Genel

İlhamə Cəlal qızı

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

İlhamə Cəlal qızı

(QəsəbovaİlhaməCəlalqızı)1974-cü il 6 noyabrda Qazax rayon Çaylı kəndində anadan olmuşdur.  1991-1996-ci illərdə M. Rəsulzadə adına Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır.

1998-2014-cü illərdən AMİ-nin Qazax filialında “Azərbaycan dili, Ədəbiyyat və onun tədrisi metodikası” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.

2007-ci ildə AMEA-ın Folklor institutunun aspiranturasına daxil olmuşdur. “XX əsr Qazax aşıq mühiti” mövzusunda filologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir [2014]. 2018-cı ildən dosent elmi adını almışdır.

2021-ci ildə İnstitutun “Folklorşünaslıq” ixtisası üzrə filologiya üzrə elmlər doktorluğu üzrədoktoranturasına qəbul olmuşdur. Hazırda “Ozan-aşıq-baxşı yaradıcılığında ənənə performativlik və variativlik problemləri” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.

Azərbaycan da daxil olmaqla Türkiyə, Gürcüstan, Rusiya, Fransada keçirilən konfrans və simpoziumlarda fəal iştirak edir.15-i xaricdə olmaqla, 40- a  yaxın məqalə və tezisin müəllifidir. 

Hacı Kərim Sanılının həyat və yaradıcılığına həsr edilmiş “Azərbaycan aşiqi” [2004], XX əsr qazax aşıqları və el şairləri [2009] kitablarınnın müəllifi,  Şair Qulunun həyat və yaradıcılığı [2007], Şair H. Qaracayevin həyat və yaradıcılığı [2008], kitablarının toplayıb tərtib etmişdir. “XX əsr Qazax aşıq mühiti” [monoqrafiya 2015], Cəlal Qəhrəmanovun sənət yolu [ monoqrafiya 2018] kitabının müəllifidir. Ali məktəblərin bakalavr sistemi üçün “Azərbaycan Şifahi xalq ədəbiyyatı”  [ikili müəlliflə-Professor Ramil Əliyev, F.ü.f.d İlhamə Qəsəbova, 2015], dərs proqramının müəlliflərindəndir.

2019-cu ildə “Məni də apar, komandir” sənədli romanı işıq üzü görüb.

 Azərbaycan Aşıqlar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Prezident təqaüdü”nə layiq görülüb [2019]. 2014-cü ildən AMEA Folklor İnstitutunun Mifologiya şöbəsində çalışır. Hazırda aparıcı elmi işçidir.

İlhamə Cəlal qızı

filologiya üzrə fəlsəfə doktoru, dosent

Prezident təqaüçüsü

BAX O MƏNƏM…

                                           (oçerk)

   Hər gün gəlib pəncərəndən sənə baxıram. Səni canımdan çox sevdiyimi bilirdin. Sonuncu görüşümüz, telefon danışığımız heç qulağımdan getmir. Gözüm pəncərədən hey səni gəzdi. Son anımda mənən deyil, cismən yanımda idin. Bunu hiss edirdim. Nəfəsini, dualarını hiss edirdim. Ruhumu təslim edən ana qədər əlin əlimdə, gözlərin gözümə dikilib durmuşdu, məhəbbət, ayrılıq, həm də vüsal həsrəti vardı o gözlərdə. Arzularım ulduzların sayı qədər bitməz-tükənməz idi, səmadakı ulduzların sayı qədər. Amma neynəmək olar yarım qaldı arzularım… Bu da fələyin yazısı imiş… Ölümümdə özünü günahkar sayma… Yazını pozmaq biz insanların iradəsi xaricindədir. Sonuncu zəngini edəndə axşam saat 18:30 olardı. Bilirəm səsim, sözlərim qulağından getmir, getməyəcək də…qardaş, səsinə qurban olum, qardaş səsinə qurban…dedim. Səsim xırıldadı..səsim kəsildi…O an sənin üçün də, mənim üçün də zaman dayandı…saatın əqrəbi qırıldı, qanadı yanına düşdü.  Sənin üçün sanki dünya məhvərindən çıxıb tərsinə fırlandı. Bilirəm, düşünürsən ki, sən demə, qardaşım son dəqiqələrini yaşayırmış, can verirmiş…son anımda sənin səsini eşitdim ruhum rahatladı. Çox rahat ruhumu azreyilə təslim etdim, Haqqa qovuşdum. Üzümdə bir təbəssüm vardı. Səsin qulaqlarımdaydı. Canım gözüm qardaşım, nəslimizin ağsaqqalı, güman yerisən, övladlarıma mənsizliyi yaşatmadıqca ruhum o qədər şad olur ki, inanmazsan.

Dünya yaxşılarındır. Qanadlıların, fədakarların, munislərin, ideala,  ülviyyətə tapınanlarındır. Demək ki, xeyirxah əməllərə sahib olanların, bir insan qəlbini sevindirməyi bacaranların dünyasıdır bu dünya.  Yarım insanlıq-əsl insanlıq deyil, yarım qohumluq-əsl qohumluq deyil, yarım qardaşlıq-əsl qardaşlıq deyil, yarım dostluq-əsl dostluq deyil.  Sən heç nədə yarım olmadın, canım qardaşım Namazəli. Sən bütöv insan, bütöv qadaş, bütöv qohum, bütöv həyat yoldaşı, ən əsası isə hecaya bölünməyən “dost” sözünün özü kimi bütöv dost idin mənə. Canım-gözüm qardaşım, sən xəstə olanda mən hər an yanında idim, səninlə idim. Başına dolanırdım, alnından öpürdüm. Sən əlini tez-tez alınına söykəyirdin. Mənim nəfəsimi hiss edirdin. O an sənə bir isti nəfəs gəlirdi, mənim nəfəsim idi…

 Sən hələ çox uzun bir ömür yolu yaşayacaqsan. Eyni ANAMIZ Güləbətin kimi. Ancaq sağlam yaşayacaqsan bunu hiss edirəm. Bu gün ömrünün  60 baharını yaşayıb, 60 bənövşəsini dərib, 60 günəş qarşılayırsan. Sənə elimizin-obamızın duaları daim kömək olacaq. Yubileyin mübarək!

Canım gözüm qardaşım tez-tez sənin pəncərənə gəlirəm, sənin gülüşünü, xoşbəxt anlarını, Elnurunla gözəl günlərini seyr edirəm. Aşıqların qonaq olduğu gecələr, çalınan aşıq havaları ruhumun simgəsi olur. Evinin işıqları gur yandıqca mənim də məkanın nura boyanır…dimdiyimlə pəncərəni döyürəm. Boz quş olub, uzun quyruqlu, üzü qara xətli cənnət quşunu görürsən, tez-tez pəncərənə qonuram…bax o mənəm! Qardaşın Arif!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

One thought on “İlhamə Cəlal qızı

  • Anonim

    Kırım Türk Devletinin milli egemenlik ve bağımsızlığını Rusya ve Ukrayna dahil yamalı kabul etmel.Turkistan Turan devletinin parçası Kırım Türk Devleti Hürriyet’e susamistir

Yorumlar kapatıldı.

Pin It on Pinterest