GenelGüncelKırım TarihiKültür Sanat

İlhamə Qəsəbova Dünya Kırım Tatar Derneği Azerbaycan Temsilcisi Oldu

Doç. Dr. İlhamə Qəsəbova Dünya Kırım Tatar Derneği Azerbaycan Temsilcisi Oldu

Doç. Dr. Qəsəbova İlhamə Cəlal qızı

1974-cü il 6 noyabrda Qazax rayon Çaylı kəndində anadan olmuşdur. 1991-1996-ci illərdə M. Rəsulzadə adına Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1998-2014-cü illərdən AMİ-nin Qazax filialında “Azərbaycan dili, Ədəbiyyat və onun tədrisi metodikası” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 2007-ci ildə AMEA-ın Folklor institutunun aspiranturasına daxil olmuşdur. “XX əsr Qazax aşıq mühiti” mövzusunda filologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir [2014]. 2018-cı ildən dosent elmi adını almışdır. 2021-ci ildə İnstitutun “Folklorşünaslıq” ixtisası üzrə filologiya üzrə elmlər doktorluğu üzrə doktoranturasına qəbul olmuşdur. Hazırda “Ozan-aşıq-baxşı yaradıcılığında ənənə performativlik və variativlik problemləri” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. Azərbaycan da daxil olmaqla Türkiyə, Gürcüstan, Rusiya, Fransada keçirilən konfrans və simpoziumlarda fəal iştirak edir. 15-i xaricdə olmaqla, 40- a yaxın məqalə və tezisin müəllifidir. Hacı Kərim Sanılının həyat və yaradıcılığına həsr edilmiş “Azərbaycan aşiqi” [2004], XX əsr qazax aşıqları və el şairləri [2009] kitablarınnın müəllifi, Şair Qulunun həyat və yaradıcılığı [2007], Şair H. Qaracayevin həyat və yaradıcılığı [2008], kitablarının toplayıb tərtib etmişdir. “XX əsr Qazax aşıq mühiti” [monoqrafiya 2015], Cəlal Qəhrəmanovun sənət yolu [ monoqrafiya 2018] kitabının müəllifidir. Ali məktəblərin bakalavr sistemi üçün “Azərbaycan Şifahi xalq ədəbiyyatı” [ikili müəlliflə-Professor Ramil Əliyev, F.ü.f.d İlhamə Qəsəbova, 2015], dərs proqramının müəlliflərindəndir. 2019-cu ildə “Məni də apar, komandir” sənədli romanı işıq üzü görüb. Azərbaycan Aşıqlar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Prezident təqaüdü”nə layiq görülüb [2018]. 2014-cü ildən AMEA Folklor İnstitutunun Mifologiya şöbəsində çalışır. Hazırda aparıcı elmi işçidir.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest