İrəvan bölgəsində Azərbaycan türklərinə qarşı qətliamlar.(1918-1920-ci illər)
İrəvan bölgəsində Azərbaycan türklərinə qarşı qətliamlar.(1918-1920-ci illər)
Tarixi mənbələrdən məlumdur ki,ayrı-ayrı imperiyaların hökmranlıq dövrlərinəzərə alınmasa, müasir Ermənistan Respublikasının hazırkı ərazisi ən qədim zamanlardan başlayaraq həmişə Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. O cümlədən dövrün qaynaqları təsdiq edir ki, İrəvan şəhəri bütün tarixi dövrlər ərzində Azərbaycan türklərinə məxsus olmuşdur. Azərbaycan xalqının formalaşmasında xüsusi əhəmiyyəti olmuş qədim türk tayfaları,çoxsaylı oğuz və qıpçq türkləri məhz bu diyarda , xüsusilə Göyçə gölü ətrafındakı torpaqlarda yaşamışdırlar. Burada Azərbaycan türkləri, özlərindən sonra zəngin tarixi –mədəni izlər qoymuşlar. Azərbaycan xalqının “Qədim mədəni irsinin ən sanballı abidəsi ,xalqınqəhrımanlıq rəmzi sayılan “Kitabi-Dədə Qorqud” dastanında təhkiyə olunan bir çox mühüm tarixi hadisələr , ictimai –mədəni proseslar məhz bu torpaqlarda cərəyan etmişdir. O cümlədən,oğuz türklərinin soy kökündə duran Oğuz xaqanın məhz Göyçə gölü ətrafındakı Azərbaycan torpaqlarında yaşadığı , dünyasını burada dəyişdiyi və burada da dəfn olunduğu bildirilir.
Heç şübhısiz ki, toponim olaraq da İrəvan sözünün mənşəyinin erməni dilində heç bir izahı yoxdur. Tarixçi alim Nazim Mustafa “İrəvan xanlığının paytaxtı irəvan şəhəri” adlı əsərində qeyd edir ki, “İr(Yer)” erməni dilindən tamamilə uzaqdır. Bu söz qədim türk sözü olub “yerin günəşə baxan üzü” nə deyilirdi. Digərtədqiqatçlar isə İrəvantoponimin qədim türk teonimlərindən (ilahi adlar) törənən etnik adlar sırasına daxil edilməsi və onun qədim türklərin “ir”(yer) Tanrısı ilə eyniləşdirməsi fikrini irəli sürürlər.Müasir tarixçilər tərəfindən məhz bu sonuncu fikir daha məqbul hesab edilir .” O cümlədən Orta əsrlər tarixi mənbələrində şəhərin adı Rəvan və İrəvan kimi qeyd olunur.
Təəsüflə demək lazımdır ki, İrəvan şəhərinin qədim tarixinə dair günümüzə qədər gəlib çatmış məlumatlar çox azdır. Bunun digər səbəbləri də iranlılarla osmanlılar arasında fasilələrlə366 il davam edən müharibələr, İrəvan şəhərin 14 dəfə əldən-ələ keçməsi, O cümlədən 4 iyun 1679-cu ildə İrəvanda baş vermiş zəlzələ nəticəsindəşəhərin tamamilə dağılması olmuşdur.
Türkiyədən olan araşdırmaşı alim Memet Rıhtımın tərcümə edib hazırladığı “Evliya Çələbi- Azərbaycan” adlı əsərində İrəvan Qala-şəhəri ilə bağlı maraqlı məlumatlar təqdim edir: ”Şəhərin möhkəm dəmirdən hazırlanmış üç darvazası vardır.Təbriz qapsı cənub tərəfə,meydan qapısı və ya Yala qapısı şimal tərəfə açılır. Çövkəm meydanı burada yerləşir. Burada 3 min qala gözətçisi ,3 min xan ordusu və 7 min əyalət əskəri vardır. Bura bir neçə dəfə xanlar xanlığı olmuşdur. Burada qazi molla,şeyxul-şərif,kələntər,darğa,münşi,yasavul ağası,qoruqçubaşı,eşik ağası ,dizçökən ağa,7 nəfər mehmandar və şeyxbəndər vardır.Şəhərin içərisində üstü torpaqla örtülmüş 2min 60 yaraşıqlı ev vardır.Belə qənaət hasil olur ki, həmin dövrdə İrəvan şəhərində qala ilə birlikdə təqribən 25 min əhali, Azərbaycan türkü olmuşdur.O cümlədən Əmirgünə xanın ziyadəsilə təmir edilmiş Xan Sarayı ən abad və yaraşıqlı binadır. Sarayın yaxınlığında sol tərəfdə Şah zərbxansı vardır.Burada abbasi və bisti kəsilir”.
Məlumdur ki, Bakı və Yelizavetpoldan(Gəncə) sonra Azərbaycan türklərinin ən çox yaşadıqları şəhər , məhz İrəvan şəhəri olmuşdur. Lakin tarixin müxtəlif dövrlərində azərbaycanlılar bu qədim diyardan təcrid olunmuş, müxtəlif bəhanələrlə köçrülmüş və kütləvi qətliamlara məruz qalmış, məqsədli olaraq sayları dəfələrlə azalmışdır. Cənubi Azərbaycandan 40 mindən artıq erməni Şimali Azərbaycanın Qarabağ,İrəvan və Naxçıvan bölgələrindəməskunlaşmağa başlanmışdır. Bundan əlavəƏdirnə müqaviləsinə əsasən Türkiyə ərazisindən də təqribən 90 min erməni Cənubi Qafqaza köçürülmüçdür.Qeyd edilənlərin subutu kimi təkcə onu demək kifayətdir ki XX əsrin əvvələrində Cənubi Qafqazda yaşayan 1,3 milyon ermənin 1 milyonu xaricdən gələn ermənilərdən ibarət olmuşdur.
1905-1906 cı illərdə ermənilər İrəvan quburniyasında Azərbaycan türklərinə qarşı kütləvi qırğınlar törətmiş,azərbaycanlıların yaşadığı ərazilərdə silah gücünə etnik təmizləmə,milli qırğınlar həyata keçirmişdirlər. Nəticədə Azərbaycan türklərinin yaşadığı bir çox yaşayış məntəqələri əsl sahiblərindən boşaldılmış və həmin məntəqələrdə erməni qaçqın ailələri məskunlaşdırılmışdır.Təkcə 1905-1906-ci illər soyqırımı zamanı 100 min nəfər ev eşiyindən didərgin düşmüşdür. 10 min nəfərdən artıq insan 1905-1906-ci illər soyqırımları zamanı öldürlümüş,işkəncələrə məruz qalmışdır.
Heç şübhsıiz ki, 1905-1906 cı illərdə ermənilərin həyata keçirdikləri qırğınlar 1918-1920 illərdə azərbaycanlılara qarşı həyata keçirlimiş soyqırım və deportasiyaların birinci mərhələsi olmuşdur. Bütün bu qırğınlar ermənilərin Cənubi Qafqazda özlərinə dövlət qurmalarından ötrü yeni ərazilərə sahiblənmək üçün həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olmuşdur.
1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfərazərbaycanlı soyqırıma məruz qalmışdır.Bir çox yaşayış məntəqələri isə yer üzündən silinmişdir.Tarixşi Alim Nazim Mustafa “İrəvan quberniyasında Azərbaycanlıların soyqırımı” adlı əsərindəyazır ki, “ 1918-1920 –ci illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 130 kənd erməni silahlı dəstələri tərəfindən dağıdıldıqdan sonra həmişəlik olaraq xarabalığa çevirlimişdir
Azərbaycanın tanınmış tarixçisi İlaqr Niftəliyev isə qeyd edir ki, İrəvan quberniyasında türk-müsəlman əhalinin sayı 423 min 123 nəfər idi. 1918-ci ilin yanvarından may ayına kimi, yəni türk qoşunları İrəvan quberniyasına daxil olana qədər, burada ermənilər tərəfindən 300-dən çox müsəlman kəndi dağıdılmış, onların əhalisi isə qətllərə və zorakılıqlara məruz qalmışdı.
Tarixi sənədlər göstəriri ki, 1918-ci ilin Novruz bayramı günlərində ermənilərİrəvan quberniyasının Pəmbək mahalının azərbaycanlılar yaşayan kəndlərinə basqınlar etmiş,əhalisini kütləvi qırğınlara məruz qoymuşdur. Pəmbək nahiyəsinin 9 kəndində 1000 dən çox azərbaycanlı türkü vəhşicəsinə qətlə yetirilmişdi. Həmçinin Pəmbək Nahiyəsinin bütün azərbaycanlı kəndləri qarət edilmiş və yandırılmışdı. Təkcə Arcut kəndində 60 nəfər qətlə yetirilmiş, onlardan 12 nəfərinin başı kəsilmişdi. 30 körpə bələkdə ikən süngülənərək qətlə yetirilmişdi.Pəmbəkdə törədilən qırğınların ən dəhşətlisi azərbaycanlılarla ermənilərin qarışıq şəkildə yaşadıqlan Vartanlı (sonralar Şaumyan) kəndində həyata keçirilmişdi. 1918-ci il Novruz bayramı günü ermənilər qəfildən kəndi mühasirəyə almış, 13 yaşından yuxan 411 kişini qoyun tövləsinə dolduraraq qapı-bacanı bağlamış, əvvəlcə gülləbaran etmiş, sonra isə bacalardan ot və neft töküb od vurmuşdular. 411 nəfərdən yalnız Molla İsmayıl adında bir nəfər tövlənin bacasından çıxıb qaçaraq canını qurtara bilmişdir. Kəndin digər sakinləri – qadınlar, uşaqlar hadisədən xəbər tutduqdan sonra canlarını qurtarmaq üçün kəndi tərk edib meşələrlə, dağlarla qaçmış. Lakin onların da əksəriyyəti soyuqdan və aclıqdan həlak olmuşdular. Yalnız sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlıların bir qismi öz doğma kəndlərinə qayıda bilmişdilər.
Həmçinin 1918-ci ilin Novruz bayramı günlərində Erməni silahlı dəstələri Əştərək yaxınlığındakı Gözəldərə kəndinə basqın etmiş, 600 nəfərdən çox sakini qətlə yetirmiş,bütün tikililəri yandırmışdılar. Həmin kənddən yalnız üç nəfər gənc qaçaraq canlarını qurtarmış, Tiflis quberniyasının Daştəpə kəndində özlərinə sığınacaq tapmışdılar.
Taixçi alim Nazim Mustafa qeyd edir ki, Kazım Qarabəkir paşanın ‘”1917-1920-ci illər arasında Ərzincandan İrəvana erməni zülmü” kitabında ermənilərin törətdikləri kütləvi qırğınlar sənədlərin dili ilə qələmə alınmışıdr.Belə ki, Kazım Qarabəkir paşa öz əsərində yazır:- “29.04.1918-ci ildə Gümrüdən 500 araba ilə Axılkələyə götürülməkdə olan 3minə qədər qadın, qoca, uşaq və kişi öldürülərək yox edilmişdir; – Min əsgər, iki pulemyot və iki topla silahlanmış ermənilər Qağızmamın şərqindəki Qulp (Duzluca) və İrəvan bölgəsindəki islam kəndlərini dağıtmış, qadınları,uşaqları və kişiləri qırmışlar…. 01.05.1918-ci ildə yüzə qədər erməni atlısı Şiştəpə və Düzkənd ətrafında (indiki Amasiya rayonunun ərazisində) 60 uşaq, qadın və kişini öldürmüşlər… 01.05.1918-ci ildə Axılkələk ətrafındakı kəndlərdə Acaraca, Danqal, Mulanıs, Murcahet, Padızka, Havur və Gümris kəndləri yandırılmış, əhalisi məhv edilmişdir. Arpaçay üzərindəki Bacoğlu ilə İrəvanın şimal-şərqindəki kəndlərin xalıqı ermənilər tərəfindən qırılmış,kəndlər tamamilə yandırılıb dağıdılmışdır.
Azərbaycan Xalq Cumhuriyyəti elan edildikdən sonra Azərbaycan Milli Şurasının iyunun 13-də keçirilən iclasında ermənilərin müsəlmanlara qarşı törətdikləri qırğınlar barədə İrəvandan gələn həyəcanlı xəbərlər müzakirə edilir. İrəvan quberniyası ərazisində ev-eşiklərindən didərgin salınan və ac-yalavac dolanan qaçqınların sayının 150 min nəfərə çatdığı, ermənilərin 206 kəndi dağıtdığı bildirilirdi. Milli Şura İrəvan quberniyasında qaçqınlara maddi yardım göstərilməsi üçün nümayəndə göndərməyi qərara almışdı
İrəvanda Erməni silahlı qüvvələri tərəfindən törədilən cinayətlərlə bağlıAzərbaycan hökuməti Ermənistana notalara və teleqramlar göndərmişdir. Ermənistan rəsmilərinincavablarında çox vaxt faktlar təhrif edilir, bəzi hallarda isə araşdırılma aparılacağı və faktlar təsdiqlənərsə, günahkarların cəzalandırılacağı vəd edilirdi. Lakin arxiv sənədlərindən və o dövrün mətbuat səhifələrindən də aydın görünür ki, Ermənistan rəsmiləri verdikləri cavablarda riyakarlıq etmiş, silah gücünə etnik təmizləmə siyasətinin bir an da olsun dayandırmamışdılar.
Azərbaycan Xalq Cumhuriyyəti tərəfindənErmənistana təyin olunmuşnümayəndə Əbdürrəhim bəy Haqverdiyev martın 7-də Tiflis- İrəvan qatarında İrəvana gedərkən erməni quldurları onu silahla hədələyərək qarət etmiş, onun diplomatik missiya üçün apardığı 2 milyon Cənubi Qafqaz bonunu və 3,4 milyon Azərbaycan bonunu, 40 min manatlıq şəxsi vəsaitini əlindən alıb aparmışdılar.
Arxiv sənədlərindən məlumdur ki, təkcə 1919-cu ildə 29 min əhalisi olan İrəvan şəhərində 14 min nəfər, Eçmiədzin qəzasında isə 6 ay ərzində 4 min nəfər azərbaycanlı aclıqdan həlak olmuşdur.
Azərbaycanda bolşeviklərin hakimiyyəti ələ almasından sonra da ermənilər azərbaycanlı yaşayış məntəqələrinə hərbi təcavüzü daha da genişləndirməyə başlamışlar. Həmin dövrdə Ermənistanda nümayənəd olan Teymur Bəy Makinski 2 may 1920-ci ildə yazdığı hesabatında fəaliyyətə başladığı gündən yüzlərlə soydaşımızın onun yanına gəlib ermənilərin onları məruz qoyduqları vəhşiliklərdən şikayətləndiklərini qeyd edir. O, yazırdı: “Ermənilər dinc əhalinin evlərinə hücum edib, çox zaman onları öldürür, həbs edir, əmlaklarını müsadirə edirlər. İndiyədək bu zorakılığa görə kimsə cəzalandırılmayıb. Martın 21-də müsəlman əhalinin vəziyyəti barədə Ermənistan Xarici İşlər Nazirliyinə məlumat vermişəm. Bundan bir neçə gün sonra Eçmiədzin qəzasının Təkiyə, Üşü, Nəzravan və digər kəndlərin darmadağın edilməsi barədə məlumat aldım… Martın 19-da erməni silahlı qüvvələrinin Vedibasara hücumu başlandı. Mən dəfələrlə bu barədə notalar verdim. Lakin heç bir nəticəsi olmadı”
Beləliklə demək olar ki, tarixin bütün dönəmlərində ermənilər Azərbaycan türklərinə qarşı soyqırım faciələri, kütləvi qırğınlar,talanlar və depoartasiyalar həyata keçirmişlər. Bu hadislər tarixin bütün dövrlərində məqsədli şəkildə həyata keçirlimişdir.
Cənubi Qafqazda siyasi idarəçiliyin hansı formada və kimin əlində olmasına baxmayaraq ermənilər bütün imkanlarından, ən iyrənc üsullardan istifadə edərək Azərbaycan türklərinə qarşı soyqırımlar törətmişdir. Bu soyqırım hadisələrindən 1905-1906, 1918-1920, 1948-1953,1988-1993 – cü illər baş verən kütləvi qırğınlar daha amansızlıqla, daha qəddarlıqla müşhahidə olunmuşdur.
Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri soyqırımı hadisələrinə verilən ilk siyasi qiymət isə Azərbaycanlıların Soyqırımı Gününün elan edilməsi olmuşdur. 1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər isə bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmışdır.