hamısı geniş təbliğ edilməlidir. Əslində, İrəvanın ermənilərə verilməsinə Milli Şura üzvlərinin 28-dən 12-si etiraz edib. Növbəti iclasında isə Mir Hidayət Seyidov, Bağır bəy Rzayev və Nəriman bəy
Nərimanbəyli bu məsələni yenidən qaldırıblar. Ona görə də o üç nəfərin adı qeyd edilir. Əslində, 12 nəfərin adı deyilməlidir ki, İrəvanın ermənilərə verilməsinə bu 12 nəfər etiraz edib”.
Həmin 12 nəfərin kimliyinə gəlincə, alim təəssüflə qeyd etdi ki, onda tam siyahı yoxdur. “Təəssüf ki, o 12 nəfərin adı yoxdur, amma ümumi olaraq onların 12 nəfər olduğu bildirilir”.
Qeyd edək ki, bəzi tarixçilərin sözlərinə görə, ümumiyyətlə, İrəvanın ermənilərə verilməsinə etiraz edənlərin adları həmin iclasın protokolunda əks olunmayıb.
Həqiqətən də, deyildiyi kimi, İrəvanın ermənilərə verilməsinə etiraz edənlərin sayı 12 nəfər olubsa, nə üçün onların adları heç yerdə qeyd edilməyib?
Məhərrəm Zülfüqarlı: “İrəvanın ermənilərə verilməsinə etiraz edənlərin hamısının adları yəqin ona görə heç yerdə qeyd edilməyib ki…”
AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, bu məsələ olduqca aktualdır. “Bilirsiniz ki, Cümhuriyyətimizin tarixi əsasən dövlət müstəqilliyimizin bərpasından – 1991-ci ilin 18 oktyabrından sonra öyrənilməyə başlanıb. Bir az da geriyə getsək, 1985-ci ildə SSRİ yenidənqurma və aşkarlıq siyasətinə keçid etdikdən sonra da tədqiqatlara imkan verildikcə, bu barədə ara-sıra yazılar olurdu. Amma dövlət səviyyəsində bu, 1991-ci ilin 18 oktyabrından sonra başlandı, xüsusən də bu tədqiqatlar 1992-ci ilin mayından sonra güclənmişdı. Bu proses yenə də davam edir. İndiyə qədər görülən işlər o demək deyil ki, Cümhuriyyət tarixi ilə bağlı hər şey tədqiq edilib, öyrənilib, ictimaiyyətə çatıb. Cümhuriyyətin şərəfli tarixi daim tədqiq olunmalıdır, onun iclaslarının hər bir protokolu öyrənilməli və gənc nəslə çatdırılmalıdır. Qaldı İrəvanın ermənilərə verilməsi məsələsinə, bu barədə son illər çox deyilir, çox danışılır, müxtəlif fikirlər var. Şəxsən mənim fikrim ondan ibarətdir ki, heç bir azərbaycanlı, qəlbində Vətən, millət hissi olan insan bir qarış torpağının da düşmənə verilməsinə razı olmazdı. Yüzdə-yüz, Cümhuriyyətin də yaradıcıları bu cür insanlar olublar, sadəcə, o dövrdəki ictimai-siyasi vəziyyət, Cümhuriyyəti yaradanların durumu, beynəlxalq vəziyyət, xüsusən də Qafqazdakı vəziyyət bu cür addımın atılmasına şərait yaratdı”.
M.Zülfüqarlının vurğuladığına görə, 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti elan edilib və Qafqaz Seyminin tərkibində olan azərbaycanlılar, gürcülər və ermənilər cümhuriyyət yaradıblar, gürcülərin və azərbaycanlıların tarixi torpaqları var, amma ermənilərin torpağı yoxdur, çünki onlar Qafqaza gəlmə toplumdur. “Mayın 29-da ermənilər Milli Şuraya müraciət edirlər ki, biz də cümhuriyyət yaratmaq istəyirik, İrəvanın ətrafını bizə güzəştə gedin və biz də sizinlə birgə bolşevizmə qarşı mübarizə aparaq, Qarabağa olan iddiamızdan da əl çəkirik. Milli Şurada İrəvanın ermənilərə verilməsinə qarşı çıxanlar da, bunun lehinə səs verənlər də oldu. Hesab edirəm ki, biz bu məsələnin əleyhinə və lehinə olanları qarşı-qarşıya qoymamalıyıq. Milli Şuranın sözügedən iclasında bu qərar qəbul olundu. Ermənilər həmişəki kimi yenə xəyanət etdilər, nə bizimlə birgə bolşevizmə qarşı mübarizə apardılar, nə də Qarabağ iddiasından əl çəkdilər. İrəvanın ermənilərə verilməsinə etiraz edən şəxslərin hamısının adları deyiləcək, yazılacaq. İrəvanın ermənilərə verilməsinə etiraz edənlərin əksəriyyəti İrəvandan seçilmiş müsəlman nümayəndələr idi. Onlar əvvəl Qafqaz Seymində, sonra isə Cümhuriyyətin Milli Şurasında təmsil olunublar. Mən onların sayını deyə bilmirəm, amma İrəvanın ermənilərə verilməsinə etiraz edənlərin hamısının adları yəqin ona görə heç yerdə qeyd edilməyib ki, onların sonrakı hadisələrdə fəal rolları olmayıb. Yəni ola bilsin, onlar Cümhuriyyətin rəhbərliyində təmsil olunmayıblar. Çünki Milli Şura elə həmin ilin iyun ayında özünü buraxdı və yerini Fətəli xan Xoyski hökumətinə verdi. Bu baxımdan da Milli Şuranın digər üzvləri kölgədə qaldılar”.
M.Zülfüqarlının fikrincə, İrəvanın ermənilərə verilməsinin əleyhinə və lehinə səs verənlərin kimliyinin araşdırılması, bu məsələ ətrafında müzakirələr aparılmasının faydası böyükdür, ən böyük faydası isə bütün dünyaya İrəvanın bir Azərbaycan şəhəri olduğunu bir daha sübut etməyimizdir: “Bu məsələnin müzakirə edilməsinin müsbət cəhəti ondan ibarətdir ki, biz İrəvanın ermənilərə verilməsinin səbəblərini müzakirə etməklə, onun əleyhinə və lehinə səs verən insanları qeyd etməklə bir daha dünyaya İrəvanın Azərbaycan şəhəri olduğunu çatdırırıq. Biz Qarabağ uğrunda mübarizə aparıb qalib gəldik, amma dünya İrəvanın tarixi Azərbaycan şəhəri olmasından xəbərsizdir. Bunu bu cür müzakirədən keçirməklə dünyaya yayırıq ki, doğrudan da 1918-ci ilə qədər İrəvan Azərbaycan şəhəri olub, sonra ermənilərə verilib, indi də Azərbaycan şəhərini özlərinə paytaxt elan ediblər”.
İradə SARIYEVA